HƏYAT BİLGİSİ ---------- 4cü sinif
S.A_____________________________________Tarix_________________
1.Ənənə nədir?
a) Dövləti idarə etmək üçün yazılan qanunlar c) Müdrikcəsinə deyilmiş fikirlər
b) Nəsildən - nəsilə keçib möhkəmlənmiş adətlər
2. Beynəlxalq salamlaşma günü nə zaman qeyd olunmağa başlandı və həmin günün qaydaları nədir?
______________________________________________________________________________________________________________________________________________________________________
3. Uyğun olanları xətlərlə birləşdir.
Yəhudi Həzrəti İsa Tövrat
İslam Həzrəti Məhəmməd İncil
Xristian Həzrəti Musa Qurani – Kərim
4. Xəstəlik yayan həşəratların altından xətt çək.
Ağcaqanad, kəpənək, arı, qarışqa,tarakan, milçək
5. Xəzəryanı dövlətlər hansılardır? Onları hansı məqsəd birləşdirir?_____________________________
______________________________________________________________________________________________________________________________________________________________________
6. Hansı fikir yanlışdır?
a) Konstitusiyaya görə dövlətimiz insan hüquq və azadlıqlarını qoruyur
b) Konstitusiyada insan həyatının bütün sahələrinə aid qanunlar var
c) Konstitusiya Milli Məclis tərəfindən qəbul olunur
7. Azərbaycan respublikasının dövlət rəmzlərini sadala_______________________________________
8.İlk Milli Ordunun hərbi naziri və müavini kimlər olub?
a) Əli ağa Şıxlinski, Səməd bəy Mehmandarov
b) Əhməd Cavad, Üzeyir Hacıbəyli c)Məmməd Əmin Rəsulzadə, Əli ağa Şıxlinski
9. Ölkəmizin yeraltı sərvətlərini sadala. Hansı yeraltı sərvətimizlə dünyada daha çox tanınırıq?
___________________________________________________________________________________
10. Hansı insanı güclü edir?
a) lovğalıq b) paxıllıq c) çalışqanlıq
Dostları ilə paylaş: |