T ətbiqi Proqram Təminatı Orta ixtisas t


HÜCRƏNĠN, SÜTUNUN VƏ SƏTĠRĠN LƏĞV EDĠLMƏSĠ VƏ



Yüklə 4,14 Mb.
Pdf görüntüsü
səhifə25/39
tarix16.12.2023
ölçüsü4,14 Mb.
#181850
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   39
tetbiqi-proqram-teminati

HÜCRƏNĠN, SÜTUNUN VƏ SƏTĠRĠN LƏĞV EDĠLMƏSĠ VƏ 
ƏLAVƏ OLUNMASI 
Əgər istifadəçi hazırladığı cədvəlin seçilmiş hissəsinə hücrə
sütun və sətir əlavə etmək istəyirsə, mausun oxunu Вставить-
Daxil et 
düyməsinin sağ tərəfindəki aşağı istiqamətlənmiş qara rəngli 
üçbucağın üzərinə gətirib sol düyməni sıxmalıdır. Nəticədə 
ekranda menyu açılacaq. İstifadəçi istəyindən asılı olaraq 
menyudakı əmrləri seçə bilər. 
Əgər hazırlanmış cədvələ sütun əlavə etmək istəyirsinizsə, sütun 
Sizin seçdiyiniz sütunun (cari hücrə olan sütun nəzərdə tutulur) 
sol tərəfinə əlavə olunacaq. 
Əgər istifadəçi seçdiyi sətirə sətir əlavə etmək fikirindədirsə, onda 
sətir cari hücrə olan sətirin yuxarı tərəfinə əlavə olunacaq. Bəzən 
istifadəçi cari hücrənin yanına əlavə hücrə daxil etmək istəyir. Bu 
zaman ekrana 
açılmış dialoq pəncərəsindən bəhrələnə bilər 
Dialoq pəncərəsindən istifadə etməklə hücrənin, sətirin və 
sütunun əlavə olunma variantlarını seçmək mümkündür. Dialoq 
pəncərəsində ilk iki variant seçilərsə, cari hücrənin yerinə bir boş 
hücrə əlavə ediləcək, digərləri isə sağa və ya aşağı sürüşəcəklər. 


62 
Bir çox hallarda istifadəçi cədvəldən hücrə, sətir və sütunu 
seçərək ləğv etməli olur. Bunun üçün mausun oxunu 
düyməsi üzərindəki aşağı istiqamətlənmiş qara rəngli 
üçbucağın üzərinə gətirib sol düyməni sıxmaq lazımdır. Seçim 
edildikdən sonra ekrana açılmış menyudan nəyi (hücrəni, sətiri və 
ya sütunu) ləğv edəcəyinizi seçin. 
 
HÜCRƏLƏRĠN ÖLÇÜSÜNÜN DƏYĠġDĠRĠLMƏSĠ 
Hazırlanmış cədvəldə istənilən hücrənin ölçüsünü dəyişmək üçün 
onun sağ tərəfini sürümək lazımdır. Bunun üçün istifadəçi 
mausun oxunu hücrənin sağ sərhədinə (tərəfinə) gətirib sol 
düyməni sıxmalıdır. Və yaxud latın hərfləri ilə işarələnmiş 
sərhədin ara hissəsinə mausun oxunu gətirməli, ox 
formasını 
alacaq, sol düymənin sıxılmış vəziyyətində oxu sağa və sola 
sürüməklə hücrənin enini (ya artım istiqamətində, ya da ki, 
azalma istiqamətində) dəyişməlidir. Əməliyyat zamanı cədvəldə 
olan digər hücrələrin ölçüləri dəyişməz qalacaqdır 
Hücrənin hündürlüyü də eyni şəkildə dəyişdirilir. Hücrənin 
hündürlüyünün dəyişdirilməsi üçün hücrənin üfqi sərhədini lazım 
olan qədər sürümək kifayətdir 

Yüklə 4,14 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin