- pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək
tutmaq, ziyalılıq nümunəsi göstərmək;
- təhsil alanların şərəf və ləyaqətinə hörmət etmək və s.;
Müəllimin göstərilən hüquq və vəzifələri bir-birilə sıx bağlıdır: o, öz hüquqlarını
tələb etdiyi kimi, üzərinə düşən vəzifələri də yüksək səviyyədə yerinə yetirməlidir.
3. Müəllimin peşə qabiliyyətləri
Təlim-tərbiyə işinin səmərəsi müəllimin şəxsi keyfiyyətlərindən, ilk növbədə isə
onun pedaqoji peşə qabiliyyətlərindən asılıdır. Müəllimin peşə qabiliyyətləri çoxdur:
əsas pedaqoji qabiliyyətlərə daxildir: akademik (nəzəri), didaktik, konstruktiv,
ünsiyyət (kommunikativ), təşkilatçılıq, perseptiv qabiliyyətlər.
Akademik (nəzəri) qabiliyyətlər
– müəyyən elm sahəsi ilə (fizika, riyaziyyat,
pedaqogika, psixologiya və s.) bağlı qabiliyyətlərdir. Akademik qabiliyyətli
müəllim
yüksək elmi hazırlığı
, geniş dünyagörüşü, elmi problemlərə dərin marağı ilə seçilir.
Didaktik qabiliyyətlər
– müəllimin
öyrətmək məharətidir
. Bəzən müəllimin
yüksək elmi səviyyəsi olsa da, öyrətməyi bacarmır.
Didaktik qabiliyyətə malik olan müəllim isə
elmi bilikləri daha yaxşı çatdırır
,
mövzunu tələbələrin başa düşəcəkləri şəkildə, onların səviyyəsinə müvafiq tərzdə
izah edir, fikirlərin sadə, aydın, anlaşıqlı olmasına çalışır.
Didaktik qabiliyyətlərə yiyələnmək üçün müəllim pedaqoji-psixoloji hazırlığını
artırmalı, qabaqcıl pedaqoji təcrübəyə yiyələnməli, həmkarlarının dərslərində olmalı,
yaxşı cəhətləri götürüb onlardan yaradıcı şəkildə istifadə etməyə çalışmalıdır.
Dostları ilə paylaş: