Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə25/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

İnkişafetdirici funksiya
– təlim və tərbiyə prosesində gənclərin 
psixi inkişafını
təmin etməkdə ifadə olunur. Tələbələrə hazır informasiyaları çatdırmaqdansa, onları
axtarışlar aparmaq, müstəqil düşünmək, tədqiq etmək üçün çalışmalar, problemlər
üzərində işlətmək qat-qat səmərəlidir.
Elmi biliklər tələbənin əqli səyinin nəticəsi
olmalıdır
. Problemləri tədqiq etmək, fərziyyələr irəli sürmək, nəticə çıxarmaq
tələbəyə özünü təsdiq, iftixar hissi, özünə hörmət hissi bəxş edir, onu daha yeni
problemlərin müstəqil həllinə sövq edir.
37


Stimullaşdırıcı funksiya
– tələbəni müxtəlif yollarla təhsilə təhrik etməyi və
istiqamətləndirməyi nəzərdə tutur. Başlıca amil tələbədə
mənəvi tələbatların forma-
laşdırılmasıdır
. Elmi biliklərə yiyələnmək daxili tələbatdan doğduqda daha səmərəli
nəticələr əldə etmək mümkündür. Təhsilin çətin məqamlarında
müəllim
tələbələri
(şagirdləri) hədələməklə, əsəbi hərəkətlərlə, imtahan qiymətləri ilə
qorxutmamalı,
əksinə, onlarda inam və ümid qığılcımları oyatmalıdır
.
Hər sahədə olduğu kimi, təhsildə də motivlər emosiyalarla sıx bağlıdır. 
İstənilən
işə maraq, meyl yaratmaq üçün bu iş insanda müsbət emosiyalar doğurmalıdır
. Mən-
fi emosiyalar (qorxu, inamsızlıq, təşviş, həyəcan) işə, təlimə səyi azaldır. Müəllimin
xoş sözü, tərifi, müsbət rəyi, inamı, çətin anda köməyə gəlməsi tələbəyə sanki qüvvət
verir, onu daha yaxşı oxumağa ruhlandırır.
Elmi-tədqiqatçılıq funksiyası
ali məktəb müəllimi üçün daha spesifik funk-
siyadır. Orta məktəbdən fərqli olaraq ali məktəbdə elm tədris olunur, 
müəllim
də elmi
tədris edən
alimdir
, eyni zamanda müəyyən elmi problem üzərində işləyən tədqi-
qatçıdır. Elmi-tədqiqat işinin nəticələrini tədris prosesinə tətbiq etməklə müəllim
tədrisin keyfiyyətini yüksəltməyə, tələbələrdə elmə marağın güclənməsinə şərait
yaratmış olur.
Müəllimin funksiyaları onun hüquq və vəzifələrindən ayrılmazdır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin