Nəqliyyat vasitələrinin tanınma nişanları
Nəqliyyat vasitələrində aşağıdakı tanınma nişanlarından istifadə olunur (7 saylı
Əlavə):
1) «Avtoqatar» - qoşqulu yük avtomobillərində və təkərli traktorlarda (1,4 ton və
daha artıq yük götürən), habelə birləşdirilmiş avtobus və trolleybuslarda -
kabinənin damında bir-birindən 150-300 mm aralı, üfiqi yerləşdirilmiş narıncı
rəngli üç
fənər şəklində;
2) «Tikanlı şinlər» - tikanlı şinlər qoyulmuş mexaniki nəqliyyat vasitələrinin
arxasında - bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə
alınmış içərisində qara rənglə şin təsviri olan üçbucaq şəklində (üçbucağın tərəfləri
azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər);
3) «Uşaqların daşınması» - avtobusda dəstə ilə uşaq apararkən,
bu nəqliyyat
vasitələrinin qabağında və arxasında - qırmızı haşiyəyə alınmış və içərisində qara
rənglə 1.21 yol nişanının simvolu təsvir edilmiş sarı rəngli kvadrat şəklində
(kvadratın tərəfləri azı 250 mm, haşiyənin eni kvadratın tərəfinin onda biri qədər);
4) «Kar sürücü» - lal-kar və ya kar sürücülərin idarə
etdiyi mexaniki nəqliyyat
vasitələrinin qabağında və arxasında-diametri 160 mm olan, içərisində təpəsi aşağı
yönəldilmiş bərabərtərəfli xəyali üçbucağın künclərində 40 mm diametrli üç qara
dairəcik çəkilmiş sarı rəngli dairə şəklində;
5) «Əlil» - I və II qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar
tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində
bu barədə müvafiq qeyd
olan nəqliyyat vasitələrinin qabaq və arxasında - tərəfləri 150 mm ölçülü, daxilində
7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində;
6) «Həkim» - sürücü-həkimlərin idarə etdiyi nəqliyyat vasitələrinin qabağında və
arxasında - tərəflərinin ölçüsü 140 mm olan, içərisinə ağ dairədə (diametri 125 mm)
qızıl xaç (ştrixin hündürlüyü 90 mm, eni 25 mm) təsviri vurulmuş,
göy rəngli
kvadrat şəklində;
7) «Təlim nəqliyyat vasitəsi» - sürücülük öyrətmək üçün istifadə olunan mexaniki
nəqliyyat vasitəsinin qabağında və arxasında - bərabərtərəfli, ağ rəngli, təpəsi
yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış (üçbucağın tərəfləri azı 200 mm,
haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər) və içərisində qara rəngdə «təlim»
sözü yazılmış üçbucaq şəklində (minik avtomobilinin damında
ikitərəfli nişan
qoyulmasına yol verilir);
8) «Nəqliyyat vasitəsinin qabaritindən kənara çıxan yük» - 400x400 mm ölçüdə,
diaqonal boyu 50 mm enində, növbə ilə qırmızı
və ağ zolaqlar çəkilmiş,
işıqqaytarıcı səthə malik lövhəcik şəklində;
9) «Təhlükəli yük» - belə yüklər daşıyan nəqliyyat vasitələrinin qabağında və
arxasında - 690x300 mm ölçüdə, onun 400x300 mm ölçüdə sağ hissəsi narıncı, sol
hissəsi isə 15 mm enində qara haşiyəyə alınmış ağ rəngdə olan düzbucaq şəklində
(nişanda yükün təhlükəli xassələrini xarakterizə edən işarələr çəkilir);
10) «Uzunölçülü nəqliyyat vasitəsi» - yüklü və ya yüksüz iki və daha çox qoşqusu
olan uzunluğu 24 metrdən artıq olan avtoqatarların arxasında - 40 mm enində
qırmızı haşiyəsi olan sarı rəngli, azı 1200x200 mm ölçülü, işıqqaytarıcı səthə malik
düzbucaq şəklində (göstərilən ölçüdə nişanı yerləşdirmək mümkün olmadıqda, azı
600x200 mm ölçüdə iki eyni nişanı nəqliyyat vasitəsinin oxuna simmetrik
yerləşdirməyə
yol
verilir)
tanınma
nişanları
quraşdırılır;
11) “Qəza dayanma nişanı” - yolun hərəkət hissəsində nəqliyyat vasitəsi məcburi
dayandığı hallarda quraşdırılır;
12) «AZ» fərqlənmə nişanı - beynəlxalq yol hərəkətlərində
iştirak edən nəqliyyat
vasitələrinin Azərbaycan Respublikasına mənsubiyyətini bildirmək məqsədilə
quraşdırılır;
13) «Təcrübəsiz sürücü» - nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük
vərdişlərinə mükəmməl malik olmadığı barədə yol hərəkətinin başqa iştirakçılarını
xəbərdar etmək məqsədilə quraşdırılır
Dostları ilə paylaş: