4. Bioresursların təsərrüfata cəlb edilməsinin iqtisadi – coğrafi problemləri.
Yer kürəsində torpaq, bitki örtüyü və canlılar aləmi bioresursların tərkib hissəsi
kimi insanların təsərrüfat fəaliyyətinin əsasını təşkil edir. Insanlar bu resurslardan
istifadə etməklə özlərinin maddi və mənəvi tələbatlarını ödəyir. Bu resursların
yayıldığı ərazilər əsasən yer qabığı, onun müxtəlif hissələridir. Belə ki, torpaq qatı
yer qabığının üst hissəsini, bitki aləmi bu torpağın üzərini, heyvanat aləmi isə şərti
olaraq atmosferin 10 km-dək yüksəkliyini, qurunun 3 km-dək və yaxud neft və daş
kömürün yerləşdiri dərinliyədək olan hissəsini əhatə edir. Yerin quru hissəsi elə bir
təbii resursdur ki, ensiz nə canlı aləm, nə də təsərrüfatın müxtəlif sahələri inkişaf
etdirilə bilinməz.
Digər təbii resurslardan fərqli olaraq bu resurs bir sıra xüsusiyyətlərinə görə
fərqlənir. Əvvəla onu bir yerdən digərinə aparmaq olmaz, ikincisi, tükənəndir və
konkret ərazi daxilindədir, üçüncüsü, çoxşaxəli əhəmiyyəti olsa da hər hansı bir
zaman daxilində müəyyən bir sahənin istifadəsinə həsr oluna bilər. Burada ərazinin
əkin sahəsi, sənaye və ya kənd təsərrüfatı məqsədilə istifadəsi, yaxud da tikililər,
infrastrukturlar, yaşayış məntəqələri altında qala bilər.
Əhalinin istifadə əsas hissə torpaqdır. Bu torpaqlar əkinə yararlı, yaxud da
infrastruktur kimi insanların istifadəsindədir. Insanlar daim əkinə yararlı torpaqlardan
öz məqsədləri üçün istifadə edir, onun məhsuldarlığının artırılmasına çalışır, bəzən
isə həddən çox istifadə etməklə onu yararsız hala salır.
Yer kürəsinin torpaq fondu ümumi quru sahəsini əhatə edir, yəni 149 mln.
kv.km və ya 14.9 mlrd.ha-dır. FAO-nun mütəxəssislərinin hesablamalarına görə
Antarktida və Qrenlandiyanın ərazisini çıxmaqla ümumi torpaq fondu 130.5 mln. kv.
km və ya 13.5 mln. ha-dır. Burada kənd təsərrüfatı istiqamətli torpaq sahəsi 4846.1
mln. ha və ya ümumi sahənin 37.1%-ni təşkil edir. Bunun da 1345.3 mln. ha və ya
10.3%-ni əkin sahəsi, 105.5 mln. ha və ya 0.8%-i çoxillik bitkilət altındakı sahə,
3395.3 mln. ha və ya 26.0%-ni otlaq sahəsi, 4138 mln. ha və ya 31.7%-i meşələrin,
4061.3 mln. ha və ya 31.2%-i digər torpaqların payına düşür. Bunları təhlil edərək
- 49 -
dünya torpaq fondu barədə FAO-nun məlumatı bir neçə məsələ barədə nəticə
çıxarmağa, torpaq fondu, onun strukturu, ölçüləri haqda fikir yürütməyə imkan verir.
Əvvəla, ümumi torpaq fondunun cəmi 37%-i kənd təsərrüfatı istehsalı üçün
yararlıdır. Bunun da cəmi 11%-i əhalinin qida məhsulu istehsalına imkan verir. Otlaq
sahəsi maddi istehsalı təmin edən əkin və çoxillik bitkilər altında olan torpaq
sahələrindən iki dəfə çoxdur, amma əhalinin ərzaq məhsullarına olan tələbatının
yalnız 10%-ni verə bilir. Ikincisi, meşə resursları ümumi torpaq fondunun 32%-ni
əhatə edir. Düzdür, insanlar üçün meşələrin böyük əhəmiyyəti vardır, belə ki, o iqlim
əmələgəlmədə, suyun dövranında, meşə təsərrüfatının formalaşmasında böyük
əhəmiyyətə malikdir. Lakin insanların ərzaq məhsulu istehsalında ovçuluq, balıq ovu,
heyvanların otarılması, meyvə, göbələk, oduncaq və s. kimi məhsulun əldə olunması
və istifadəsində yalnız köməkçi vasitədir. Üçüncüsü, digər torpaqların sahəsi
meşələrin sahəsinə bərabərdir və burada istifadə istiqamətləri müxtəlifdir. Müxtəlif
ədəbiyyatlarda bu digər torpaqların təhlili göstərir ki, insanların istifadə etdikləri
obyektlər, tikililər, bir sözlə texnogen qurğular cəmi 2-3%-ni təşkil edir. Bu digər
torpaqların çoxu istifadəsiz səhralar, buzlaqlar, sıldırım qayalıqlar, bataqlıqlar, su
sahələri, buzlaqlar və digər obyektlərdir.
Təbiətdən istifadə məsələlərinin öyrənilməsi, onun insan cəmiyyətində tutduğu
mövqeyin dəkr edilməsində ən mühüm məsələlərdən biri sözsüz ki, dünya üzrə
torpaq resurslarının istifadə problemlərini öyrənmək, onu qorumaq, hətta ayrı-ayrı
regionlarda, hətta ölkələrdə vəziyyətin nə dərəcədə həyata keçirilməsini izləməkdir.
Ayrı-ayrı regionlarda torpaq fondunu təhlil edərkən görürük ki, dünyanın ən inkişaf
etmiş regionu olan Avropada torpaq sahələri, xüsusilə də əkinə yararlı torpaq
sahələrinin
çox
hissəsi
yaşayış
məntəqələrinin,
sənaye
obyektlərinin,
infrastrukturların altındadır. Bununla belə, istifadə olunan torpaqların xüsusi çəkisi də
bu regionda çoxluq təşkil edir. Digər regionlarda torpaq fondunun çox hissəsi,
məsələn Avstraliyada otlaqların, Cənubi Amerikada meşələrin, Asiyada yararsız
torpaqların payına düşür. Ölkələr arasında da belə fərqli cəhətlər mövcuddur.
Məsələn, əkin sahələrinin böyüklüyünə görə ABŞ (185.7 mln. ha), Hindistan (166.1
- 50 -
mln. ha), Rusiya (116.1 mln. ha), Çin (92.5 mln. ha) daha çox fərqlənir (M.səh.45).
Otlaqların sahəsinə görə Avstraliya (414 mln. ha), Çin (400 mln. ha), ABŞ (240 mln.
ha), Qazaxıstan (187 mln. ha), Braziliya (185 mln. ha), Argentina (142 mln. ha) daha
çox fərqlənir. Torpaq fondunun strukturunda Monqolustan (75%), Qazaxıstan (70%),
Avstraliya (50%), Argentina (55%) kimi ölkələrin xüsusi çəkisi daha çoxdur.
Istifadəyə yararsız torpaqların sahəsinə görə Rusiya (700 mln. ha), Kanada (355 mln.
ha), Çin(307 mln. ha), Əlcəzair (195 mln. ha), ABŞ (193 mln. ha), Liviya (159 mln.
ha).
Torpaq fondunun regionlar və ölkələr üzrə təhlili göstərir ki, torpaqla təmin
olunma səviyyəsində də böyük fərqli cəhətlər mövcuddur. Belə ki, regionlar arasında
adambaşına ən çox torpaq sahəsi Avstraliyada (30 ha), MDB ölkələri (8 ha),
C.Amerika (5.3ha), Şm.Amerika (4.5 ha), ölkələr arasında isə Rusiya (11.4 ha),
Braziliya (5.2 ha), Konqo Demokratik Respublikası (4.8 ha), ABŞ (3.4 ha), Argentina
(3.1 ha) və İran (2.3 ha) daha çox fərqlənir.
Yer kürəsində torpaqlardan istifadə, xüsusilə də əkin sahələrindən istifadə
böyük əhəmiyyət kəsb edir. Ona görə də ayrı-ayrı ölkələrdə əkinə yararlı torpaq
sahələrinin qorunması, ondan maksimum dərəcədə səmərəli istifadə etməklə
çirklənməsinin qarşısının alınması daim diqqət mərkəzindədir. Məhz buna görə də
ayrı-ayrı ölkələrdə qeyri-əkəm sahələrindən, xüsusilə, meşə-çöl, yarımsəhra, bataqlıq,
dağətəyi maili ərazilərdən istifadənin həcmi artmış, 1990-2000-ci illərdə əkin
sahələrinin sahəsi təxminən iki dəfə artmışdır. Bununla belə, yenə də əkin sahələrinin
adambaşına miqdarı artmır, əksinə azalmaqda davam edir. Məsələn, 1950-ci ildə
dünyada adambaşına əkin sahəsi 0.48 ha, 1990-cı ildə 0.28 ha idisə, bu rəqəm 2005-ci
ildə cəmi 0.20 ha olmuşdur. Alimlər bunu əhalinin sürətli artımı ilə izah edirlər.
Digər tərəfdən, elm-texnika, yeni texnologiya inkişaf etdikcə torpaqların, xüsusilə də
əkinə yararlı torpaqların çirklənməsi, yaşayış, sənaye, infrastruktur obyektləri
tərəfindən zəbt olunur, dağ-mədən sənayesinin, kimya, neft-kimya sənayesinin əsirinə
çevrilir. Hesablamalar göstərir ki, hər il orta hesabla 10-15 mln. ha kənd təsərrüfatına
yararlı torpaq sahəsi azalır, yəni ya yuxarıda qeyd etdiyimiz kimi zəbt olunur, ya da
- 51 -
səmərəsiz istifadənin nəticəsi kimi səhralıqlara çevrilir. BMT-nin hesablamalarına
görə pozulmuş torpaqlar hesabına hər il 40 mlrd. ABŞ dolları həcmində ziyan
vurulur.
Planetimizin ən böyük ekosistemi onun meşə örtüyüdür. Burada bütün növ
canlı aləm məskunlaşmışdır. Bu ekosistem fotosintez prosesini həyata keçirir,
atmosferdə qaz mübadiləsini tənzimləyir, canlı aləmi formalaşdırır, torpaq
əmələgəlmə prosesini sürətləndirir, suların saflaşdırılmasını həyata keçirir. Bu
ekosistem nəinki bitki və heyvanat aləminin cəmləşdiyi, həmçinin də vacib odun,
yanacaq, yeyinti, heyvandarlıq üçün yem, texniki, dərman və s. kimi resursların
toplandığı bir məkandır. Eyni zamanda bu ekosistem həmişə iqtisadi, ekoloji və
estetik əhəmiyyətinə görə də cəmiyyətin diqqət mərkəzindədir.
Meşələrin daha çox diqqəti cəlb edən əhəmiyyəti onun iqtisadi cəhətdən
qiymətləndirilməsi və istifadəsidir. Bu xüsusiyyətlərinə görə meşələri ağacların
sıxlığına, sahəsinə və oduncağına görə qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb
edir. Meşə təsərrüfatı, kənd təsərrüfatı, ağac emalı, kimya və başqa sənaye sahələri ilə
yanaşı istirahət və müalicə xüsusiyyəti olan meşələrin regionlar üzrə yayılması,
ehtiyatı olduqca müxtəlifdir. Bir sıra regionlarda meşə iri əraziləri əhatə etsə də
adambaşına təminatı azdır.
Dostları ilə paylaş: |