Economy: problems and practical issues



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix28.12.2021
ölçüsü1,07 Mb.
#17168
  1   2   3   4   5   6   7   8   9   ...   14


Munich Personal RePEc Archive

Modeling and forecasting of

macroeconomic variables of the national

economy: problems and practical issues

Mehdi Mehdiyev and Vugar Ahmadov and Salman Huseynov

and Fuad Mammadov

Central Bank of the Republic of Azerbaijan

25 March 2015

Online at

https://mpra.ub.uni-muenchen.de/63517/

MPRA Paper No. 63517, posted 2 May 2015 11:46 UTC



Ölkə iqtisadiyyatı üzrə göstəricilərin 

modelləşdirilməsi və proqnozlaşdırılması: 

problemlər və praktiki çətinliklər

1

 

Mehdi Mehdiyev

2

, Vüqar Əhmədov



3

Salman Hüseynov



4

, Fuad Məmmədov

25 Mart 2015 



 

ABSTRAKT 

Bu  məqalədə  ölkə  iqtisadiyyatı  üzrə  makroiqtisadi  göstəricilərin  modelləşdirilməsi  və 

proqnozlaşdırılması  zamanı  qarşıya çıxan  əsas problemlər və praktiki  çətinliklər tədqiq  olunur. 

Bu  məqsədlə  qeyri-struktur  modellər  hesab  olunan  Vektor  Avtoreqressiv  (VAR)  modellərdən 

istifadə edilir və müxtəlif göstəricilər arasında qarşılıqlı asılılıqlar qiymətləndirilir. Modelə daxil 

olan  göstəricilərin  ilkin  müayinəsi  və  təhlili  göstərir  ki,  onların  dövrü  dinamikasında 

anomaliyalar  və  yüksək  volatillik  mövcuddur.  Təkcə  bu  faktorun  özü  göstəricilər  arasında 

qarşılıqlı  asılılıqları zəiflədən əsas  amillərdən hesab oluna bilər. Heç də  təəccüblü  deyil ki,  bir 

çox hallarda müxtəlif göstəricilərdən istifadə edərək ekonometrik modellər quran araşdırmacılar 

onlar  arasında  statistik  əhəmiyyətli  asılılıqlar  aşkar  etməkdə  çətinlik  çəkirlər.  Burada  bir  sıra 

statistik metodlardan istifadə etməklə həmin göstəricilərin dinamikasında mövcud olan volatillik 

və  anomaliyalar  azaldılmağa  çalışılır.  Tərkibinə  müxtəlif  sayda  dəyişənlər  daxil  edilən  VAR 

modelləri qiymətləndirilir və iki metodologiya (Vaqqoner və Zha (1999) və Banbura, Giannone 

və Lenza (2014)) əsasında müxtəlif göstəricilər üzrə şərtsiz və şərti proqnozlar hesablanır. Sonda 

modelləşdirmə  və  proqnozlaşdırama  zamanı  qarşıya  çıxan  praktiki  çətinliklər  göstərilir  və 

statistik məlumatların keyfiyyətinin yaxşılaşdırılması üçün təkliflər verilir. 



 

JEL klassifikasiyası: C11, C13, C32, C53 

Açar sözlər: proqnozlaşdırma, zaman sırası metodları, Bayez metodları 

 

                                                           

1

 Məqalədə səsləndirilən fikirlər yalnız müəlliflərə məxsusdur, Mərkəzi Bankın rəsmi mövqeyi ilə üst-üstə düşməyə 



bilər. 

2

 Azərbaycan Respublikası Mərkəzi Bankı, Tədqiqatlar və inkişaf mərkəzi, email: mehdi_mehdiyev@cbar.az 



3

 Azərbaycan Respublikası Mərkəzi Bankı, Tədqiqatlar və inkişaf mərkəzi, email: vugar_ahmadov@cbar.az 

4

 Azərbaycan Respublikası Mərkəzi Bankı, Tədqiqatlar və inkişaf mərkəzi və Azərbaycan Milli Elmlər 



Akademiyası, İdarəetmə Sistemləri İnstitutu, email: salman_huseynov@cbar.az 

5

 Azərbaycan Respublikası Mərkəzi Bankı, Tədqiqatlar və inkişaf mərkəzi, email: fuad_mammadov@cbar.az



 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin