Krekinq prosesində qazların neft məhsullarının pirolizindən ayrılmasında (
əsas üzvi sintez üçün xammal ) olduqca təhlükəli sayılan azor oksididir.
Nitrobirləşmələr katalizatoru zəhərləyir. Sənayedə ( xüsusilə kimya sənayesində)
inert qazlardan istifadədə oksigenin miqdarına ciddi nəzarət edilir.
Əks halda
olduqca təhlükəli partlayış yarana bilər.
Texnoloji prosesdə istifadə olunan suyun tərkibinə xüsusi tələblər qoyulur. Su
o tələblərə cavab vermədikdə onu qarışıqdan təmizləyirlər.
Onun təmizlənməsi
texnoloji prosesin təhlükəsiz aparılmasına şərait yaradır.
1.7 Odatəhlükəli və toksiki maddələrin az zərərli və aztəhlükəli maddələrlə
əvəz olunması
Sənayedə zərərli toksiki və yanğın təhlükəli maddələri daha az təhlükəli
maddələrlə əvəzlənməsi üzrə işlər aparılır. Əvvəllər fetra istehsalında istifadə
olunan civə qələvi ilə, qurğuşun belili zink belili ilə, əzəvlənmişdir. Sənayenin
müxtəlif sahələrində istifadə olunan civə manometri membranlı manometrlə və s.
əvəz olunur... anilinboyaq istehsalında betanaftilaminin aradan götürülməsi
xərçəng xəstəliyi kimi peşə xəstəliyinin azalmasına səbəb olmuşdur.
Polietilen istehsalında ( aşağı təzyiqli ) əsas yuyucu
məhlul kəskin zəhərli və
təhlükəli metanoldur. Onun BBh= 500mq\m
3
-dır. Onun
izopropil spirti ilə əvəz
olunması ( BBH=200mq/m
3
). Əmək şəraitini yaxşılaşdırmağa, metanolla
zəhərlənmənin aradan qaldırılması, spirti regenerasiya etməyə şlamın azalmasına
və prosesi təhlükəsiz olmasına imkan verir.
Istehsal sahələrində istifadıə olunan katalizatorlar əksər hallarda zərərli və oddan
təhlükəli olurlar. Məs: əvvəllər fenolun alkilləşdirlməsi prosesində katalizator kimi
sulfat turşusundan istifadə olunurdu. Onun kation mübadiləsi qətranı ( KU-2 )ilə
əvəz olunması sulfat turşusu ilə yanıqalmanın aradan qaldırır
və prosesin
təhlükəsiz olmasını təmin edir.
Toksiki maddələrin zərərli təsiri gigiyenik standartlarda məhdudlaşdırılır.
Məsələn, standarta ( Qost 554-50 ) görə yanacaq kimi verilən qazın
tərkibində
( 100m
3
-də qramla ) zərərli maddələr – N
2
S-2, NH
4
, CN (HCN-ə hesabla )-5,
qətran və toz 0,1-dən artıq olmamalıdır. Əks halda qaz təmizlənməlidir.
Eləcə də
sulfat turşusunda arsen, benzində aromatik karbohidrogenlər, etil spirtində metanol
və furfurolun miqdarı məhdudlaşdırılır və s.
Dostları ilə paylaş: