II. Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar),
piyadanın və ya velosipedin silueti şəklində və X formalı ola bilər. Dairəvi siqnallı
svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər: həmin
bölmələr dairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir.
III.
Svetoforun
dairəvi
siqnallarının
aşağıdakı
mənaları
vardır:
1) yaşıl rəngli işığın yanması - bu siqnal hərəkətə icazə verir;
2) yaşıl rəngli işığın yanıb- sönməsi - bu siqnal hərəkətə icazə verir və bildirir ki,
onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə
qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər);
3) sarı rəngli işığın yanması - bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların
dəyişəcəyi barədə xəbərdarlıq edir;
4) sarı rəngli işığın yanıb-sönməsi - hərəkətə icazə
verir və nizamlanmayan
yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq
edir;
5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi - bu siqnal hərəkəti qadağan
edir;
6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması - bu siqnal hərəkəti qadağan
edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir.
IV. Svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası
müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız
oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə
icazə
verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda,
geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir.
Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin
qadağan edilməsi deməkdir.
V. Svetoforun əsas yaşıl işığının üstünə qara konturlu ox (oxlar) çəkilmişsə, bu,
sürücülərə svetoforun əlavə bölməsinin olduğunu
bildirir və əlavə bölmənin
işığında göstəriləndən fərqlənən digər istiqamətlərdə hərəkətə icazə verir.
VI. Svetoforun işığı piyada (velosiped) silueti şəklindədirsə, onun qüvvəsi yalnız
piyadalara (velosipedçilərə) şamil edilir. Bu zaman yaşıl işıq piyadaların
(velosipedçilərin) hərəkətinə icazə verir, qırmızı işıq isə onların hərəkətini qadağan
edir. Velosipedçilərin hərəkətini nizamlamaq üçün həmçinin dairəvi işıqları olan
kiçik ölçülü svetoforlardan da istifadə edilə bilər; həmin svetoforlara üzərində qara
rəngli velosiped təsviri olan 200x200 mm ölçüdə ağ rəngli düzbucaqlı lövhə əlavə
olunur.
VII. Kor piyadalara yolun hərəkət hissəsini keçməyin mümkünlüyünü bildirmək
üçün svetoforun işıq siqnallarına səs siqnalı da əlavə edilə bilər.
VIII. Yolun hərəkət hissəsinin zolaqları ilə, xüsusən hərəkət istiqaməti əks tərəfə
dəyişə bilən zolaqları ilə nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün belə
yollarda qırmızı rəngli X formalı siqnalı və aşağı yönəldilmiş oxşəkilli yaşıl siqnalı
olan qarşılıqlı svetoforlar tətbiq edilir. Bu siqnallar onların altında yerləşən zolaqda
hərəkəti müvafiq sürətdə qadağan edir və ya ona icazə verir. Qarşılıqlı svetoforun
əsas siqnallarına diaqonal üzrə aşağı sağa və ya sola istiqamətləndirilmiş oxşəkilli
sarı siqnal əlavə edilə bilər; onun yanması siqnalın dəyişəcəyini və oxun göstərdiyi
zolağa keçməyin zəruriliyini bildirir. Hər iki tərəfdən 1.9
nişanlama xətti olan
zolağın üzərində asılmış qarşılıqlı svetofor siqnalları yanmadıqda, bu zolağa girmək
qadağandır.
IX. Tramvaylar, habelə digər ümumi istifadədə olan nəqliyyat vasitələri üçün
ayrılmış zolaqda hərəkət edən həmin nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq
üçün «T» hərfi şəklində yerləşmiş ağ-sarımtıl dörd dairəvi siqnalı
olan birrəngli
siqnal svetoforları tətbiq edilə bilər. Svetoforun aşağısında yanan siqnalla eyni anda
yuxarıda yanan bir və ya bir neçə siqnal - hərəkətə icazə verir. Aşağı siqnalla
birlikdə: yuxarıdakı sol siqnal yananda - sola, ortadakı yananda - düzünə, sağdakı
yananda - sağa hərəkət etməyə icazə verir. Əgər yalnız yuxarıdakı üç siqnal
yanırsa, hərəkət qadağandır.
X. Dəmiryol keçidində yerləşən dairəvi ağ-sarımtıl siqnal
nəqliyyat vasitələrinin
keçiddən keçib getməsinə icazə verir. Yanıb-sönən ağ-sarımtıl və sönmüş qırmızı
siqnal olduqda görmə sahəsi həddində keçidə yaxınlaşan qatarın (lokomotivin,
drezinanın) olmadığı halda hərəkətə icazə verir.
Reversiv svetoforlar
XI. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yol hərəkəti
təhlükəsizlik komissiyasının qərarı olmadan onların ərazisində yerləşən yollarda
svetoforlar qurmaq qadağandır.
XII. Yollarda svetoforların qurulması və onların lazımi
vəziyyətdə işləməsinə
nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
XIII. Müvafiq qərar olmadan svetoforların qurulması üçün onları quraşdıran şəxslər
məsuliyyət daşıyırlar.
Dostları ilə paylaş: