Məcburi hərəkət istiqaməti nişanları
I. Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin
hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin
hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir.
II.
Bu
nişanların
dairəvi
forması
və
mavi
fonu
vardır.
III. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən
istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə
dönməyə də icazə verir.
IV. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət
hissəsinin kəsişmə yerinə şamil edilir.
V. Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər
qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa
dönməyi qadağan etmir. 4.4 nişanı minik avtomobillərinin, avtobusların,
motosikletlərin, və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük
avtomobillərinin hərəkətinə icazə verir. Bu nişan işarələnmiş sahədə yerləşən
müəssisələrə xidmət edən, habelə həmin sahədə yaşayan vətəndaşlara xidmət edən
və ya məxsus olan digər nəqliyyat vasitələrinin hərəkətinə də icazə verir. Belə
hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın
yolayrıcından girib-çıxmalıdırlır.
4.1.1 Düzünə hərəkət
4.1.2 Sağa hərəkət
4.1.3 Sola hərəkət
4.1.4 Düzünə və ya sağa hərəkət
4.1.5 Düzünə və ya sola hərəkət
4.1.6 Sağa və ya sola hərəkət
4.2.1 Maneəni sağdan keçmə
4.2.2 Maneəni soldan keçmə
4.2.3 Maneəni sağdan və ya soldan keçmə
4.3 Dairəvi hərəkət
4.4 Minik avtomobillərinin hərəkəti
4.5 Velosiped zolağı
4.6 Piyada zolağı
4.7 Minimum sürətin məhdudlaşdırılması
4.8 Minimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı
4.9.1 Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti
4.9.2 Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti
4.9.3 Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti
|