I F Ə S İ L
- 5 -
TƏBİƏTDƏN İSTİFADƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ,
ELMİ - NƏZƏRİ ƏSASLARI
1.
TƏBİƏTDƏN İSTİFADƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ,
PREDMETİ VƏ DİGƏR ELMLƏRLƏ ƏLAQƏSİ
Təbiətdən istifadə məhsuldar qüvvələrin formalaşması və inkişafı, təbiətlə
cəmiyyət arasında münasibətlərin yaranmasının əsas prinsiplərini müəyyənləşdirir.
İqtisadi və sosial coğrafiyanın predmeti, məqsəd və vəzifələri də məhz bu
problemlərin araşdırılması, təbiətdən səmərəli istifadə etməklə əhalinin artan
tələbatını öyrənməsi, həyat səviyyəsinin daim yaxşılaşdırılmasına öz töhfəsini
verməsidir. Təbiətdən istifadə yollarının öyrənilməsi təbiətlə cəmiyyətin qarşılıqlı
münasibətinin mahiyyətinin aşkarlanması, təbii resurslardan istifadə yollarının
təkmilləşdirilməsi deməkdir.
Elm və texnikanın sürətli inkişafı şəraitində təbiətdən olduqca səmərəli istifadə
etmək insan cəmiyyətin qarşısında ən mühüm problemə çevrilmişdir. Bu problemin
yaranması və həlli də məhz cəmiyyətdən, onun intellektual səviyyəsindən asılıdır.
Təbiət insan cəmiyyəti formalaşana qədər də mövcud idi. Təbii komponentlər
arasında qarşılıqlı əlaqə daim olmuş və vahid coğrafi təbəqə yaranmışdı, hal-hazırda
da insandan asılı olmayaraq mövcuddur. Sadəcə olaraq insan bu təbii
komponentlərdən öz mənafeyi üçün istifadə edir. Təbii komponentlər planetar olub,
coğrafi yerləşməsinə görə bütöv təbəqələri əhatə edir. Planetimizin ayrı-ayrı coğrafi
təbəqələri cəmiyyətin mənimsəməsi baxımından – litosfer (dağ süxurları), hidrosfer
(su), atmosfer ( oksigen, karbon və digər qazlar), biosfer (bitki və heyvanat aləmi)
kimi dəyərləndirilir və istifadə edilir. İnsanlar da bioloji varlıq kimi biosferə daxildir,
onun komponentidir, lakin təbii qanunlardan tam asılı deyildir. O, daha çox
cəmiyyətin qanunlarına tabedir. Buna baxmayaraq cəmiyyət eyni zamanda təbiətdən
asılıdır, onun qanunlarına qismən tabedir, lakin təbiəti dəyişməyə, onu bildiyi kimi
istifadə etməyə meyllidir. Ona görə də təbiətdən səmərəli istifadə etmək üçün
- 6 -
cəmiyyət bütün təbiət elmlərindən, elmlər sintezindən daha bacarıqla istifadə etməyi
öyrənməlidir.
Cəmiyyətin təbiətə, coğrafi mühitə təsiri durmadan artır. Unutmaq olmaz ki,
coğrafi mühit böyük təbii məhsuldar qüvvələrə malikdir və bu qüvvələri öyrənmək
təbiətdən səmərəli istifadə etmək üçün olduqca vacibdir. Təbii məhsuldar qüvvələrə
təbii resurslar və mənimsəmənin təbii şəraiti aiddir. Təbii resurslar planetimizin
insanlar tərəfindən mənimsənilə bilən ayrı-ayrı xarici təbəqələrinin komponentləridir.
Bura müxtəlif faydalı qazıntılar, bioresurslar, təbii enerji mənbələri və s. aiddir.
Təbii mühit təbii resursların mənimsənilməsi üçün zəruri olan coğrafi mühitin
elementləridir. Bura insanın nəfəs alması üçün oksigen, günəş istiliyi və işığı,
rütubətlilik, yağıntılar, göllər, çaylar, relyef, bioloji varlıqların inkişafı üçün torpaq
örtüyü və s. aiddir.
Təbiətin mənimsənilməsi istehsal vasitələri ilə daha sıx əlaqədədir və bu elm
və texnikanın inkişafı üçün əlavə stimuldur. Müasir dünyada elm, elmi-texniki-
tərəqqi qarşısında duran ən mühüm vəzifələrdən biri də məhz elmin məhsuldar
qüvvəyə çevrilməsidir. Cəmiyyətin elmi – intellektual səviyyəsi artdıqca, yeni-yeni
istehsal vasitələri istehsal etdikcə təbiətə təsiri daha da artır, təbiətdən istifadəni
“dərininə” və “eninə” doğru təkmilləşdirir, əhalinin artan tələbatını ödəmək üçün
istehsalın artım imkanını genişləndirir.
Təbiətdən istifadənin sürətli inkişafının baş verdiyi ərazilər ayrı-ayrı dövrlərdə
müxtəlif olmuşdur. Əgər ilkin dövrlərdə cəmiyyət və onun mənimsəmə imkanı
təbiətdən çox asılı idisə, cəmiyyətin sonrakı tarixi ərzində o tez-tez dəyişmişdir.
Həmçinin tarixi dövrlər ərzində coğrafi mühitdə baş verən dəyişiklikləri də nəzərə
almaq lazımdır. Belə ki, son buzlaşma həm insanların inkişafına, həm
məskunlaşmasına, həm də təbiətə təsirində ciddi izlər buraxmışdır. Digər tərəfdən
insanlar bir sıra təbii hadisələri və təbii kompleksləri dəyişərək mənimsəmənin
coğrafi mühitini dəyişir, təbiətin tarixi gedişini sürətləndirir. Dəyişən təbiət də öz
növbəsində məhsuldar qüvvələrə, mənimsəmənin formasına öz təsirini göstərir.
Elmin, texnikanın köməyi ilə səhralaşmanın qarşısı alınır, kanallar, kollektorlar,
- 7 -
irriqasiya sistemləri yaratmaqla təbii landşaft antropogen landşaftla əvəz edilir. Bütün
bunları həyata keçirərkən nəzərə alınmalıdır ki, təbii komponentlərin dəyişməsi
insana neçəyə başa gələcək, bu dəyişmələr mənimsəməyə nə verəcək və dəyişkənliyə
sərf olunan vəsait nə qədər vaxta ödəniləcəkdir. Həmçinin təbiətə təsir hansı mənfi
hallara gətirib çıxara bilər və əks təsir nə vaxt və ya hansı miqyasda özünü göstərə
bilər. Müasir dövrdə təbiətdən istifadənin iqtisadi cəhətdən qiymətləndirilməsi,
təbiətin qorunması və ekoloji problemlərin yaranmaması ön planda olmalıdır.
İnsan təbiəti mənimsəyərkən daim ziddiyyətlə qarşılaşır. Təbiətin özünəməxsus
və idarəolunmayan təbii proseslərin ilə cəmiyyətin məqsədli fəaliyyəti müxtəlif
inkişaf qanunlarına tabedir. İnsan təbiətin mənimsəyərkən elmin, texnikanın
köməyilə qarşısına çıxan ziddiyyətləri həll edir, yeni-yeni məhsuldar qüvvələri
hərəkətə gətirir.
Təbiətin mənimsənilməsi uzun tarixi proses olub, insan cəmiyyətinin
formalaşma tarixi ilə uzlaşır. Təbiət elmləri həmişə cəmiyyətlə, cəmiyyət haqqında
elmlərlə sıx əlaqəli olmuşdur. Hər bir ictimai-iqtisadi formasiyanın özünəməxsus
inkişafı, təbiətdən istifadə bacarığı olmuşdur. Uzun illər boyu cəmiyyət təbiəti
“eninə” mənimsəyirdi, “elm və texnikanın indiki mərhələsində daha çox dərininə”
mənimsəməyə başlamışdır. Bu təbiətdən, təbii resurslardan daha səmərəli istifadə
etməyə imkan yaradır. Digər tərəfdən, təbiətə təsirin, təbiətdən istifadənin iqtisadi
səmərəliliyi də ön plana çıxmışdır. Belə ki, bir çox inkişaf etmiş ölkələrdə təbii
resursları istehsala və emala cəlb etmək baha başa gəldiyindən onun digər ölkələrdən
gətirilməsi iqtisadi cəhətdən daha sərfəli olmuşdur. Təbiətdən istifadə indi bir çox
dəqiq elmlərin nəticələrinə əsaslanır. Buna görə də təbiət – istehsal – idxal kompleksi
bu elmi dəqiq elmlərlə sıx bağlayır.
Təbiətdən istifadənin müasir mərhələsi elm və texnika ilə bağlıdır. İqtisadi
səmərəlilik yeni texnika və texnologiya olmadan mümkün deyildir. Azalmaqda olan
təbii komponentlər, xüsusilə də minerallar daha dəqiq tədqiq olunmanı, istifadə
zamanı tullantısız istifadəni tələb edir. Bu isə müasir və təkmilləşmədə olan
avadanlıqlar hesabına mümkündür.
- 8 -
Dostları ilə paylaş: |