Bakı Texniki Kollecinin müəllimi Hüseynli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   32   33   34   35   36   37   38   39   ...   104
 
 
 


Avtomobil qatarının tanınma nişanı
Avtomobil qatarının tanınma nişanı
Tikanlı şinlə
ri olan n
ə
qliyyat vasit
əsinin tanınma nişanı
Qrupla uşaq aparan nə
qliyyat vasit
əsinin tanınma nişanı
Uzunluğu 24 m
-d
ən artıq olan nə
qliyyat vasit
ə
l
ə
ri t
ərkibinin tanınma nişanı
Q
əza dayanacağı nişanı
Az
ərbaycan Respublikası nə
qliyyat vasit
ə
l
ə
rinin beyn
ə
lxalq yol h
ə
r
ə
k
ə
tl
ə
rind
ə
f
ə
rql
ə
nm
ə
nişanı
T
əcrübə
siz s
ürücü
Kar v
ə
ya lal-
kar sürücü tə
r
ə
find
ə
n idar
ə
edil
ən avtomobilin tanınma nişanı
Ə
lil t
ə
r
ə
find
ə
n idar
ə
edil
ən avtomobilin tanınma nişanı
Sürücü
-h
ə
kim t
ə
r
ə
find
ə
n idar
ə
edil
ən avtomobilin tanınma nişanı
T
ə
lim-n
ə
qliyyat vasit
əsi nişanı
N
ə
qliyyat vasit
ə
sinin qabaritind
ə
n k
ənara çıxan yükün tanınma nişanı
T
əhlükəli yük aparan avtomobilin tanınma nişanı


 

Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi halları 
I. Tormoz sistemləri 
1) Yolda sınaqlar zamanı iş tormoz sistemi aşağıdakı tormozlama səmərəlilik 
normalarını təmin etmədikdə: 
Nəqliyyat vasitələrinin növləri 
Tormoz 
yolu (m) 
ən çoxu 
Müəyyən edilmiş 
yavaşıma (m/s) ən 
azı 
Tək nəqliyyat vasitələri: minik avtomobilləri və 
onların yükdaşıma üçün modifikasiyaları 
12,2 
(14,5) 
6,8 (6,1) 
İcazə verilən maksimum kütləsi 5 tonadək olan (5 
ton da daxil olmaqla) avtobuslar 
13,6 
(18,7) 
6,8 (5,5) 
İcazə verilən maksimum kütləsi 5 tondan çox olan 
avtobuslar 
16,8 
(19,9) 
5,7 (5) 
İcazə verilən maksimum kütləsi 3,5 tonadək olan 
(3,5 ton da daxil olmaqla) yük avtomobilləri 
15,1 (19) 
5,7 (5,4) 
İcazə verilən maksimum kütləsi 3,5 tondan 12 
tonadək olan (12 ton da daxil olmaqla) yük 
avtomobilləri 
17,3 
(18,4) 
5,7 (5,7) 
İcazə verilən maksimum kütləsi 12 tondan çox olan 
yük avtomobilləri 
16 (17,7) 
6,2 (6,1) 
İkitəkərli motosikletlər və mopedlər 
7,5 (7,5) 
5,5 (5,5) 
Yanqoşqulu motosikletlər 
8,2 (8,2) 
5 (5) 
Minik avtomobillərinin və onların yükdaşıma üçün 
modifikasiyalarının 
yedəyə 
aldığı 
avtomobil 
qatarları 
13,5 
(14,5) 
5,9 (6,1) 
İcazə verilən maksimum kütləsi 5 tonadək olan (5


ton da daxil olmaqla) avtobusların yedəyə aldığı 
avtoqatarları 
15,2 
(18,7) 
5,7 (5,5) 
İcazə verilən maksimum kütləsi 5 tondan çox olan 
avtobusların yedəyə aldığı avtoqatarları 
18,4 
(19,9) 
5,5 (5) 
İcazə verilən maksimum kütləsi 3,5 tonadək olan 
(3,5 ton da daxil olmaqla) yük avtomobillərinin 
yedəyə aldığı avtoqatarları 
17,7 
(22,7) 
4,6 (4,7) 
İcazə verilən maksimum kütləsi 3,5 tondan 12 
tonadək olan (12 ton da daxil olmaqla) yük 
avtomobillərinin yedəyə aldığı avtoqatarları 
18,8 
(22,1) 
5,5 (4,9) 
İcazə verilən maksimum kütləsi 12 tondan çox olan 
yük avtomobillərinin yedəyə aldığı avtoqatarları 
18,4 
(21,9) 
5,5 (5) 
Qeyd: 1) İş tormoz sisteminin sınağı sement və ya asfalt-beton örtüklü hamar yolun 
quru üfiqi sahəsində və tormozlanmanın başlanğıc sürəti avtomobillər, avtobuslar 
və avtoqatarları üçün isə saatda 40 kilometr, motosiklet və mopedlər üçün isə 
saatda 30 kilometr olan halda aparılır; nəqliyyat vasitələrini təchiz edilmiş 
vəziyyətdə, sürücünün iştirakı ilə, idarəetmə orqanına iş tormoz sisteminin 
birdəfəlik təsiri yolu ilə sınayırlar; 2) Nəqliyyat vasitələrinin iş tormoz sisteminin 
səmərəliliyi dövlət standartlarına uyğun olaraq başqa göstəricilərə görə də 
qiymətləndirilə bilər. 
2) Hidravlik tormoz ötürücüsünün hermetikliyi pozulduqda. 
3) Pnevmatik və pnevmohidravlik tormoz ötürücülərində hermetikliyin pozulması 
mühərrik işləməyərkən tormoz sistemini idarəetmə orqanları tam qoşulmuş halda 
olduqda — 15 dəqiqə ərzində havanın təzyiqinin 0,05 MPa (0,5 kq—q/sm2) aşağı 
düşməsinə səbəb olursa. 
4) Pnevmatik və ya pnevmohidravlik tormoz ötürücülərinin manometri 
işləmədikdə. 
5) Duracaq tormoz sistemi aşağıdakı nəqliyyat vasitələrinin tərpənməz vəziyyətini 
təmin etmədikdə: 


tam yüklü nəqliyyat vasitələrinin — 16 dərəcədən az olmayan enişdə; 
təchiz olunmuş vəziyyətdə minik avtomobillərinin və avtobusların — 23 dərəcədən 
az olmayan enişdə; 
təchiz olunmuş vəziyyətdə yük avtomobillərinin və avtomobil qatarlarının — 31 
dərəcədən az olmayan enişdə istismarı qadağan edilir. 
II. Sükan idarə mexanizmi 
1) Sükan idarə mexanizmində lüftün cəmi aşağıdakı son hədd qiymətlərindən çox 
olduqda: 
Nəqliyyat vasitəsinin növü 
Cəmi 
lüftün 
son 
hədd 
qiymətləri, (dərəcə ilə), ən çoxu 
Minik avtomobilləri və onların bazasında 
yaradılmış yük avtomobilləri və avtobuslar 
10 
Avtobuslar 
20 
Yük daşıyan avtomobillər 
25 
2) Detal və qovşaqların konstruksiyada nəzərdə tutulmayan yerdəyişməsinə yol 
verildikdə; yivli birləşmələr müəyyənləşdirilmiş üsulla burulub bağlanmadıqda və 
ya bərkidilmədikdə. 
3) Konstruksiyada nəzərdə tutulmuş sükan idarə gücləndiricisi və ya sükan 
dempferi (motosikletlər üçün) nasaz olduqda və ya ümumiyyətlə olmadıqda 
istismarı qadağan edilir. 
III. Xarici işıq cihazları 
1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat 
vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. 
Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan 
nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. 
2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. 
3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə 
və ya çirklənmiş olduqda. 
4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun 
olmayan yayıcılardan istifadə edildikdə. 


5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. 
6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, 
fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat 
vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya 
işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. 
IV. Qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları 
1) Şüşə silgəcləri müəyyən edilmiş rejimdə işləmədikdə. 
2) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş şüşəyuyanlar 
işləmədikdə nasazlıq aradan qaldırılır. 
V. Təkərlər və şinlər 
1) Minik avtomobilləri şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü 1,6 
mm-dən, yük avtomobillərində — 1 mm-dən, avtobuslarda — 2 mm-dən, 
motosiklet və mopedlərdə — 0,8 mm-dən az olduqda. 
Qeyd: Qoşqular üçün şinlərin protektorundakı naxışların qalmış hündürlüyü 
normaları yedəkçi nəqliyyat vasitələrinin şinləri üçün olan normalarda müəyyən 
edilir. 
2) Şinlərdə kordun çılpaqlaşması, habelə karkasın təbəqələrə ayrılması, protektorun 
və şinin yan rejiminin qopması kimi yerli zədələr (yarıq, kəsik, qırıq) olduqda. 
3) Bərkitmə boltu olmadıqda və ya təkərlərin diskində və çənbərlərində çatlar 
olduqda. 
4) Şinlər ölçüsünə və ya yükgötürmə qabiliyyətinə görə nəqliyyat vasitəsinin 
modelinə uyğun gəlmədikdə. 
5) Avtobusun, minik avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə 
birlikdə diaqonal şin və ya protektoru müxtəlif naxışlı şinlər geydirildikdə. 
Yük daşıyan avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə 
diaqonal şin və ya protektoru müxtəlif naxışlı şinlər geydirildikdə nasazlıq aradan 
qaldırılır.
VI. Mühərrik 
1) İşlənmiş qazlarda zərərli maddələrin miqdarı və onların tüstülənməsi dövlət 
standartlarında müəyyən edilmiş kəmiyyətlərdən çox olduqda. 
2) Yanacaq sisteminin hermetikliyi pozulduqda. 


3) İşlənmiş qazları xaricetmə sistemi saz olmadıqda nasazlıq aradan qaldırılır. 
VII. Konstruksiyanın digər ünsürləri 
1) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş arxanı göstərən güzgü, 
şüşə olmadıqda. 
2) Səs siqnalı işləmədikdə. 
3) Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol 
hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və 
ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə.
Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, 
şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə 
uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) 
tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda 
avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa 
şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan 
jalüz asmağa yol verilir. 
4) Konstruksiyada nəzərdə tutulmuş kuzov və ya kabinə qapılarının qıfılları, yük 
platforması bortlarının cəftələri, sistern boğazının və yanacaq bakı tıxacının 
cəftələri, sürücünün oturacağının vəziyyətini nizamlayan mexanizm, qəza çıxış 
yerləri və onları hərəkətə gətirən qurğular, qapıları idarə edən ötürücü, spidometr, 
taxoqraf, ilin mövsümi şəraitlərindən asılı olaraq şüşəqızdıran və havaüfürən 
işləmədikdə. 
5) Konstruksiyada nəzərdə tutulmuş arxa mühafizə qurğusu, palçıqdan qoruyan 
fartuklar və brızqoviklər olmadıqda. 
6) Yedəkçinin və qoşquların ilişmə-dartı və ilişmə-dayaq qurğuları nasaz olduqda, 
habelə onların konstruksiyalarında nəzərdə tutulmuş sığorta trosları (zəncirlər) 
olmadıqda və ya nasaz olduqda. Motosikletin çərçivəsi ilə yanqoşqunun çərçivəsi 
birləşən yerdə lüft olduqda. 
7) Aşağıdakılar olmadıqda: 
avtobusda, minik və yük daşıyan avtomobillərində, təkərli traktorda — dərman 
qutusu, odsöndürən, qəza dayanma nişanı (yanıb-sönən qırmızı fənər); 
icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərində və 
icazə verilmiş maksimum kütləsi 5 tondan çox olan avtobuslarda — diyirlənməyə 
qarşı dayaqlar (azı ikisi); 


yanqoşqulu motosikletdə — dərman qutusu, qəza dayanma nişanı (yanıb-sönən 
qırmızı fənər). 
8) Operativ və xüsusi xidmətlərə məxsus olmayan nəqliyyat vasitələrində dövlət 
standartlarında nəzərdə tutulmuş işartılı mayakcıqlardan, səs çaları növbə ilə 
dəyişən səs siqnallarından və rəng qrafikası sxemlərindən istifadə olunduqda. 
9) Təhlükəsizlik kəmərləri nəqliyyat vasitələrinin konstruksiyasında nəzərdə 
tutulduğu halda belə kəmərlər olmadıqda və ya onlar kəmərləri yararsız olduqda. 
10) Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının standartın tələblərinə cavab 
vermədikdə. Dövlət qeydiyyat nişanlarının rəqəmləri və hərfləri yük daşıyan 
avtomobillərinin, qoşquların (minik avtomobillərinin və motosikletlərin 
qoşqularından başqa) və avtobusların (xüsusi kiçik avtobuslardan başqa) 
kuzovunun arxa divarında təkrar və rəqəmlərin hündürlüyü ən azı 300 mm, eni azı 
120 mm, cizginin qalınlığı 30 mm, hərflərin ölçüsü rəqəmlərin 2/3-si qədər 
olunmadıqda, tramvay və trolleybuslarda müvafiq idarələrin verdikləri verdikləri 
dövlət qeydiyyat nişanları yazılmadıqda. 
11) Motosikletdə konstruksiyada nəzərdə tutulmuş təhlükəsizlik qövsü olmadıqda. 
12) Motosikletlərin və mopedlərin yəhərində əyləşmiş sərnişin üçün onların 
konstruksiyasında nəzərdə tutulmuş köndələn əl tutacaqları və ayaqaltılar 
olmadıqda. 
13) Tormoz sistemlərinin, sükan idarəsinin, digər qovşaq və aqreqatların 
müəyyənləşdirilmiş tələblərə uyğun gələn əlavə elementləri konstruksiyada nəzərdə 
tutulduğu halda, qurulmadıqda nasazlıq aradan qaldırılır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin