Sürücünün işçi yerinin
fiziki xarakteristikaları
dedikdə səs-küy, titrəyişlər,
mikroiqlim,
kimyəvi xarakteristikaları
dedikdə isə havanın tərkibi və onda
zərərli maddələrin olması başa düşülür.
Səs-küy dedikdə müxtəlif tezlik və qüvvəyə malik olan səslərin nizamsız
ahəngi
başa düşülür. O, aşağıda qeyd olunan mənfi halların yaranmasına səbəb olur:
-sürücünün iş şəraitini pisləşdirir;
-sürücünün diqətini yayındırır;
-diqqətsizliyi artırır;
-reaksiya vaxtını artırır.
Səs-küy sabit və fasiləli, həmçinin, geniş zolaqlı, impulslu (sıçrayışlarla) və
tonal ola bilər. Elə səs-küylər
sabit hesab olunur ki, onların sıviyyəsi müəyyən vaxt
ərzində 5,0dBA-dan çox dəyişməsin.
Temperatur, nəmlik və havanın hərəkətliliyi müəyyən edilən sürücünün iş
yerinin mikroiqlimi hərəkət rahatlığında mühüm rol oynayır. Sürücünün iş yerində
ən əlverişli temperatur rejimi 18-24
0
C hədlərində olur. Bundan yüksək temperatur-
larda sürücünün yorğunluğü artır. 17
0
C və ondan kiçik temperaturlarda
insan bədə-
ni soyuyur və 11
0
C temperatur minimum buraxılabilən hədd hesab olunur.
Havanın hərəkətliliyi də sürücü bədəninin istilik tənzimlənməsinə əhəmiyyətli
dərəcədə təsir göstərir. Hərəkətliliyin sürəti 0,25m/san-dən sonra
hiss olunmağa
başlayır. Avtomobilin kabinasında havanın hərəkətliliyinin 1m/san-dən çox olması
məsləhət görülmür.
Avtomobilin kabinasında havanın lazımi təmizliyi aktiv təhlükəsizliyin əsas
tələblərindən biridir. Avtomobilin kabinasında zərərli qarışıqların miqdarının bu-
raxılabilən hədləri mq/l-lə aşağıdakı kimidir:
Karbon oksidi – 0,02
Karbon 2-oksidi – 0,4
Benzin buxarları – 0,1
Sülfat turşusu oksidləri – 0,001
Mineral toz – 0,0005
43.