TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix28.12.2021
ölçüsü1,07 Mb.
#17189
1   ...   16   17   18   19   20   21   22   23   ...   28
2.
 
Əhalinin təbii artımı, iqtisadi fəal əhali, inkişaf və problemlər 
Planetimizdə  əhalinin  artımı,  təzələnməsi,  hərəkəti  və  s.  problemləri  həmişə 
diqqət mərkəzində olmuş və bu sahə ilə məşğul olan demoqrafiya elmi sürətlə inkişaf 
edərək  müstəqil  elm  sahəsinə  çevrilmişdir.  Bu  gün  planetimizin  mənimsənilməsi, 
təbii şəraitin formalaşması, inkişafı  əhalinin inkişafı, artımı  və sair xüsusiyyətləri ilə 
çox əlaqəlidir. 
Əhalinin  artımı  barədə  istər  dünya,  istərsə  də  respublikamızın  qabaqcıl 
alimlərinin fikirləri müxtəlif olsa da onların gəldiyi qənaət odur ki, əhali təzələnməsi, 
yəni doğum bir-biri ilə əlaqəli şəkildə üç mühüm amillə bağlıdır: 
-birincisi təbii – bioloji amildir, belə ki, ayrı-ayrı regionlarda, ölkələrdə təbii şəraitin 
müxtəlifliyi (isti və soyuq iqlim) cinsi yetginliyə təsir edir: 
-ikincisi  demoqrafik  amildir,  əsasən  də  kişi  və  qadınların  sayının  bərabərliyi,  yaxud 
da birinin digərindən çoxluğu, həmçinin də əhalinin yaş  strukturunun da böyük rolu 
danılmazdır. Təbii ki, o regionda ki, gənclərin sayı üstünlük təşkil  edir, orada artım 
da yüksək olur: 


 
- 59 - 
-üçüncüsü  sosial  –  iqtisadi,  mədəni  və  psixoloji  amildir.  Hər  bir  ölkənin,  regionun 
sosial-iqtisadi  inkişafı  əhalinin  təzələnməsində  mühüm  rol  oynayır.  Bunu  bu  gün 
regionların  inkişafı  ilə  əlaqələndirmək  daha  düzgün  olardı.  Belə  ki,  yüksək  sosial-
iqtisadi  inkişaf  səviyyəsinə  çatmış  Qərbi  və  Şərqi  Avropa,  Şimali  Amerika 
regionlarında,  əhalinin  həyat  səviyyəsinin  yüksək  olduğu  ölkələrdə  doğumun 
səviyyəsi  heç  də  qənaətbəxş  deyildir.  Belə  ölkələrdə  əgər  qadın  yüksək  təhsil  ala 
bilirsə, onun işlə təmin olunma ehtimalı da yüksək olur və yüksək maaş alır, övladını 
bahalı  və  yüksək  keyfiyyətli  məktəblərdə  oxuda  bilirsə,  ona  baha  başa  gələn  övlad 
böyüdürsə,  deməli  çox  uşağı  olmağa  o  qədər  də  marağı  olmur.  Bu  isə  son  nəticədə 
doğumun və təbii artımın aşağı düşməsinə təsir edir. 
 
Sosial – iqtisadi amillər içərisində ölkənin demoqrafik siyasətinin, urbanizasiya 
səviyyəsinin  də  təsiri  böyükdür.  Kənd  yaşayış  məntəqələrində  təsərrüfatın 
çoxcəhətliliyi,  valideynlərə  uşaq  köməkliyi  (odun  tədarükü,  meyvə-tərəvəz 
toplanması, müxtəlif məişət xidmətləri  və s.) doğumun  yüksək  olmasına təsir  etdiyi 
halda  şəhər  yaşayış  məntəqələrində  isə  əksinə,  uşağa  çəkilən  xərclərin  artması, 
valideynlərin  əmək  fəaliyyətinə  intensiv  qoşulması,  təhsil  almaq  və  təsərrüfatın 
mürəkkəb  və  gəlirli  sahələrinə  meyl  etmək  doğuma  mane  olur.  Eyni  zamanda  son 
illər  sürətlə  artan  boşanmalar,  ailə  vəziyyəti,  nigah  problemləri  də  doğumun 
azalmasına təsir edir. Bir çox hallarda doğumun artmasına gec evlənmələrin də mənfi 
təsiri vardır. 
 
Son  zamanlar  alimləri  daha  çox  narahat  edən  amillər  içərisində  regional  və 
məhəlli  milli  münaqişələr,  dini-etnik  qarşıdurmalarla  yanaşı  ekoloji  tarazlığın 
pozulması ilə yaranan problemlərdir. Elm və texnikanın sürətli inkişafı, atmosferə və 
geosferin müxtəlif təbəqələrinə zərərli və zəhərli, çirkli maddələrin təsiri nəticəsində 
iqlim  dəyişiklikləri,  havanın,  suyun,  torpağın,  bitki  və  heyvanlar  aləminin 
korlanması, təbii kataklizmlər insanların ölüm hallarını artırmış, təbii fəlakətlərin sayı 
artmışdır.  Təbiətlə  cəmiyyət  arasında  münasibətlərin  formalaşması,  təbiətdən 
səmərəli  istifadə  olunması  sözsüz  ki,  təbii  artımın  xarakterindən  müəyyən  qədər 
asılıdır.  Təbii  artım  doğumla  ölümün  nisbətidir.  Bu  nisbət  regionlarda  olduqca 


 
- 60 - 
müxtəlifdir.  Asiya,  Afrika  və  Latın  Amerikası  ölkələrində  təbii  artım  yüksək, 
Şm.Amerika,  Avropa,  Avstraliya  və  Okeaniyada  nisbətən  aşağıdır.  Bu  müxtəliflik 
regionlarda  cəmiyyətin  formalaşması,  cəmiyyətlə  təbiətin  münasibəti  və  təbiətdən 
istifadənin  xarakteri  ilə  müəyyənləşir.  Belə  ki,  regionlarda  və  bütövlükdə  dünyada 
cəmiyyətin  varlığı  üç  mühüm  mərhələni  əhatə  etmişdir  –  iqtisadi  mənimsəmə,  aqrar 
və  sənaye  iqtisadiyyatı  mərhələləri  ki,  bunların  da  hər  birində  özünəməxsus  təbii 
artımın tipi formalaşmışdır: qədim, ənənəvi və müasir. 
 
Təbii  ki,  müasir  dövrün  formalaşması  uzun  tarixi  prosesin  nəticəsidir,  amma 
elmin, texnikanın inkişafı cəmiyyətin formalaşması ilə nəticələnmiş, sabit təbii artım 
prosesi yaranmışdır.  
 
Ayrı-ayrı  dövrlərdə  təbii  artımın  müxtəlifliyi  bunu  bir  daha  sübut  edir. 
Məsələn,  insanın  yarandığı  gündən      1820-ci  ilədək  dünya  əhalisinin  sayı  cəmi  1 
mlrd.  nəfər  idisə,  növbəti  milyardların  yaranması  üçün  müvafiq  olaraq  107,  33,  14, 
13,  12  il  sərf  olunmuşdur.  Dünya  üzrə  təbii  artımın  yüksələn  xətt  üzrə  getməsində 
regionlar  arasında  böyük  fərq  yaranmışdır.  Alimlər  bunu  əsasən  iki  amillə  izah 
edirlər.  Birincisi,  inkişaf  etməkdə  olan  ölkələrin  əksəriyyəti  siyasi  müstəqillik  əldə 
etdikdən  sonra  elmin,  xüsusilə  də,  tibb  elminin  nailiyyətlərindən  səmərəli  istifadə 
etməklə  uşaq  ölümünün  qarşısını  müəyyən  qədər  almış,  iqtisadi  cəhətdən  inkişaf 
etdikcə əhalinin həyat səviyyəsini artırmış, erkən ölümü azaltmış, yuxarı yaş həddini 
artırmaqla təbii artımı yüksəltməyə nail olmuşlar. 
 
Ikincisi, ölümün azalması ilə yanaşı olaraq hələ də əksər inkişaf etməkdə olan 
ölkələrdə  ənənəvi  təbii  artım    prosesi  davam  etməkdədir.  Əgər  dünyada  hər  il  orta 
hesabla  145  mln.  uşaq  dünyaya  gəlirsə,  bunun  125  mln.  inkişaf  etməkdə  olan 
ölkələrin  payına  düşür.  Təbii  artımın  üstün  olduğu  ölkə  və  regionlarda  əmək 
ehtiyatları  artıqlığı  yaranmaqda  və  işsizliyin  üstün  olması  nəzərə  çarpır.  Əmək 
resursları dedikdə əmək qabiliyyətli insanlar nəzərdə tutulur.  İşləməyən təqaüdçülər 
və  uşaqlar  istisna  olmaqla  bütün  əmək  qabiliyyətli  insanlar  (işləyən  təqaüdçülər  və 
işləyən 16 yaşınadək uşaqlar da daxil olmaqla) bura daxildir. Əgər 1990-cı ildə dünya 
üzrə əmək resursları 3.2 mlrd. nəfər idisə, bunun da 2.4 mlrd. nəfəri iqtisadi fəal əhali 


 
- 61 - 
idi. İqtisadi fəal əhali işlə təmin olunmuş, yəni işləyən əmək resurslarına deyilir. Bu 
kateqoriya  insanların  getdikcə  artımı  müşahidə  edilir,  belə  ki,  1995-ci  ildə  onların 
sayı 2.7 mlrd. nəfər, 2000-ci ildə 3 mlrd. nəfəri ötüb keçmişdir. Analizlər göstərir ki, 
inkişaf  etmiş  ölkələrdə  iqtisadi  fəal  əhalinin  sayı  əmək  resurslarının  azalmasına 
baxmayaraq artmaqdadır. Bu ilk növbədə onunla izah edilir ki, bu tip ölkələrdə təbii 
artımın  azalması,  yaşlı  nəslin  çoxalması,  təqaüdçülərin  və  16  yaşadək  uşaqların 
işləməsidir. Digər tərəfdən ayrı-ayrı regionlarda və ölkələrdə əmək resursları arasında 
da  fərqli  cəhətlər  vardır.  Bu  ilk  növbədə  əmək  məşğulluğu  ilə  əlaqədardır.  Bir  sıra 
inkişaf  etməkdə  olan  ölkələrdə,  məsələn,  Çin,  Braziliya,  Hindistan,  İndoneziya, 
Banqladeşdə  mütləq  məşğulluq  üstünlük  təşkil  edir.  İnkişaf  etmiş  ölkələrdən  daha 
çox fərqlənəni ABŞ, Yaponiya, Almaniya, B.Britaniya və Rusiyadır. Ümumi əhalinin 
sayına  nisbətdə  iqtisadi  fəal  əhalinin  sayı  inkişaf  etməkdə  olan  ölkələrdə  az  olması 
eyni zamanda əhalinin  yaş-cins tərkibindən də asılıdır. Məsələn, Yaxın və Orta Şərq 
ölkələrində,  habelə  ərəb  ölkələrinin  əksəriyyətində  qadınların  ictimai  istehsala  zəif 
cəlb edilməsi ilə də bağlıdır. Əksinə, ictimai fəal əhalinin üstün olduğu inkişaf etmiş 
ölkələrdə  və  Çində  qadınlar  ümumi  iqtisadi  fəal  əhalinin  50-55%-ni  təşkil  edirlər. 
Bütün bu göstəricilərə baxmayaraq inkişaf etmiş ölkələrdə, xüsusilə də, Almaniya və 
İtaliyada təbii artımın zəifliyi, yaşlı əhalinin üstünlüyü tədricən iqtisadi fəal əhalinin 
qıtlığına  səbəb  olur  ki,  bu  da  yaxın  gələcəkdə  işləyən  əhalinin  yuxarı  yaş  həddinin 
artmasına  gətirib  çıxaracaqdır.  Bu  ölkələrdə,  bütövlükdə  inkişaf  etmiş  ölkələrdə 
əhalinin  yaşlanması,  orta  yaş  həddinin  yüksəlməsi  sosial  şəraitin  yaxşılaşması, 
uzunömürlülüyün  üstün  olması  nəzərə  daha  çox  çarpır.  Alimlərin  qənaətinə  görə 
insan  həyatı  110-140  il  müəyyən  edilmişdir.  Tək-tək  hallarda  daha  yüksək  hədd  də 
ola  bilər.  Belə  uzunömürlülük  bioloji  sosial-iqtisadi,  genetik  və  digər  amillərlə  izah 
olunur və heç nə ümumi xarakterik hal deyildir. Qədim dövrlərdə orta yaş həddi 25-
30  il,  sonralar  35-40  il  olmuşdur.  XX  əsrin  ortalarından  sonra  elmin  sürətli  inkişafı 
uşaq ölümünün qarşısını almış, insanların sosial-iqtisadi durumu yaxşılaşmış, orta yaş 
həddi  də  artmağa  başlamışdır.  Hesablamalar  göstərir  ki,  2006-cı  ildən  sonra  ən  az 
orta yaş həddi Afrikada 53 yaş, ən çox isə Şimali Amerikada 78 yaş olmuşdur. 2005-


 
- 62 - 
ci  ilin  məlumatına  əsasən  ən  çox  orta  yaş  həddinə  malik  10  ölkə  və  ən  aşağı  yaş 
həddinə malik 10 ölkə aşağıdakı kimidir: 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin