572) Nekrotik enterokolit (NEK) riskini əhəmiyyətli dərəcədə azaldan
qidalanma növü aşağıdakı bəndlərdən hansıdır?
A)
süni qida ilə qidalanma
B) ana südü ilə qidalanma
C) qarışıq qidalanma
D) hissəvi parenteral qidalanma
E) parenteral qidalanma
Ədəbiyyat: Tricia Lacy Gomella (Lange), Neonatoloji, 1. Baskı 2017, 770-771
573) Yenidoğulmuşda yayılmış intrakranial kalsifikasiyalar, hidrosefaliya,
xorioretinit qeyd olunur. Bu triada hansı anadangəlmə infeksiya zamanı
görülür?
A)
herpes
B) rubella (məxmərək)
C) anadangəlmə toksoplazmoz
D) Sitomeqalovirus
E)
sifilis
Ədəbiyyat: Tricia Lacy Gomella (Lange), Neonatoloji, 1. Baskı 2017, 916
574) Anadangəlmə hansı infeksiya zamanı yenidoğulmuşda
periventrikulyar intrakranial kalsifikasiyalar, mikrosefaliya müşahidə
olunur?
A) herpes simplex
B)
rubella
C) sifilis
D) sitomeqalovirus
E) toksoplazmoz
Ədəbiyyat: Tricia Lacy Gomella (Lange), Neonatoloji, 1. Baskı 2017, 914
575) Anadangəlmə hansı infeksiya zamanı göz xəstəlikləri (katarakta,
anadangəlmə glaukoma , piqmentar retinopatiya), sümük xəstəliyi,
“blueberry muffin” müşahidə olunur?
A) sifilis
B) sitomeqalovirus
C) rubella
D) herpes simpleks
E) toksoplazmoz
Ədəbiyyat: Tricia Lacy Gomella (Lange), Neonatoloji, 1. Baskı 2017, 914
Dostları ilə paylaş: