12.2 Çəpərlər.
Avadanlıqların və aparatlar elə konusturksiya edilməliodir ki,onları fırlanan
və hərəkət edən hissələri korpusda bağlı olsun,onları bayırdan çıxabilən çəpərlər
ehtiyac olmasın.Egər yaxınlaşma üçün gövdəni hər hansı bir hissəsi(detalı)
çıxarılıb yerinə qoyulmayıbsa belə pozuntuları asanliqla görmək olar...Egər
korpusda yerləşdirmək munkun deyilsə bu hal xarici siritməli çəpərdə istifadə
olunsun.
Çəpərlər hərəkətsiz (bərkidilmiş) və dövri olaraq açılan olurlar.Bərkidilmiş
çəpərlər ancaq təmir zamanı açılıb bağlanır.Açılan çəpərlər hərəkət etdirərək iş
prosesində təhlükəli zonanı bağlayır ,maşın dayananda bəzi köməkçi
əməliyyatların yerinə yetirilməsi şəraiti yaranır.
Dişli ötürmələr,vallar,birləşdirici muftalar,mexanizmlərin digər hərəkət edən
hissələr döşəmədən 2 metr hündürlükdə çəpərlənir.Mühafizə çəpəbərləri bütün
gövdədən,divardan və qoruyucu metal setkatdan(deşikləri 1 sm
2
olan )qoyula
bilər.Çəpərlər gövdə kimi yerinə yetirildikdə çöl tərəfi maşının rəngindən iç üzü
qırmızı rəngdə rənglənmişdir ki,çıxarılmış çəpər həmən anda – tez görünsün.
Mövcud qaydalara görə maşınqayırma zavodları tərəfindən buraxılan
maşınların təhlükəli hissəsi çəpərlə təchiz edilir.Lakin bu müəssisə istismarçı
tərəfindən təhlükəsizliyi təmin etmək üçün əlavə çəpərin qoyulmasını inkar etmir.
Mexanizimlərin hərəkəti zamanı çəpərlər yerində olmalı və möhkəm
bərkidilməlidir.Çəpəri ancaq mexanizm tam dayandıqdan sonra çıxarmaq
olar.Mexanizmlərin işə salinması isə çəpərlər yerinə qoyulduqdan sonra
olmalıdır.Bu elementar tələbələrə əməl olunmaması ağır nəticələrlə nəticələnə
bilər.....
12.3 Bloklaşdırıcı və əyləndirici qurğular.
Bloklaşdırıcı qurğularda olduqca müxtəllifdir və təsnifatı çətindir.Onları bəzən
icazəverici-qadağanedici və qəzalı növlərə ayrırlar.
Qadağanedici-icazəverici bloklaşdırıcı qurğu.
Aparatın açılıb-bağlanması düzgün olmayanda ona mane olur;
Mexanizmlərin,tənzimləyicilərin,buraxici və bağlayıcı qurğuların lazımsız
açılıb bağlanmasına imkan vermir;
Aparatın açılmasına mane olur;
Təzyiq altında işləyən aparatlara təzyiqdən azad olmadan açılmasına imkan
vermir;
Maşın işə hazırlanmadıqda,çəpərlər olmadıqda və işçilərin düzgün olmayan
hərəkətlərinin nəticəsini aradan qaldırır və digər funksiyaları yerinə yetirir.
|