15.4 Yanğın və partlayışın yayılmasının aradan
qaldırılması
Texnoloji proseslər zamanı alovun (yanğının) boru kəmərlərində də baş
verməsi mümkündür.Borularda mayelər,qazlar,toz formalı maddələr,nəqledici
lentlərdə bərk yanar maddələr ötürülür və onların yanması zamanı alov geniş
yayılı.
Alovun yayılmasının qarşısını almaq üçün aşağıdakı tədbirlər görülməlidir :
-maye axan borularda (maye borularında) borunun tam bağlanmaması və ya
dövri olaraq mayenin olmaması zamanı əks klapan qoyulur və yaxud setkalı filtr
(yanğın ayıran) , eləcə də hidravliki tıxac qoyulur ;
-qaz borularında hidravliki zatvor (bağlayıcı) , yanğınayıran və ya ayırıcı
membran qoyulur.Suyun təzyiqi belə hidrozatvorlarda (tıxaclarda) 1 k Pa (100
mm*san) olan işçi təzyiqdən yüksəkdir ;
-toz hava qarışıq ötürülən yerdə sorma (otsos) olan yerlərdə ayırıcı “şiber” və
yaxud avtomatik yanğınsaxlayıcı siyirtmələr (zadvişka) qoyulur.Avtomatik
siyirtmələr istilik tənzimləyicisi (termorele),termoelement və digər qurğuların təsiri
ilə işləyir.Digər tərəfdən boru hazırlanması zamanı bir diametrdən digərinə keçid
üzənformada (sığallı) həyata keçirilir,prokladkalar böyük üfüq altında aparılır.
Üfiqi və maili nəqledicilər yanğın maneələri ilə kəsişdikdə deşik (aralıq)
avtomatik qapılarla və ya yüngül (asan) bağlanan qapılarla təchiz olunur.Belə
mühafizələr bəzi hallarda əlavə olaraq sulu mühafizələr (sulu pərdələr) qurğularla
təmin edilir.
Yanğınların yayılmasının qarşısını alan qurğulara eyni zamanda qəza
zamanı mayelərin tökülməsi üçün çənlər aiddir.Belə çənlərə “nəfər” boruları
qoyulur, onların setkası,hidrotıxacı və axın xətti olur.
15.5 Partlayış əleyhinə klapan və membranlar
Oddan mane qurğularının etibarlığını artırmaq və partlayışın dağıdıcı
təsirini aradan qaldırmaq üçün aparatlarda,qaz və tozborularında,eləcə də digər
qurğularda müxtəlif konstruksiyalı partlayış əleyhinə klapanlar,yaxud sındırıcı
(kəsici,ayırıcı, üzücü və s.) membranlar qoyulur.Membranlar alüminiumdan,asbest
materialdan, misdən və s. hazırlanır.Membranlar əsasən boru kəmərinin dib
hissəsində qaynar qaz qarışığının hərəkətinə perpendikulyar və yaxud
15
0
bucaq
altında qoyulur. Üzücü membranlar odamaneedicilərlə birgə qoyurlar.Qaz
qarışığının partlaması zamanı alov odamaneedicilərdən keçərək alov və partlayışın
yayılmasına səbəb olar.Lakin boru kəmərində quraşdırılan membranlar üzülmə
zamanı partlayışın təzyiqini azaldır və odamaneələrin işinin etibarlılığını
artırır.Qaz qarışığı detonasiya qabiliyyətli olduqda membranlar odamaneələrin
önündə genişləndirici kamerada quraşdırılır.Borunun özünün üzərində membran bu
halda ona görə quraşdırılmır ki,membran zərbə dalğası odamaneədən keçdikdən
sonra dağılacaqdır.Membran partladıqdan sonra boruda vakuum əmələ gəlməsini
aradan qaldırmaq və membranı mexaniki zədədən qorumaq üçün onu xüsusi əks-
klapanla mühafizə edirlər.
|