2. Söyləvicinin fəaliyyəti ilə bağlı formullar
2.1. Ondan sonra Abdul qayıtdı öz arvadının yanma. S ö h b ə
tini elədi. Arvad şad oldu, kişi də şad oldu, siz də şad o ld u n u z,
mən də şad oldum (74, 82).
2.2. O gündən onlar cəh-cəlal içində ağ günlər keçirib,
ömür sürməyə başladılar (41,31).
2.3. O orda şad oldu, biz də burada şad olduq (74, 200).
2.4. Qaytaranın şərəfmə şadlıq oldu, yemək-içmək oldu.
Onlar orada şad oldular, biz burada şad olduq (74, 235).
2.5. Onlar da yedi, içdi, muradına yetişdi. O gün olsun k i,
olmayanlar üçün olsun (36, 220).
2.6. Onlar yeyib-içib yerə keçdilər, siz də yeyin-için, sağ-
salamat olun (37, 203).
2.7. Onlar yedilər yerə keçdilər, siz də yeyin dövrə keçin.
Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl d e
yənin. Siz sağ, mən salamat. Siz yüz yaşayın, mən iki əlli (41,60).
2.8. Evlərinə dolanacaq düzəltdilər, gün gördülər, ömür sür
dülər, öldülər, yerə keçdilər. Nağıl da onlardan yadigar qaldı
(34, 32).
186
2.9. Ərlə arvad çönüb baxanda qoca yox oldu. Onlar başla
dılar orada yaşamağa, biz də burada (74, 37).
2.10. Üç gün, üç gecə toy çaldırdı. Mən özüm də orada
idim, bir yaxşıca k ef elədim. Elə ki, qayıdıb evə gəldim, elə bil
heç yana getməmişdim (1, 75).
2.11. Üç gün, üç gecə onlara toy çaldırdı. Mən də onların
toyunda idim. Bu gün isə bura gəlmişəm (1, 163)
Dostları ilə paylaş: |