Nizamlayıcının siqnalları
I. Yollarda, yolayrıcılarında və digər yerlərdə yol hərəkəti qaydalarına nəzarəti
həyata
keçirmək, yol hərəkətinin gərginliyinə yol verməmək və ya onu aradan
qaldırmaq üçün nizamlayıcı siqnallarından istifadə olunur (2 saylı Əlavə).
II.
Nizamlayıcının
siqnallarının
aşağıdakı
mənaları
vardır:
1) Bütün nəqliyyat vasitəsi sürücülərinə və piyadalara aid olan siqnallar:
a) «Diqqət. Hərəkət dayandırılsın» siqnalı hərəkəti qadağan edir,
lakin siqnal
verilərkən yolayrıcında olan sürücülərə və piyadalara hərəkətlərini davam etməyə
icazə verir;
b) «Müəyyən istiqamət üzrə hərəkət» siqnalı nizamlayıcının sinə və arxa tərəfindən
gələn nəqliyyat vasitələrinin və piyadaların hərəkətini qadağan edir,
sol və sağ
tərəfindən gələn tramvayların düzünə, relssiz nəqliyyat vasitələrinin düzünə və sağa
hərəkət etməsinə, sinə və arxa tərəfindən isə piyadalara yolun hərəkət hissəsini
keçməyə icazə verir;
v) «Sola dönmə» siqnalı nizamlayıcının sol tərəfindən gələn tramvayların sola
dönməsinə, relssiz nəqliyyat vasitələrinə bütün istiqamətlərdə hərəkət etməyə, sinə
tərəfindən gələn nəqliyyat vasitələrinə sağa dönməyə, arxa tərəfindən piyadalara
hərəkət
hissəsini keçməyə icazə verir, sağ və arxa tərəfindən gələn nəqliyyat
vasitələrinin hərəkətini isə qadağan edir;
2) Konkret nəqliyyat vasitəsi sürücüsünə və piyadaya aid olan siqnallar:
a) «Sürəti azaldın» siqnalı nizamlayıcı əl ilə yuxarı-aşağı hərəkətlər edərsə,
hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat
vasitəsinin sürətini
azaldılmasını tələb edir;
b) «Sürəti artırın» siqnalı nizamlayıcı əli ilə üfiqi vəziyyətdə (saat əqrəbi
istiqamətində) dairəvi hərəkətlər edərsə, hərəkətə icazə
verilən istiqamətlərdə
sürücüdən öz nəqliyyat vasitələrinin sürətini artırmaq, piyadalardan isə yolu
keçməsini tezləşdirməyi tələb edir;
v) «Dayanın» siqnalı nizamlayacı tərəfindən hər hansı nəqliyyat vasitəsinə tərəf
yönəldilmişdirsə, onun sürücüsündən öz nəqliyyat
vasitəsini yolun hərəkət
hissəsinin kənarında dayandırmasını tələb edir.
III. Müstəsna hallarda (yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə
təxirə salınmayan tədbirlərin görülməsi üçün zərurət yaranarsa), nizamlayıcı bu
maddənin ikinci hissəsində göstərilən siqnalların mənalarından fərqli olaraq yol
hərəkəti
iştirakçılarına
aydın
olan
digər
siqnalları
verə
bilər.
IV. Bu maddədə nəzərdə tutulmuş siqnalları verərkən, nizamlayıcı fitdən də istifadə
edə bilər.
V. Nizamlayıcı elə yerdə dayanmalı
və elə təchiz edilməlidir ki, yol hərəkəti
iştirakçıları onun tərəfindən verilən siqnalları sutkanın işıqlı və qaranlıq vaxtı seçə
bilsinlər. Bu məqsədlə sutkanın qaranlıq vaxtında nizamlayıcı işıq düşən yerdə
dayanmalıdır və ya istifadə edilən jezl işıq saçan və yaxud işıq verən olmalıdır.
светофор сигналлары йол нишанлары
иля зиддиййят тяшкил ед
ərsə
,
онда светофор сигналлары
ясас
эютцрцлмялидир