Qadağan nişanları
I. Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən
məhdud-iyyətlər qoyur, yaxud ləğv edir
II. Onların dairəvi forması, ağ fonu, 3.27-3.30 işarələrinin mavi və qırmızı
haşiyəsi vardır. 3.1, 3.21, 3.23, 3.25 və 3.31 nişanlar rəngli tərtibatla fərqlənirlər.
III. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların
sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır.
Qadağan
nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər.
IV. 3.2-3.9, 3.34 вя 3.35 qadağan nişanları müvafiq nəqliyyat vasitələrinin hər
iki istiqamətdə hərəkətini qadağan edir.
V.
Qadağan
nişanlarının
qüvvəsi
aşağıdakılara
şamil
edilmir:
1) 3.2-3.8 - işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu
sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan
nəqliyyat vasitələrinə. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat
yerinə
ən
yaxın
olan
yolayrıcından
girib-çıxmalıdırlar;
2) 3.2, 3.28-3.30 - I və II qrup əlillərin idarə etdiyi tanınma nişanına malik
nəqliyyat vasitələrinə;
3) 3.18.1, 3.18.2 nişanlarının qüvvəsi, qarşısında nişan qoyulmuş yolun hərəkət
hissəsinin kəsişmə yerinə aiddir.
VI. 3.16, 3.20, 3.22, 3.24, 3.26-3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu
yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə
yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış
yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmuş digər ikinci
dərəcəli yollarda kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir.
VII. 5.22 nişanı ilə işarələnən yaşayış məntəqəsindən qabaqda qurulmuş 3.24
nişanı həmin nişana qədər qüvvədə olur.
VIII. Nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər:
1) 3.16 və 3.26 nişanları üçün - 7.2.1 lövhəciyi tətbiq etməklə;
2) 3.20, 3.22, 3.24 nişanları üçün - onların qüvvədə olduğu sahənin qurtaracağında
müvafiq olaraq 3.21, 3.23, 3.25 nişanları qoymaqla və ya 7.2.1 lövhəciyi tətbiq
etməklə. 3.24 nişanının qüvvədə olduğu sahəni maksimum hərəkət sürətinin başqa
kəmiyyəti göstərilən 3.24 nişanı qoymaqla azaltmaq olar;
3) 3.27-3.30 nişanları üçün - onların qüvvədə olduğu sahənin qurtaracağında
3.27-3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi
tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10
nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu
sahə
nişanlama
xəttinin
uzunluğu
ilə
müəyyənləşdirilir.
IX. 3.10, 3.27-3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş
tərəfinə şamil edilir.
3.1 Giriş qadağandır
3.2 Hərəkət qadağandır
3.3 Mexaniki nəqliyyat vasitələrinin hərəkəti qadağandır
3.4 Yük avtomobillərinin hərəkəti qadağandır
3.5 Motosikletlərin hərəkəti qadağandır
3.6 Traktorların hərəkəti qadağandır
3.7 Qoşqu ilə hərəkət qadağandır
3.8 At-araba ilə hərəkət qadağandır
3.9 Velosipedlə hərəkət qadağandır
3.10 Piyadaların hərəkəti qadağandır
3.11 Kütlənin məhdudlaşdırılması
3.12 Oxa düşən ağırlığın məhdudlaşdırılması
3.13 Hündürlüyün məhdudlaşdırılması
3.14 Enin məhdudlaşdırılması
3.15 Uzunluğun məhdudlaşdırılması
3.16 Minimum ara məsafənin məhdudlaşdırılması
3.17.1 Gömrükxana
3.17.2 Təhlükə
3.18.1 Sağa dönmək qadağandır
3.18.2 Sola dönmək qadağandır
3.19 Geriyə dönmək qadağandır
3.20 Ötmək qadağandır
3.21 Ötməyin qadağan edildiyi zonanın qurtaracağı
3.22 Yük avtomobillərinin ötməsi qadağandır
3.23 Yük avtomobillərinin ötməsi qadağan edilmiş zonanın qurtaracağı
3.24 Maksimum sürətin məhdudlaşdırılması
3.25 Maksimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı
3.26 Səs siqnalı vermək qadağandır
3.27 Dayanmaq qadağandır
3.28 Durmaq qadağandır
3.29 Ayın tək günlərində durmaq qadağandır
3.30 Ayın cüt günlərində durmaq qadağandır
3.31 Bütün məhdudiyyətlər zonasının qurtaracağı
3.32 Ehtiyat üçün ayrılmış duracaq yeri
3.33 Nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun sürətin
məhdudlaşdırılması
3.34 Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır
3.35 Partlayıcı və tezalışan yükü olan nəqliyyat vasitələrinin
|