Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə26/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Müəllimin hüquq və vəzifələri
Azərbaycan Respublikasının Təhsil Qanununda
öz əksini tapmışdır (maddə 33). Müəllimin hüquqları aşağıdakılardır:
- normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən
texnologiyalarla təmin olunmaq hüququ;
- təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində
və idarə olunmasında fəal iştirak etmək hüququ;
- tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək hüququ və s.
Müəllimin
vəzifələri 
aşağıdakılardan ibarətdir:
- təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
- təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
- təhsil alanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq;
38


- pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək
tutmaq, ziyalılıq nümunəsi göstərmək;
- təhsil alanların şərəf və ləyaqətinə hörmət etmək və s.;
Müəllimin göstərilən hüquq və vəzifələri bir-birilə sıx bağlıdır: o, öz hüquqlarını
tələb etdiyi kimi, üzərinə düşən vəzifələri də yüksək səviyyədə yerinə yetirməlidir.
3. Müəllimin peşə qabiliyyətləri
Təlim-tərbiyə işinin səmərəsi müəllimin şəxsi keyfiyyətlərindən, ilk növbədə isə
onun pedaqoji peşə qabiliyyətlərindən asılıdır. Müəllimin peşə qabiliyyətləri çoxdur:
əsas pedaqoji qabiliyyətlərə daxildir: akademik (nəzəri), didaktik, konstruktiv,
ünsiyyət (kommunikativ), təşkilatçılıq, perseptiv qabiliyyətlər.
Akademik (nəzəri) qabiliyyətlər
– müəyyən elm sahəsi ilə (fizika, riyaziyyat,
pedaqogika, psixologiya və s.) bağlı qabiliyyətlərdir. Akademik qabiliyyətli 
müəllim
yüksək elmi hazırlığı
, geniş dünyagörüşü, elmi problemlərə dərin marağı ilə seçilir. 
Didaktik qabiliyyətlər
müəllimin
öyrətmək məharətidir
. Bəzən müəllimin
yüksək elmi səviyyəsi olsa da, öyrətməyi bacarmır. 
Didaktik qabiliyyətə malik olan müəllim isə
elmi bilikləri daha yaxşı çatdırır
,
mövzunu tələbələrin başa düşəcəkləri şəkildə, onların səviyyəsinə müvafiq tərzdə
izah edir, fikirlərin sadə, aydın, anlaşıqlı olmasına çalışır. 
Didaktik qabiliyyətlərə yiyələnmək üçün müəllim pedaqoji-psixoloji hazırlığını
artırmalı, qabaqcıl pedaqoji təcrübəyə yiyələnməli, həmkarlarının dərslərində olmalı,
yaxşı cəhətləri götürüb onlardan yaradıcı şəkildə istifadə etməyə çalışmalıdır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin