Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə24/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Təhsilverici funksiya
ali məktəbdə verilən profilə uyğun olaraq tələbələri sis-
temləşdirilmiş elmi biliklərlə, peşə-ixtisas hazırlığına müvafiq bacarıq və vərdişlərlə
silahlandırmaqda ifadə olunur. Bunun üçün tələbələrə hazır informasiyaların ötürül-
məsi azdır; onların özlərinin müstəqilliyini artırmaq, onları yaradıcı axtarışlara geniş
cəlb etmək vacibdir.
Təhsildə ağırlıq hafizəyə, yaddaşa yox, daha çox təfəkkürə,
sərbəst fikrə düşməlidir
. Müəllim tələbələrə “Nədir?”, “Nəyə deyilir?”, “Hansılar-
36


dır?” suallarından daha çox “Nə üçün?”, “Nə ilə fərqlənir?”, “Hansı fikir düzgün-
dür?”, “Sən bu haqda nə fikirləşirsən?” və s. bu kimi suallara müraciət etməklə təlim
materiallarının şüurlu mənimsənilməsinə, müstəqil və tənqidi təfəkkürün inkişafına
şərait yaratmış olur.
Hər bir müəllim öz fənni daxilində tələbələrdə özünütəhsil tələbatı tərbiyə etmə-
lidir. İlk növbədə, 
müəllim tələbələr üçün dərin bilik, geniş erudisiya, ağıl, intellekt
,
elmi maraqların zənginliyi 
nümunəsi
olmalıdır. V.A.Suxomlinskinin təbirincə desək,
əgər müəllim tək bircə gün öz intellektual inkişafından qalarsa, o, yetirmələri üçün
bilik məşəli olmaqdan məhrum olacaqdır.
Tərbiyedici funksiya
bütün vasitələrlə – təhsilin məzmunu, təşkili prosesi, me-
tod və priyomlarla tələbələrdə mütəxəssis üçün zəruri olan fərdi və peşə keyfiyyət-
lərinin formalaşmasına, onların yetkin şəxsiyyət kimi inkişafına kömək göstərməkdə
ifadə olunur. Ali məktəb müəllimi hansı elmi tədris etməsindən asılı olmayaraq hər
şeydən əvvəl, tərbiyəçidir.
Ən başlıcası isə, ali məktəb müəllimi, bir ziyalı kimi, öz şəxsiyyəti ilə tələbələr
üçün
tərbiyə nümunəsi olmalıdır, çünki şəxsiyyət – şəxsiyyətlə, vicdan – vicdanla,
inam – inamla, düzlük – düzlüklə tərbiyə olunur
.
Tərbiyə funksiyası bir çox vasitələrlə, o cümlədən 
müəllim-tələbə münasibətlə-
rinin düzgün qurulması
yolu ilə reallaşır. Müəllim tələbəni bir şəxsiyyət kimi qəbul
etməli, onunla şəxsiyyət kimi rəftar etməli, onda
şəxsi ləyaqət, özünəhörmət
hisslərini formalaşdırmağa
, onu özünətərbiyəyə cəlb etməyə çalışmalıdır. Əsl tərbiyə
– insanı özünütərbiyəyə sövq etməkdir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin