3.Təbii şəraitlə ictimai mənimsəmənin qarşılıqlı münasibətlərİ
Yer səthinin təbiəti tarixən öz-özünə və insan fəaliyyəti ilə dəyişən, bütün
canlıların,o cümlədən də insanın həyatının, ictimai istehsalın mənbəyidir.
Yaşadığımız planet daxilində və xaricində baş verən təbii proseslər nəticəsində xeyli
dəyişmiş, getdikcə soyuyaraq bərkimiş, səthində müxtəlif relyef formaları
- 25 -
yaranmışdır. Canlı orqanizmlər meydana gəlmiş, inkişaf edərək, hər tərəfə
yayılmışdır. Onların ali və yüksək şüurlu nümayəndəsi olan insan gözü qarşısında
böyük dəyişikliklər baş vermişdir. Insanlar böyük buzlaşmanı görmüş, indiki quru ilə
dənizlərin yerdəyişməsinin şahidi olmuşlar. Milyon illər ərzində gedən bu dəyişiklik
tədricən, insan cəmiyyətinin tarixi inkişaf prosesi isə daha sürətlə getmişdir. Insan
təbii mühiti ona görə dəyişir ki, özünün daim artan tələbatını ödəyə bilsin. Məhsuldar
qüvvələrin artması və inkişafı ilə insanın fəaliyyəti və təbii mühit də dəyişir ki, bu da
təbiətin mənimsənilməsini və quruluşunun dəyişilməsini labüd edir. Təbii şərait insan
fəaliyyətinin təsiri ilə daha məhsuldar, insanın həyatı üçün daha əlverişli olur.
Aparılan arxeoloji tədqiqatlar göstərir ki, hələ paleolit dövründə sürü halında yaşayan
pitekantroplar təbiətdən yığıcı kimi istifadə etmiş, hətta bəzən iri heyvan da ovlaya
bilmişlər. Çox da iri olmayan bu qədim insanların yığını əsasən isti iqlim şəraitində
Cənubi Avropada, Afrika, Asiya və Amerika qitəsində yaşamışlar. Onların təbiətə
təsiri heyvanların təsirindən heç də artıq olmamışdır. Yığın halından sadə
məskunlaşmış formaya keçdikdən sonra onların iri məskənlərinin ətrafında ilkin
antropogen təsirlərə rast gəlinmişdir. Sinantropların yaşayış yerlərinin yaxınlığında
aparılan qazıntı işlərindən sonra qalın kül təbəqəsi aşkar edilmişdir. Odun üzərində
əsrlər ərzində saxlanılması göstərir ki, o dövrlərdə ot, xırda odun və ağac budaqlarını
toplamaq, yandıraraq fasiləsiz ocaq qalamaq böyük zəhmət hesabına başa gəlmişdir.
Neondartallar artıq daş alətlər düzəltməyi, od əldə etməyi və iri vəhşi heyvanları
ovlamağı bacarırdılar. Bütün paleolit dövründə insan özünün kollektivdən asılılığını
hiss etməyə başlamış, lakin təbiətə münasibəti bir tərəfli olmuşdur. Iri heyvanların
sayının getdikcə azalması insanı nisbətən kiçik heyvanların, xüsusilə də, quş və
balığın ovunu artırmağa məcbur edir. Üst paleolitdən sonra kiçik həcmli heyvanların
kütləvi ovlanması üçün ov alətləri aşkar edilmişdir. Belə ki, qazıntılar nəticəsində
kaman və ox, tor, ağacdan hazırlanmış tələ və s. tapılmışdır.
İlkin ibtidai icma şəklində yaşayan insanlar yığıcılıq, ovçuluqla yanaşı tədricən
əkinçilik və heyvanlardıqla da məşğul olmağa başlamışlar. Burada enlik zonallığı
daha aydın nəzərə çarpır, çünki insanlar artıq təbiətdən istifadənin sadə yollarını
- 26 -
öyrənməyə başlamışdılar. Ovçuluq, yığıcılıq və balıqçılıq tayqa zonasında uzun
müddət saxlanmışdır. Meşə - çöl zonası o dövrün insanlarını daha çox cəlb edirdi,
çünki vegetasiya dövrünün uzunluğu, meyvə və heyvanların bolluğu, məhsuldar
torpaq daha əhəmiyyətli idi. Çöl zonasında quraqlıq baş verirdi. Lakin ot bitkisinin
bolluğu heyvandarlığın inkişafı üçün stimul idi. Burada köçəri həyat hökm sürürdü.
İnsanların tədricən təbii proseslərə uyğunlaşması onları daha çətin mənimsənilən
ərazilərə də yayılmağa vadar edirdi. Odun uzun müddət saxlanması və ondan istifadə
edilməsi geniş meşəliklərin yandırılması ilə nəticələnirdi. Ağaclardan təmizlənmiş
ərazilər əkinçilik üçün istifadə edilir, atılmış ərazilər isə sonradan daha sıx və iri
gövdəli ağaclarla əvəz olunurdu. Bütövlükdə təbiət tədricən dəyişir, insanların
təsərrüfat fəaliyyətlərində irəliləmələr baş verirdi. Tədricən kiçik heyvanların,
xüsusilə də qoyun, keçi, it, at və quşlar əhliləşdirilir, ev heyvanlarının yavaş-yavaş
növ tərkibi formalaşırdı.
Əmək vasitələrinin inkişafı, quldarlıq cəmiyyətinin formalaşması əmək
bölgüsünün yeni formasını yaradır, təbiətə münasibət və təbiətdən istifadə yeni
məzmun kəsb etməyə başlayırdı. Quldarların fiziki əməkdən imtina etmələri onları
elmi və mücərrəd təfəkkür və incəsənətlə məşğul olmağa vadar edir, təsərrüfata
nəzarət etməkdən uzaqlaşdırırdı. Zorla gətirilib, fiziki əməyə məcbur edilən qullar
üçün təbiətdən səmərəli istifadə etmək o qədər də maraqlı deyildi. Təbii resurslardan
kor-koranə istifadə qul sahiblərini sürətlə varlandırır, ətraf mühitə vurulan zərər isə
sanki nəzərə çarpmırdı.
İcma dövrünün müsbət nəticələri tədricən aradan qalxırdı. Belə ki, icma
dövründə təbiətdən istifadə zamanı əgər başçının şəxsi nümunəsi, təcrübəsi və əmək
qabiliyyəti həlledici və səmərəli nəticə verirdisə, kor-koranə münasibət özünün mənfi
təsirinin bəhrəsini verirdi. Hakim zümrə elə siyasi vəziyyət yaradırvə həyata keçirirdi
ki, bütün imkanlar daxili təbii resurslardan səmərəli istifadəyə yox, daha çox qul əldə
etməyə, nisbətən zəif qonşu dövlətləri talan etməklə daxili tələbatı ödəməyə
istiqamətlənirdi. ərazisi və təbiəti viran edilən ölkə əhalisi başqa ərazilərə aparılır,
onların isə yeni ərazilərə və yeni istehsal münasibətlərinə öyrəşməkləri çətinləşir,
- 27 -
qazandıqları əmək vərdişləri itirdi. Uzun-uzadı davam edən müharibə və çəkişmələr
Mesopotamiya, Kiçik Asiya və Aralıq dənizi ətrafında torpaqların gücdən düşməsinə,
korlanaraq səhralaşmasına səbəb olurdu.
Patriarxal dövrünün təbiətdən istifadə metodları sonrakı ictimai – iqtisadi
formasiya olan feodalizmdə də təkrarlanırdı. Ayrı-ayrı kəndlilərin nəzərində
olmayan, iri feodallara məxsus torpaqlardan istifadə o qədər də iqtisadi səmərəli
deyildi, o daha çox qorunur, yüksək təbəqənin ovdanı rolunu oynayırdı. Nəticə etibarı
ilə ilkin qoruqlar da yasaqlıqlar yaranmağa başlayırdı. Çünki ova başı bərk qarışan
zadəgənlər bəzi heyvan və quş nəslinin kəsilmə təhlükəsini hiss etməyə başlamışdılar.
Bu dövrdə sadə əmək alətləri, formalaşmaqda olan məhsuldar qüvvələr təbiəti eninə
istiqamətdə mənimsəməyə daha çox meyilli idi.
Elmin sürətli inkişafı sonrakı mərhələdə - kapitalist istehsal münasibətlərinin
formalaşdığı bir şəraitdə təbiətdən istifadə yeni məzmun kəsb etməyə başladı. Yeni
texnikanın tətbiq edilməsi sayəsində təbiətə təsir daha da güclənir,daha çox gəlir
gətirən sahələr sürətlə inkişaf edirdi. Iri, varlı, hərbi-siyasi durumu yüksək olan
ölkələrdə gətirilmə xammala meyl yaranırdı. Bu dünyada baş verən qüvvələr
mərkəzləri arasında bir növ rəqabətə də çevrilirdi. əgər XX əsrin əvvəllərində
kauçukun əsas istehsalçısı və ixracatçısı Braziliya idisə, həmin əsrin 20-ci illərindən
sonra Cənubi-Şərqi Asiya ölkələrinin iri plantasiyalarından əldə etmək daha səmərəli
olmuşdu. İkinci dünya müharibəsi zamanı bu əraziləri Yaponiyanın zəbt etməsi
yenidənBraziliyanın atılmış, kor-koranə qalmış ərazilərində kauçuk istehsalına
marağı artırmağa başladı. Müharibədən sonra yenə də bu ərazilərə maraq azaldı,
halbuki bu dövrdə kauçuk istehsalında irəliləyiş əldə etmək üçün 50 mindən çox
işçiqüvvəsi gətirilmişdi. İstehsalın dayanması, təbiətə vurulan zərbə, insanların
acınacaqlı həyat tərzi getdikcə artmağa, dözülməz hal almağa başladı.
Elmi – texniki nailiyyətlər qazanmış Qərbi Avropa ölkələrindətəbiətdən
istifadə böyük vüsət almışdı. Yeraltı təbii sərvətlər sürətlə istifadə edilir, meşələr
qırılır, əkin sahələri artırılırdı. XX əsrin 60-cı illərindən sonra artıq bu regionda təbii
resursların tükənməsi, bəzilərinin isə iqtisadi – səmərəli olmaması meydana çıxdı.
- 28 -
Buna baxmayaraq təbiətdən daha səmərəli istifadə etmək, onu qorumaq getdikcə daha
da aktuallaşmağa başladı. Təsadüfi deyildir ki, bu gün bu regionun bəzi ölkələrində
hər hektardan toplanan buğda maksimum həddə - 70-80 sentnerə çatmışdır. Təbii
meşəliklər milli parklara çevrilmiş, yerli sənayenin artan tələbatını ödəmək üçün təbii
sərvətləri zəngin olan ölkələrdə hasilat – ilkin emal sahələri yaradılmış, alınan
yarımfabrikatlar son emal üçün ölkə ərazisinə gətirilərək ekoloji tarazlığı saxlamaq
ön plana çəkilmişdir.
Aparılan çoxsaylı tədqiqat işləri göstərir ki, müasir dövrdə təbiətlə cəmiyyət,
təbii mühitlə ictimai mənimsəmə arasında həm dialektik, həm də antaqonik
münasibətlər mövcuddur və bu münasibətlər ayrı-ayrı ölkələrdə müxtəlif
səviyyədədir. Bir an təsəvvür edin ki, sənayecə yüksək inkişaf etmiş Qərbi Avropa
ölkələrindən birində hər hansı bir iqtisadi fəal insan ildə bir dəfə istirahət etmək üçün
məzuniyyət götürür. İqtisadi durumu yüksək olan ingilis, fransız, alman və ya qeyrisi
istirahət üçün haranı nəzərdə tutur ? Əlbətdə ki, təbii mühiti daha sağlam, təbiəti
olduqca rəngarəng, təbiətinə texnogen təsir olmamış ölkələrə. Deməli, elmin,
texnikanın sürətli inkişafı haradasa insanın bəzən özünə, onun maddi və mənəvi
sağlamlığına da ciddi zərbə vurur. Əhalinin sağlamlığının korlanması təbiimühitin
dəyişməsi ilə sıx əlaqəlidir. Təbiətə təsirin, təbii mühitdən istifadənin güclənməsi
əhali arasında xərçəng, ürək-damar xəstəliklərinin də artmasına, ölənlərin sayının
sürətlənməsinə səbəb olur. Əgər inkişaf etməkdə olan ölkələrdə mədə-bağırsaq,
epidomioloji və uşaqlar arasında erkən ölüm üstünlüyü nəzərə çarpırsa və bu hallar
ölkədə sanitar – gigiyena şəraitinin pis təşkili ilə izah olunursa, inkişaf etmiş
ölkələrdə əsəb - sinir sisteminin, qan-damar və veneroloji pozuntuların artması ilə
izah edilir.
Dostları ilə paylaş: |