Azərbaycan Respublikası
Meşə Sənayesi Nazirliyi
Bakı «Babək» İstehsal Birliyi
ƏMR
12.05.2005
№ 11
Bakı
şəhəri
İstirahət gününün iş günü ilə əvəz
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 00.00.00 tarixli 000 №-li sərəncamı
və Meşə
Sənayesi Nazirliyinin 000 №-li telefonoqramına əsasən
ƏMR EDİRƏM
1. 00 may 2005-ci il tarixi iş günü hesab edilsin.
2. İstifadə edilməmiş istirahət günü illik məzuniyyətə əlavə edilsin.
3. Həmin gün üçün əmək haqqı AR Nazirlər Kabinetinin 00.00.0000 tarixli 000 №-li
qərarına əsasən ödənilsin.
4. Sex, sahə, şöbə rəisləri və ustaları 3 gün müddətində bütün işçiləri bu əmrlə tanış
etsinlər.
5. Əmrin yerinə yetirilməsinə nəzarət baş mühəndis S.Q.Əzizova tapşırılsın.
Əsas: Azərbaycan Respublikası Prezidentinin 00.00.00 tarixli 000 №-li sərəncamı və
Meşə Sənayesi Nazirliyinin 000 №-li telefonoqramı.
«Babək» İB
baş direktoru (imza)
Aydın Əsədov
Vizalar:
Kadrlar şöbəsinin rəisi
Həmkarlar komitəsinin sədri
Baş mühasib
*****
Səttarxan adına Maşınqayırma zavodu
ƏMR
17.02.89 № 33/K
Bakı şəhəri
İnzibati cəzalandırma haqqında
Baş texnoloq şöbəsinin mühəndis-texnoloqu B.K.Əliyev heç bir əsas olmadan 14.02.89-
cu il tarixdə saat 8-00-dan 10-00 dək işdə olmamışdır.
32 №-li
müqavilə əsasında görüləcək işin yerinə yetirilməsinə cavabdeh olan texnologiya
şöbəsinin mühəndisi V.S.Əsriyev öz xidməti vəzifəsinə səhlənkar yanaşdığına görə planın
yerinə yetirilməsini pozmuşdur.
B.K.Əliyev və V.S.Əsriyevin əvvəllər heç bir inzibati cəza almadıqlarını və onların
uzunmüddətli iş təcrübəsini nəzərə alaraq
ƏMR EDİRƏM
1. B.K.Əliyev və V.S.Əsriyevə bir daha əmək intizamını pozmamaları tapşırılmaqla
şifahi töhmət elan edilsin.
2. Şöbə işçilərinin nizam-intizam qaydalarını pozmasına
görə texnologiya şöbəsinin
müdiri S.T.Azadova xəbərdarlıq elan edilsin.
Əsas: Baş texnoloqun təqdimatı, B.K.Əliyev və V.S.Əsriyevin izahatı.
Dostları ilə paylaş: