avadanlıqları korroziyaya uğradır. Hazırda həmin metod birbaşa-birmərhələli
hidratasiya ilə həyata keçirilir. Eyni qayda ilə propilenin
izopropil spirtinə
çevrilməsi prosesi də sulfat turşusundan istifadə olunmadan işlənmişdir.
1.3 Fasiləli və fasiləsiz texnoloji proseslər
Fasiləli texnoloji proseslərdə müəyyən vaxt ərzində aparata ilkin material-
xammal, yüklənir və emal olunduqdan sonra hazır məhsul boşaldılır, proses
təkrarlanır.
Fasiləsiz texnoloji proseslərdə aparata ilkin materialın
yüklənməsi və son
məhsulun boşaldılması eyni vaxtda və fasiləsiz olaraq aparılır. Həm də bu
proseslərin bütün mərhələləri bir- birindən ayrı müxtəlif aparatlarda və ya bir
aparatın müxtəlif hissələrində aparılır. Aparatlar isə bir
istehsal qurğusunu təşkil
edir.
Fasiləsiz proseslərin bir çox üstünlükləri vardır:
-
materialın yüklənməsinə və məhsulun boşaldılmasına vaxt sərf olunmur;
-
proses dayanıqlı və stabil olur:
-
avadanlıqlar kompakt və yüksək məhsuldarlıqlı olur.
Lakin fasiləsiz prosesə keçmək o vaxt faydalı olur ki, məhsul çoxtonnajlı olsun,
əks halda lazım olan gəlir əldə etmək olmur. Eyni zamanda fasiləsiz prosesdə
materialın (xammalın ) və məhsulun nomenklaturası dəyişən və aztonnajlı olduqda
fasiləli üsulun seçilməsi məqsədəuyğundur.
Sənaye sanitariyası və təhlükəsizlik nöqteyi nəzərindən fasiləsiz proseslər
üstünlüklərə malikdir:
-
xammal və materialları dövrü ( bir çox halda əl ilə ) yükləmək aradan qalxır
və
içşilərin toz, qaz, buxarla əlaqəsi olmur, həmdə onların atmosferə duşməsi baş
vermir;
-
proses daimi rejimdə aparılır, hər dəfə tənzimləməyə ehtiyac qalmır, xidmət
işçiləri tərəfindən səhvlərə yol verilməsi azalır;
-
prosesin stabilliyi təhlükəli halın yaranması ehtimalını azaldır, yerli qızma,
qatılığın artması, əlavə reaksiyaların getməsi və digər parametrlərin pozulması
məhdudlaşır;
-
eyni məhsuldarlıqda fasiləsiz prosesdə aparatların sayı azalır, onların
kipləşdirilməsi asanlaşır;
Bütün bunlar texnoloji proseslərin təhlükəsizliyinin təminində vacib rol oynayır.
Dostları ilə paylaş: