Zavodun direktoru (imza) O.P.Məmmədov Vizalar
Kadrlar şöbəsinin rəisi
Texnologiya şöbəsinin rəisi
Həmkarlar komitəsinin sədri
Ədəbiyyatda bəzən
xəbərdarlıq ayrıca sənəd növü kimi qeyd edilir. Məsələn,
«Xəbərdarlıq, əsasən, idarə, təşkilat və müəssisələrdə qəbahət edənə həmin qəbahəti bir daha
təkrar etməmək üçün verilən yazılı və ya şifahi göstəriş deməkdir. Bu xəbərdarlığın nəticəsi
olmadıqda tənheb-töhmət verilir.
Xəbərdarlıq (istər yazılı, istərsə də şifahi formada) Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində göstərilmiş intizam tənbehlərindən (töhmət
vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, əmək haqqı müqabilində cərimə etmək,
əmək müqaviləsinə xitam vermək və s.) hər hansı biri tətbiq olunmadan edilir. Xəbərdarlıq
intizam tənbehi hesab edilmir».
Qeyd etmək lazımdır ki, xəbərdarlıq, inzibati cəzalandırmanın ilkin formasıdır.
Xəbərdarlıq sənəd növü deyildir. Xəbərdalıq haqqında məlumat müəssisə rəhbərinin əmrində
ifadəsini tapır. Yuxarıda verilmiş əmrdə bu məsələ də qeyd edilmişdir.
***** Səttarxan adına Maşınqayırma zavodu
ƏMR
21.07.99
№ 33/K
Bakı şəhəri
İnzibati cəzalandırma haqqında
Zavoddaxili nizam-intizam qaydalarının pozulmasını, əməkdaşların təşkil olunmuş
növbətçilikdə iştirak etmədiklərini nəzərə alaraq
ƏMR EDİRƏM 1. ƏLİ KƏRİM oğlu BALAŞOV- plan şöbəsinin mühəndisi
2. ZƏRİFƏ DAVUD qızı QƏRİBOVA –bağban – növbətiçilik qaydalarını pozduqlarına
görə növbəti məzuniyyətləri bir gün qısaldılsın.
Əsas: Həmkarlar komitəsinin təqdimatı.
Zavodun direktoru
(imza) O.P.Məmmədov KŞ rəisi
Həmkarlar komitəsinin sədri
***** Bəzi əmrlərin verilməsi zamanı onların razılaşdırılması lazım gəlir. Belə əmrlər
«RAZILAŞDIRILMIŞDIR» qrifli əmrlər adlanır.
«RAZILAŞDIRILMIŞDIR» qrifi vizalardan sonra yerləşdirilir.