2.
İqlim və rekreasiya resursları və onlardan istifadənin
iqtisadi – ekoloji xüsusiyyətləri.
İqlim resursları tükənməyən təbii resurslar qrupuna daxil olub, insanın
təsərrüfat fəaliyyətinin tərkib hissəsi kimi çirkləndirilə və ya saflaşdırıla bilir. Iqlim
cəmiyyətin formalaşdığı tarixi dövrlərdə həmişə dəyişkən olmuşdur. Bu dəyişkənliyə
baxmayaraq insanlar daim təsərrüfat sahələrini təkmilləşdirmiş, məhsuldar qüvvələr
daim inkişaf etmişdir. Düzdür insanlar qədim buzlaşmanı görmüş, ondan sonrakı
dövrlərdə də iqlimdə baş verən dəyişikliklərin şahidi olmuşlar və dəyişmələr
təsərrüfatın müxtəlif sahələrinə təsir etmişdir. Belə ki, buzlaşmadan sonra baş verən
istiləşmə nəticəsində okean və dənizlərdə buzların əriməsi, suyun temperaturunun
- 38 -
artması, xüsusilə də Şimal Buzlu okeanında buzların əriməsi dəniz nəqliyyatının
inkişafına müsbət təsir etmiş, istilik sevən balıqların daha yüksək enliklərində
artmasına, bu isə balıqçılığın, balıq ətindən istifadənin miqyasının genişlənməsinə
şərait yaratmışdır. Yağıntıların miqdarının dəyişməsi, quraqlığın baş verməsi, bir
sözlə iqlim fərqləri qlobal və ya lokal şəkildə də özünü göstərir. Yağıntıların
dəyişməsi çaylarda su rejiminə, bu isə su elektrik stansiyalarının işinə, suvarma
sisteminə təsir edir. İqlim fərqləri təsərrüfata, xüsusilə də nəqliyyata və kənd
təsərrüfatına daha çox təsir edir.
İqlim şəraitinin müxtəlifliyi özünü kənd təsərrüfatında daha qabarıq göstərir.
Burada istiliklə rütubətin əlaqələnməsindən çox şey asılıdır. Kənd təsərrüfatı
bitkilərinin fəal temperatur cəmindən asılılığı, vegetasiyası üçün orta illik
temperaturunun və yağıntıların miqdarı mühüm rol oynayır. Bu təbii bitkilərin
inkişafına və onların vasitəsilə torpaq əmələ gəlməyə təsir edir, insanlar tərəfindən
mədəni bitkilərin becərilməsinə, əkinçilik məhsullarının kimyəvi tərkibinə böyük
təsir göstərir.
Iqlim tiplərinin bitkilərin inkişafına təsiri məsələləri Y.Q.Sauşkin tərəfindən
geniş təhlil edilmiş (... 213-320), kənd təsərrüfatı bitkilərinin proporsiyaları
verilmişdir. O, qeyd etmişdir ki, bu proporsiyalar ölkələrin iqtisadi inkişaf
xüsusiyyətləri ilə müəyyən edilir. Yer kürəsində ən iri enerji mənbəyi günəş
enerjisidir. Elmi ədəbiyyatlarda bu enerjinin miqdarı 1.7
·10
13
kvt-a bərabər tutulur.
Günəşin bu tükənməyən enerjisindən istifadə bütün canlılar, xüsusən də kənd
təsərrüfatının inkişafını təmin edən bitki və heyvanlar üçün əvəzedilməzdir.
Bitkiçiliyin inkişafında iqlim resurslarından istifadə, xüsusilə də aqloiqlim
resurslarından istifadə mühüm əhəmiyyət kəsb edir. Aqroiqlim resursları dedikdə
bitkilərin inkişafını təmin edən amillərə hava, işıq, istilik, rütubət və qidalanma
maddələri nəzərdə tutulur.
Hava atmosferdə olan qazların qarışığıdır və bunun 78%-i azotun, 21%-i –
oksigenin payına düşür. Canlılar üçün vacib olanı azot, oksigen və karbon qazlarıdır
- 39 -
ki, bunlar tükənməyən resurslara aiddir. Lakin son illər ərzində elmi ədəbiyyatlarda
bu barədə olan problemlər geniş müzakirələrə səbəb olmuşdur. Təbii ki, elm, texnika
inkişaf etdikcə havaya zəhərli qazların tullantısı da artmaqdadır. Insanlar daha çox
avtomobildən, təyyarədən istifadə etdikcə onu çirkləndirir, oksigenin miqdarını
azaldır. Görkəmli alim-iqlimşünas F.F.Davitayanın hesablamalarına görə ildə 1%
istifadənin azalması ümumi oksigen ehtiyatının üçdə iki hissəsi 700 il, 5%-lə itkisi isə
180 ilə itə bilər. Bir sıra alimlər isə atmosferdə oksigenin azlığının insan üçün o qədər
də qorxulu olmaması fikrindədirlər.
Yer kürəsində bütün fiziki-coğrafi proseslərin əsasını işıq enerjisi təşkil edir.
Günəş radiasiyası bitkilərdə aqroiqlim resursunun əsasını təşkil edən fotosintez
prosesini yaradır. Bu da həm bitkinin inkişafını həm də havada qaz mübadiləsini
fəallaşdırır. Yer kürəsində bir çox bitkilər, xüsusən də kənd təsərrüfatı bitkiləri
işıqlanma müddətinə iuyğunlaşmışlar. Alimlər kənd təsərrüfatı bitkilərini günün
uzunluğu baxımından üç kateqoriyaya bölürlər. Qısa günsevər bitkilərə pambıq,
qarğıdalı, uzun günsevər bitkilərə buğda, arpa, darı və günün uzunluğundan asılı olan
bitkilərdən günəbaxanı göstərmək olar.
Bütün bitkilər vegetasiya dövründə müəyən qədər istilik alır. Bu müddət
ərzində aldığı temperaturların cəminə fəal temperatur cəmi deyilir ki, elmi əbədiyyata
XX əsrin 30-cu illərində məşhur rus aqroiqlimşünası Q.T.Selyaninov gətirmişdir.
Həmçinin bitkilərin vegetasiyasında temperaturla yanaşı rütubətin də rolu böyükdür.
O, həm fotosintez prosesində, həm də bitki orqanizmində qida maddələrinin
daşınmasında fəal iştirak edir. Bütövlükdə kənd təsərrüfatı məhsullarının inkişafı
aqroiqlim resurslarından asılıdır. Aqroiqlim resursları dedikdə iqlimin kənd
təsərrüfatı istehsalını təmin edən xüsusiyyətləri, imkanları başa düşülür. Aydındır ki,
hər bir bitki müxtəlif vegetasiya dövrünə malikdir, bu vaxt müəyyən miqdar istilik və
rütubət tələb edir. Odur ki, aqroiqlim resursları bir sıra göstəriciləri özündə
birləşdirir.
Aqroiqlim
resurslarının
coğrafi
öyrənilməsində
aqroiqlim
rayonlaşdırılmasını V.P.Maksakovski aşağıdakı kimi təklif etmişdir. Bu bölgünün
əsasını bitkilərin istiliksevməsi təşkil edir:
- 40 -
1) qısa vegetasiya dövrü ilə xarakterizə olunan soyuq qurşaq, burada fəal temperatur
cəmi 1000
0
S-dən az, açıq qruntda əkinçilik mümkün deyildir;
2) fəal temperatur cəmi şimalda 1000
0
S-dən çox, cənubda 2000
0
S-dək olan sərin
qurşaq, istilik sevməyən bəzi bitkilərin əkilməsi mümkündür.
3) fəal temperatur cəmi 2000-4000
0
S arasında olan mülayim qurşaq, bitkilərin
vegetasiya dövrü 60 gündən 200 günədəkdir və bu enlikdə kütləvi əkinçiliyin həyata
keçirilməsi mümkündür.
4) fəal temperatur cəmi 4000-8000
0
S arasında olan isti qurşaq, istilik sevər subtropik
bitkiçiliyin həyata keçirilməsi mümkündür.
5) fəal temperatur cəmi 8000-10000
0
S arasında olan isti qurşaq, il ərzində tropik və
ekvatorial bitkiçiliyin inkişafı mümkündür.
İnsanların fiziki və əqli yorğunluğunu aradan qaldırmaq, onun sağlamlığını və
işgörmə qabiliyyətini bərpa etmək üçün istifadə olunan resurslara rekreasiya
resursları deyilir. Latınca recreation – bərpa mənasını verir. Rekreasiya resurslarına
bol günəş şüası, günəşli günlərin çoxluğu, qumlu sahil, müalicəvi termal sular, gözəl
landşaft, xizəksürmə üçün qar örtüyünə malik əlverişli relyef və sairə aiddir.
Antropogen obyektlər, yəni muzeylər, tarixi abidələr, parklar, sanatoriyalar, idman
meydançaları, estetik cəhətdən insanları cəlb edən bütün vasitələr rekreasiya
resurslarıdır. Bu gün dünya əhalisinin böyük bir hissəsi bu resurslardan istifadə edir.
Təbii ki, dünyanın aparıcı ölkələri bu resurslardan istifadə etməklə daha çox gəlir
əldə etməyə çalışır. Belə ölkələrdən ABŞ, Kanada, Fransa, AFR, İtaliya, Yunanıstan,
Türkiyə, İsrail, İspaniya, Portuqaliya, İngiltərə və başqalarını qeyd etmək olar.
Insanların orqanizminə təsirinə görə təbii rekreasiya resurslarını şərti olaraq üç növə
bölmək olar. 1-iqlim şəraitinin üstünlüyü ilə bağlı tibbi-bioloji resurslar; 2- təbii
landşaftların, onun ayrı-ayrı komponentlərinin insanın psixo-estetik resurslar; 3 –
insan fəaliyyətinin nəticəsi kimi antropogen resurslar.
Istər iqlim, istərsə də rekreasiya resursları istifadə olunursa, qorunur və təbliğ
edilirsə, o insan cəmiyyətinə daha yararlıdır və daha cəlbedicidir. Ona görə də bu
- 41 -
resurslardan maksimum və qənaətlə istifadə etmək, onu gələcək nəslə ötürmək
olduqca vacibdir.
Dostları ilə paylaş: |