oynaması və təmiz havada gəzdirilməsi üçün şərait yoxdur. Göstərilənləri nəzərə alaraq,
həyətdə səliqə-sahman yaradılması üçün göstəriş vermənizi Sizdən xahiş edirəm.
(imza)
Nadir Qasımov
30 iyun 2006-cı il
Qeyd
: Ərizədə imza sözuünün yazılmasına ehtiyac yoxdur.
Nümunədə mötərizədə
«imza» sözünün qeyd edilməsi sənəd müəllifinin sənədi imzalamasını bildirir. İmza ilə sənəd
müəllifi haqqında məlumatın təqribən eyni sətrdə olması yaxşıdır. Ərizəçi adını inisiallarla
göstərə bilər. Bu halda ərizənin yuxarı hissəsində ata adının açıq verilməsi tələbi meydana çıxır.
Ərizənin sonunda ərizəçi yalnız imza ilə kifayətlənə bilər. Ərizənin sonradan müəyyən təhqiqat
işinə cəlb olunma ehtimalı olarsa, bu sənədin əlyazma kimi tərtibinə üstünlük vermək, sonda
adı və soyadı göstərmək əhəmiyyət daşyır. Tarix qəbul olunmuş formalardan hər hansı birində
verilə bilər.
Ərizə sənəd adı kimi baş hərflərlə yazılmalıdır. Hərflər arasında ayırma verilmir. «Ərizə»
sözü abzasdan əvvəl sıfır mövqeyindən yazıl bilər.
TƏRCÜMEYİ-HAL
Tərcümeyi-hal şəxsin ömür yolu haqqında məlumatdır və bu fiziki şəxs tərəfindən tərtib
olunan sənəddir. Tərcümeyi-hal idarəetmənin müxtəlif sahələrində istifadə edilən sənəd
növüdür. Tərcümeyi-hal onu yazan şəxs haqqında əsas məlumatları xronoloji ardıcıllıqla
yığcam şəkildə özündə birləşdirir. Bu sənəddə tərcümeyi-halın aid olduğu şəxsin ən yaxın
qohumları haqqında qısa məlumatlar olur. Bəzi idarə və müəssisələrdə tərcümeyi-haldakı
məlumatların geniş olması tələbi də qoyula bilir. Geniş tərcümeyi-hallar
müəyyən idarə və
təşkilatlarda tələb olunur. Tərcümeyi-hal ali məktəblərə, işə qəbul olunarkən, ictimai–siyasi
təşkilata üzv seçilərkən, dövlət mükafatlarına təqdim olunarkən,
rəhbər vəzifəyə irəli
çəkilərkən tələb olunur. Bu da şəxs haqqında lazım olan məlumatların ondan alınması məqsədi
daşıyır. Tərcümeyi-hal şəxsin özü tərəfindən yazıldığına görə subyektiv səciyyə daşıya bilər.
Bəzi qurumlarda şəxsin yazdığı tərcümeyi-haldakı faktlar yoxlanılır, onların doğruluğu təsdiq
olunur.
Tərcümeyi-halın əsas rekvizitləri bunlardır: 1) sənədin adı; 2) sənədin müəllifinin adı,
atasının adı, soyadı; 3) sənəd müəllifinin imzası; 4) sənədin tərtib tarixi. Sənəd A4 formatlı
kağızda və ya xüsusi blankda yazılır. Tərcümeyi-halı, adətən, şəxs öz xətti ilə yazır. Bu, mütləq
deyildir. Yəni sənədi texniki vasitələrin köməyi ilə də yazmaq olar. Bu halda sənədin sonunda
imzadan sonra şəxsin öz adını, soyadını əl yazısı ilə qeyd etməsi məqsədəuyğundur. Sənədin
şəxsin özü tərəfindən yazılması onun xəttə görə yoxlanılmasına imkan verir. Yəni sənədin
şəxsin özü tərəfindən yazılıb-yazılmaması faktını təyin etmək məqsədi daşıyır.
Tərcümeyi-halın mətni müəyyən prinsiplər üzrə tərtib olunur. Sənəddə şəxs doğulduğu
il, ay və günü, yeri (respublika, şəhər, rayon, kənd) dəqiq göstərməlidir. Bundan sonra şəxs
həyatında baş verən əsas hadisələri xronoloji ardıcıllıqla göstərir.Məlumatların
verilmə
ardıcıllığı, əsasən, aşağıdakı şəkildə olur:
1) neçənci ildə, harada, hansı məktəbə getmişdir;
2) bu məktəbi haçan bitirmişdir; orta təhsil alma dövründə şəxs bir neçə məktəbdə
oxumuşdursa onlar ardıcıl qeyd olunur;
3) orta məktəbdən sonrakı əsas məşğuliyyət
a) ali məktəb;
b) orta-ixtisas məktəbi;
c) iş;
d) orduda xidmət haqqında məlumat verilir.
Bu bəndə aid məlumatlarda xronologiya əsas götürülür. Əsas diqqət təhsil və iş üzərində
cəmləşdirilir. Orduda xidmət haqqında məlumat tarixə görə verilir. Orta ixtisas və ali təhsil
haqqında
məlumat verilərkən, hansı fakültəyə, hansı ixtisas üzrə daxilolma,
məktəbi
bitirdikdən sonra alınmış ixtisas göstərilir. Təhsilin qiyabi, axşam və ya əyani olması haqqında
məlumat da ifadəsini tapmalıdır. Əgər təhsil qiyabi və ya əyani şöbələrdə alınıbsa bu dövrdəki
iş fəaliyyəti tərcümeyi-halda əsas xətti təşkil etməlidir. İşlə bağlı məlumatlarda vəzifədə
dəyişmələr tarixi ilə qeyd olunur. Bundan sonra şəxs elmi dərəcəsi və adları varsa, bu barədə
məlumatları qeyd etməlidir (haçan müdafiə etmişdir, hansı elmi sahə üzrə ad almışdır).
Tərcümeyi-halda müəyyən
sahədə böyük nailiyyətlər, dövlət təltifləri olubsa, bunlar tarixə
görə ardıcıl sadalanmalıdır. Tərcümeyi-halın sonunda ailə vəziyyəti haqqında məlumat verilir.
Burada həyat yoldaşı və uşaqların adları, soyadları, doğum tarixləri, tərcümeyi-halın yazıldığı
dövrdəki işləri qeyd olunur.
Geniş tərcümeyi-halda valideynlər və yaxın qohumlar haqqında tələb olunan məlumatlar
verilir.
«İşgüzar Azərbaycan dili» (İAD) vəsaitində tərcümeyi-hala aid aşağıdakı nümunəni
nəzərdən keçirək.
Dostları ilə paylaş: