Cədvəl 1.5
Ölkə
Ehtiyat mlrd. t.
Filizdə dəmirin orta həcmi, %
Rusiya
33.2
36
Braziliya
21.0
58
Avstraliya İttifaqı
18.0
62
Ukrayna
15.4
35
Çin
15.0
33
ABŞ
6.9
26
Hindistan
6.6
61
Qazaxıstan
4.2
35
İsveç
3.5
53
Kuba
2.6
42
Dəmir filizinin istehsalı ilk növbədə ona olan tələbatla bağlıdır, onun iqtisadi
və ekoloji səmərəliliyi bu gün həlledicidir. Belə ki, əgər XX əsrin 50-60-cı illərində
dəmir filizinin əsas istehsalçıları ABŞ, Kanada, SSRİ, Qərbi Avropa ölkələri idisə,
sonradan bu “çirkli” sahə kimi inkişaf etməkdə olan ölkələrə miqrasiya etmişdir. Bu
gün dünyanın inkişaf etmiş ölkələri öz ərazilərindəki istehsalı dayandırmış, ABŞ,
Kanada sabitləşdirmiş, gətirilmə xammala üstünlük vermişlər. Ona görə də hal-
hazırda dəmir filizinin əsas istehsalçıları Avstraliya, Braziliya, Hindistan və
Venesueladır. Dəmir filizinin əsas ixracatçıları Avstraliya, Braziliya, Hindistan,
Ukrayna, Kanada, CAR, İsveç, idxalçıları isə Çin, Yaponiya, Koreya Respublikası,
Almaniya, Fransa, B.Britaniya, İtaliya, ABŞ kimi ölkələrdir.
XX əsrin 70-80-ci illərinə kimi qara metallurgiyanın inkişafı ölkənin iqtisadi
qüdrətindən xəbər verirdi. Lakin ETİ inkişafı müasir dövrdə bu sahəni bir növ “xəstə”
sahəyə çevirmişdir. Bu ilk növbədə yeni texnoloji irəliləmələr, yeni material istehsalı,
- 36 -
rəqabətdə üstünlük təşkil edən alüminium, plastmass və digər konstruksiya
materiallarından istifadə imkanlarının artması ilə izah edilir. Nə qədər köhnə, ekoloji
cəhətdən istehsalı əlverişsiz olsa da polad istehsalı müasir dövrdə daha çox inkişaf
etmiş, istehsal həcmi 420 mln. tonu keçmişdir. Qeyd etdiyimiz kimi bunun bir neçə
səbəbi vardır. Ilk növbədə bu sahə “çirkli” sahə kimi olduğu üçün inkişaf etmiş
ölkələrdən inkişaf etməkdə olan ölkələrə miqrasiya etmişdir. Digər tərəfdən dəmir
filizinin ehtiyatı zəngin olan ölkələrdə onun emal sənayesi yaradılmışdır. Bu gün
Asiya, Afrika və Latın Amerikasında iqtisadi cəhətdən sürətlə inkişaf edən yeni
sənayeləşmiş ölkələr formalaşmışdır. Eyni zamanda ekoloji vəziyyətin gərgin olduğu
Qərb ölkələri metallurgiyanın həmin region ölkələrinə köçürmələri, ucuz xammal
əldə etmək istəyi bu inkişafa təkan vermişdir.
Hal-hazırda polad istehsalına görə fərqlənən ölkələrə daxildir – Çin (420
mln.t), Yaponiya (116 mln.t), ABŞ (98 mln.t), Rusiya (71 mln.t), Cənubi Koreya (48
mln.t), Almaniya (47 mln.t), Hindistan (44 mln.t), Ukrayna (41 mln.t), İtaliya (32
mln.t), Braziliya (31 mln.t). Təbii ki, dünyanın 90 ölkəsində polad istehsal olunursa,
bu onluq ölkələri dəyişkəndir.
Yer qabığında ən geniş yayılmış metal alüminiumdur. XIX əsrin əvvəllərində
Fransanın cənub-şərqində Boks adlanan ərazidə alüminium xammalı istehsal
olunmağa başlamış və xammal da boksit adlanmışdır. Düzdür ilkin vaxtlarda ondan
qismən az istifadə olunurdusa, sonralar istehsalçıların sayı artaraq 30-a çatmışdır. Bu
metalın istehsalı və emalı digər metallara nisbətən daha çox yerdəyişmələrə məruz
qalmışdır. Belə ki, ilkin dövrlərdə, yəni XX əsrin əvvəllərində əsas istehsalçılar Qərbi
Avropa və Şimali Amerika ölkələri idisə, artıq XX əsrin ortalarında Şərqi Avropa,
SSRİ, Latın Amerikası xüsusi ilə fərqlənmişdi. Latın Amerikasında Yamayka,
Surinam, Qayana kimi ölkələrdə onun istehsalı daha sürətli olmuşdur. Əsrin 80-90-cı
illərində Afrikanın Qvineya dövlətlərində Avstraliyada və paralel olaraq Latın
Amerikasında istehsal həcmi sürətlə artmağa başlamışdır. 2000-ci ildən sonra boksit
istehsalında 10 aşağıdakı dövlət liderlik səviyyəsinə çatmışdır: Avstraliya (61 mln.t),
Braziliya (21 mln.t), Çin (20 mln.t), Qvineya (18 mln.t), Yamayka (15 mln.t),
- 37 -
Hindistan (15 mln.t), Rusiya (6 mln.t), Surinam (5 mln.t), Venesuela (4mln.t),
Yunanıstan (3 mln.t).
Aparılan tədqiqatlar göstərir ki, son illər Asiya, Afrika və Latın Amerikası
ölkələrində məhsulun istehsal həcmi getdikcə artmaqda, ABŞ, Qərbi və Şərqi Avropa
ölkələrində isə azalma və dayanmalar davam etməkdədir. Bunun səbəbini boksitin
tərkibinin ağır əlvan metallara nisbətən çox olması (50%) ilə izah edirlər, dəmir
filizindən fərqlənmir, nəqliyyat əhəmiyyəti yüksəkdir. Ona görə inkişaf etmiş ölkələr
bu filizin idxalının ucuz başa gəlməsinə üstünlük verirlər.
Yer qabığı, onun quru hissəsi təbii sərvətlərlə zəngin olsa da, mineralların
tərkibində kimyəvi elementlərin müxtəlifliyi də çoxdur. Buna görə bu gün cəmiyyət
qarşısında duran ən vacib məsələ mövcud tərkibdən kompleks şəkildə istifadə
etməkdir. Sənaye əhəmiyyətli xammaldan istifadə zamanı qənaətcilliyə, tullantısız
texnoloji proseslərə üstünlüyün verilməsi önə çəkilməli, nadir elementlərdən
istifadəni artırmaqla davamlılığı artırmaq, enerjidaşıyıcılarından yanacaq kimi az,
kimya xammalı kimi daha çox istifadəyə üstünlük verilməlidir. Müasir dövrdə
geoloji, geokimyəvi tamlıq təşkil edən regionların resurslarından kompleks istifadə
etmək böyük əhəmiyyət kəsb edir. Təsərrüfatların ərazi təşkilini təkmilləşdirmək
üçün ərazinin relyef xüsusiyyətlərini nəzərə almaq çox vacibdir.
Dostları ilə paylaş: |