1.
Qurunun təsərrüfata cəlb edilməsinin iqtisadi-coğrafi problemlər.
Planetimizin mənimsənilməsi uzun tarixi proses olub, bütün ictimai-iqtisadi
formasiyalarda diqqət mərkəzində olmuş, ciddi antropogen dəyişikliklərə məruz
qalmışdır. Yer səthinin 30%-ə qədərini təşkil edən quru sahəsinin də yalnız 30%-dən
fəal istifadəyə başlanılmışdır. Təbii ki, planetin quru hissəsi çox böyükdür, lakin
cəmiyyətin tədqiq edə bildiyi üst qatından istifadəyə hələlik üstünlük verilir. Burada
kimyəvi elementlərin coğrafi yayılması, onlardan istifadə olduqca müxtəlifdir.
Alimlərin uzun illər ərzində apardıqları tədqiqat işləri göstərir ki, yerin təki hələ
nisbətən az öyrənimiş, bir sıra sərvətlərdən istifadə kifayət qədər deyildir, bəzi
- 30 -
ərazilərin mənimsənilməsinə isə başlamaq hələlik mümkün deyil. Belə ərazilərə
daimi donuşluqlar, sərt təbiəti ilə seçilən ada və yarımadalar, geniş səhralar, uca və
cavan dağlar, geniş bataqlıqlar və s.
Təcrübə göstərir ki, təbii ehtiyatlardan səmərəli istifadə edə bilmək üçün onların
miqdarını müəyyənləşdirmək çox vacibdir. Müasir dövrdə təsərrüfat sahələrini daha
çox maraqlandıran təbii resursların geoloji ehtiyatlarıdır. Ümumilikdə geoloji
ehtiyatları – sənaye ehtiyatlarına, öyrənilmiş və ehtimal olunan ehtiyatlara bölürlər.
A.E.Fersman yer qabığını 3 şaquli zonaya bölür:
1.Üst zona – qranitli, turşulu olub hidrogen, helium, litium, berillium, bor, oksigen,
ftor, natrium, alüminium, fosfor, silisium, xlor, kalium, titan, rubidium, ittrium,
sirkonium, niobium, molibden, qalay, sezium, lantanoidlər, tantal, volfram, qızıl,
radium, radon, torium, uran;
2.Orta zona – bazaltlı, əsaslı olub, karbon, oksigen, natrium, magnezium, alüminium,
silisium, fosfor, kükürd, xlor, kalsium, brom, yod, barium, stronsium;
3.Dərinlik zonası – peridotlu olub, titan, vanadium, xrom, dəmir, kobalt, nikel, ruteni
– palladium, osmiplatin kimi səciyyəvi elementlərdən ibarətdir.
Təbii ki, heç də yer qabığının hər yerində belə qanunauyğunluq hökm sürmür.
Bu bir növ yer qabığının formalaşmasından, yerin daxlindən gedən proseslərdən, yer
qabığını əmələ gətirən dağ süxurlarının endogen proseslər nəticəsində şaquli
yerdəyişməsindən,
bu prosesin sürətindən və davamlılığından asılıdır.
Dağəmələgəlmə prosesinin ilkin dövrlərində, xüsusilə də kembridən qabaqkı dövrdə
dəmirin, manqanın, misin, kobaltın, xromitin, uranın, nikelin, mikanın, qızılın və
platinin toplanması prosesi daha xarakterikdir. Paleozoy daş kömürün, neftin, kalium,
maqnezium duzunun, polimetal filizlərin, mezozoy neftin, kömürün, volframın,
kaynazoy isə boksit, kükürd, bor, gümüş, polimetal filizlərin toplanması, əvvəlki
elementlərin əmələ gəlmə prosesinin davam etməsi ilə seçilir.
Yerin təkindən hasil olunan təbii resurslar müasir ədəbiyyatlarda mineral resurs
kimi qeyd edilir. Elmi ədəbiyyatlarda mineral resursların təsnifatı arasında elə də
ciddi fərq yoxdur, lakin bəzi mütəxəssislər, o cümlədən V.P.Maksakovski onları
- 31 -
texniki istifadəsinə görə yanacaq, metal, texniki və tikinti materialları kimi təsnif
etmişdir (15. səh.34).
Bu gün dünya iqtisadiyyatını daha çox düşündürən və narahat edən, elmə,
texniki tərəqqiyə, onun nailiyyətlərindən istifadəyə əsaslanan sahə yanacaq
resurslarından istifadədir. Bu resursların coğrafi yayılması və ehtiyatının toplanması
olduqca müxtəlifdir. Hələlik elmə məlum olan və ya istifadə edilmə imkanlarının
mövcudluğuna görə Müstəqil Dövlətlər Birliyi ilə Asiya – avstraliya regionu daha
çox diqqəti cəlb edir. Həmçinin son illər Şm.Amerika, Yaxın və Orta Şərq, Avropa,
Afrika və Cənubi Amerika regionlarında tədqiqat işləri genişləndirilmiş, istifadə
olunma imkanları artmışdır. Yanacaq resurslarının coğrafi yayılmasında olduğu kimi,
strukturunda da fərqli cəhətlər vardır. Bu gün şərti yanacaq kimi kömürün regional
yayılması və ehtiyatı digər yanacaq növlərinə nisbətən daha genişdir. Burada da
regional fərqləri bəzən qabarıq şəkildədir. Məsələn, Avropada kömürün xüsusi çəkisi,
Yaxın və Orta Şərqdə, Xəzər hövzəsində neft-qaz ehtiyatları daha çoxdur. Bu gün
kömürün dünyada öyrənilmiş ehtiyatı 14.8 trln. tondur. Bunun 9.4 trln. tonu daş
kömürün, 5.4 trln. tonu qonur kömürün payına düşür. Lakin elmi, tədris və kütləvi
informasiya mərkəzlərində bu rəqəm 5.5 trln. ton kimi yayılmışdır ki, burada da
nisbət daş kömürün xeyrinə, 4.3-ün 1.2 trln. tonadır.
Aparılan araşdırmalar göstərir ki, kömür ehtiyatlarının öyrənilmiş miqdarına
görə ABŞ (250 mlrd. t), Rusiya (195 mlrd. t), Çin (115 mlrd. t), Hindistan (85 trln.t),
Avstraliya (82 trln. t), AFR (56 trln. t), CAR (50 trln.t) daha çox fərqlənir. MDB
ölkələri içərisində Rusiya, Ukrayna, Qazaxıstan fərqlənir. Bu ölkələrin Kansk-
Açinsk, Lena, Tunqus, Peçora, Karaqanda, Minusinsk, Ekibastuz, Donbas və s. kimi
iri hövzələrində zəngin kömür ehtiyatları toplanmışdır.
Neftin coğrafi yayılması kömürə nisbətən geniş əraziləri əhatə etsə də miqdarı
nisbətən azdır. Təxmini ehtiyatı 800 mlrd. tondur. Lakin bunun heç də hamısı sənaye
əhəmiyyətli deyildir, müxtəlif qarışıqlıqların tərkibindədir. Tədqiq olunan ehtiyatı
təxminən 165 mlrd. ton kimi qeyd olunur. Ehtiyatına görə ölkələr arasında fərqlər
müxtəlifdir, belə ki, Səudiyyə Ərəbistanı (36.1 mlrd. t), İran (18.0 mlrd. t), İrak (15.5
- 32 -
mlrd. t), Rusiya (15.1 mlrd. t), Küveyt (13.3 mlrd. t), B.Ə.Ə. (13.0 mlrd. t),
Venesuela (11.2 mlrd. t), Liviya (4.7 mlrd. t.), Nigeriya (4.6 mlrd. t), ABŞ (4.2 mlrd.
t) ehtiyata malikdir. Regionlar üzrə tədqiq olunmuş neft ehtiyatları aşağıdakı
cədvəldəki kimidir:
Dostları ilə paylaş: |