63
İstifadəçi
hər
bir
hücrə
üçün
müəyyən
parametrləri
müəyyənləşdirə bilər (məsələn, hücrənin haşiyələnməsi və ya
rəng fonunun dəyişdirilməsi və s.). Əgər cədvəldə hücrələr sayı
çoxdursa, eyni əməliyyatı hər bir
hücrə üçün yerinə yetirmək
müəyyən vaxt aparacaq. Belə olan halda istifadəçi hücrələri qrup
şəkilində seçməli və əməliyyatı qrup üçün yerinə yetirməlidir.
Hücrələri qrup (dəst) şəkilində seçmək üçün mausun oxunu
hücrənin yuxarı/sol küncünə gətirməli, sol düymənin sıxılmış
vəziyyətində hücrələri seçib oxu
seçilmiş hücrələr qrupunun
sağ/aşağı küncünə gətirməlidir. Seçimi tamamlamaq üçün
mausun sol düyməsini buraxmaq lazımdır.
Bu zaman qrup
şəkilində seçilmiş bütün hücrələr çərçivəyə alınacaqlar.
Bəzən bir neçə qrup şəkilində olan hücrələri seçmək tələb edilir.
Bunun üçün öncə birinci qrupu seçməli sonra isə [Ctrl]
düyməsinin sıxılmış vəziyyətində digər hücrələr qrupunu seçmək
lazımdır.
Əgər cədvəldəki bütün hücrələri seçmək lazım gəlirsə, onda
kursoru sütun və sətirin kəsişdiyi boş xanaya gətirib (sol/yuxarı
tərəfdəki boş xana nəzərdə tutulur) sol düyməni sıxmaq lazımdır.
Bəzən istifadəçi bir sütunu tamamilə seçməli olur. Bunun üçün
mausun oxunu seçiləcək sütunun (məsələn, A sütunu)
başlanğıcına gətirib sol düyməni sıxıb buraxmaq lazımdır. Əgər
bütün
sətiri seçmək tələb olunursa, onda mausun oxunu sətirin
sol tərəfdən başlanğıcına gətirib sol düyməni sıxıb buraxmaq
lazımdır
İstifadəçi seçim apardığı hücrə (və ya hücrələr)
üzərində eyni
zamanda müxtəlif əməliyyatlar, məsələn,
şriftin parametrlərinin sazlanması, tarazlaşdırma əməliyyatları,
yazılmış verilənlərin müxtəlif rənglərlə rənglənməsi və s. yerinə
yetirə bilər.
Dostları ilə paylaş: