Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi


Balonlar. Balonların partlamasının səbəbləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   101
ST müh

 
8.7 Balonlar. Balonların partlamasının səbəbləri 
Sənaye sahələrində bir çox balonlardan istifadə olunur və bu balonlara 
sıxılmış qaz, mayeləşdirilmiş və həlledilmiş doldurulur, saxlanılır, nəql edilir və 
istifadə olunur. Balonlarda saxlanılan qazın yanan qaz və ya yanmayan qaz 
olmasına baxmayaraq onların partlayışı olduqca təhlükəlidir.
Bəzən və bir çox hallarda balonların partlayışı zərbədən (düşmədən) və 
hədsiz soyumadan baş verir. Eyni zamanda balonlar qızmadan da partlayır. 
Hədsizzamanı balonun materialının kövrəkliyi artır, qızma zamanı isə (bu gün 
şüasından da baş verir) qazın təzyiqi artır. 
Oksigen balonları azacıq yağ (yaxud digər piyli maddə) düşməsi 
nəticəsində, yağsızlaşdırılmış proladkadan istifadə edildikdə partlaya bilər. 
Ventilin xarici hissəsinə düşən (olan) yağ oksigen balonundan axan oksigenin 
təsirindən alışa bilər. Və yaxud bu zaman ventilin metal vinti (rezbası) zədələnə 
bilər və partlayış törədə bilər. Oksigen balonu onun üzərində pas toplamasından da 
partlaya bilər. Pasın kicik hissələri oksigen axını ilə hərəkəti zamanı hissəciklərin 


bir – birinə toxunması, eləcə də (iskra) qığılcım yaranması zamanı nəticəsində 
(statik elektrik toplanır) alovlana bilər. Ona görə oksigen balonları təmiz 
saxlanmalı, yağla şöv olmamalı, onun səthi yağsızlaşdırılmalıdır (dixloretan və ya 
trixloretilenıə yuyulmalıdır). 
Hidrogen balonları aşağıdakı halda partlaya bilər; hidrogen 1% – ə qədər 
oksigenlə çirkləndikdə; oksigen – hidrogen qaynağı zamanı partlayıcı maddə əmələ 
gəldikdə; hidrogen korroziyası yarandıqda; eləcə də balonun üzərində pas (okalina) 
yarandıqda. 
Asitilen doldurulmuş balonlar “xüsusi” balonlardır. Onların nəqli məsaməli 
maddələrlə (aktiv ağac kömürü) və asetonla doldurulmalıdır. Basqı artdıqda 
asetilen asetonla həll olur və məsaməli kütlənin kaoilyarlarına daxil olur. 
Asetilenin partlayışa meylliyi azalır. Asetilen balonlarına FHN – nin xüsusi 
təlabatları vardır. Onların yoxlanması və texniki şəhadətnamə verilməsi xüsusi 
qaydada aparılır.
Balonlarda qazın qalıq təzyiqi 50MPa (0,5 kkq/sm
2
) az olmamalıdır. Bu 
balondan nümunə götürüb analiz etməklə nəzarət imkanı verir. Digər tərəfdən 
atmosferdən hava sorulması aradan qalxır. Qəza istismat zamanı balonların 
rənginin (kraskanın) dəqiq olmaması və markaların düzgün göstərilməməsi
səbəbindən yaranır. Mayeləşdirilmiş (xlor, fosgen və s.) balonlar üçün partlayış 
daha xarakterikdir. 
Təcrübədə texnoloji məqsəd üçün nümunə götürülməsi o zaman 
mümkündür ki, balonda olan təzyiq olsun və onun həddi temperaturdan asılı olsun. 
Qaz nümunəsi götürülərkən mayenin buxarlanması (maye formanın) nəticəsində 
balon soyuyur və qazın çıxışı yavaşıyır. Belə halda balonu qızdırmaq lazım gəlir 
(buxarla, qaynar su ilə və s.). Əgər belə qızdırma zamanı qazın çıxışı kəsilərsə (bu 
çıxışın tutulması və ya texnoloji baxımından ventilin bağlanmamasıdır) balonun 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin