Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə28/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

pedaqoji takt
mühüm yer tutur. Pedaqoji takt
– müəllimin tələbəyə səmərəli təsir vasitələrini tapıb tətbiq etməsi, bu zaman müəy-
yən ölçü hissi gözləməklə düzgün ünsiyyət qurması bacarığıdır. Pedaqoji takt ün-
siyyətdə müəyyən hədd göstərməkdə, həddi aşmamaqda, 
“qızıl orta xətt” tapmaqda
ifadə olunur. Ünsiyyət prosesində
həddi aşmaq, israfçılıq əks nəticələrə gətirib
çıxarır
: hədsiz tələbkarlıq itaətsizlik doğurur, hədsiz yumşaqlıq saymazyanalığa
səbəb olur, hədsiz tənqid insanın heysiyyatına toxunur, onda özünümüdafiə meyli və
etiraz doğurur. 
Pedaqoji takt yaranmış
çətin situasiyadan ustalıqla çıxmaq bacarığında
da
özünü göstərir. Bəzən yaranmış vəziyyətdən çıxmaq üçün müəllim
neqativ-mənfi
yönəlişliyi (ustanovkanı) pozitiv
-
müsbət
yönəlişliklə əvəz etməyə
çalışır. Tələbə söhbət
etməklə mühazirəyə mane olur. Bu zaman müəllim özündə yaranmış mənfi emosiyanı
(qışqırıq, hədə, cəza, tənqid) müsbət emosiya (yumor, zarafat, istehza) ilə əvəz etməklə
gərginliyin, əsəbiliyin, münaqişənin qarşısını alır (“Cavan oğlan, görünür ürəyin sözlə
doludur, söhbətin bir hissəsini tənəffüsə saxla”, “Deyəsən, bu gün sənin çayına dilotu
qatıblar”).
Pedaqoji takta malik müəllim 
tənqidə çox yer vermir, çünki tərif və mehribanlıq
şəraitində insan tənqid şəraitində olduğundan daha yaxşı çalışır

Ünsiyyət qabiliyyətləri təşkilatçılıq qabiliyyətləri ilə sıx bağlıdır.
Təşkilatçılıq qabiliyyətləri
– müəllimin özünün və tələbələrin, habelə tələbə
kollektivinin
fəaliyyətini təşkil edib istiqamətləndirməklə
bağlı qabiliyyətlərdir. Bu
qabiliyyətlər pedaqoji fəaliyyət üçün çox böyük əhəmiyyətə malikdir, çünki bütöv-
lükdə pedaqoji fəaliyyət təşkilatçılıq xarakteri daşıyır. 
Perseptiv qabiliyyətlər
– tələbənin daxili aləminə nüfuz etmək,
psixi halını
duymaq
bacarıqlarıdır. O özündə 
bir neçə bacarığı birləşdirir
: pedaqoji müşahidəçi-
lik, başqalarının halına acımaq, pedaqoji intuisiya.
Pedaqoji müşahidəçilik
tələbənin, eləcə də kollektivin zahiri əlamətləri, dav-
ranışı əsasında onun daxili vəziyyəti, psixi halı, inkişafı (bilik və davranışdakı kəsir-
lər, yaxud müsbət dəyişikliklər) haqqında informasiyalar əldə etmək bacarığıdır. Bu
isə müəllimə öz işini düzgün qarmaqda kömək edə bilər. 
Müşahidəçilik başqa bir bacarıqla –
empatiya (adamları başa düşmək, onların
41


dərdinə şərik olmaq) bacarığı ilə sıx bağlıdır
. Adamların daxili aləmini qavramaq (o
cümlədən mimika ilə), onların sevinc və kədərini bölüşdürmək hər cür ünsiyyətdə,
xüsusən pedaqoji ünsiyyətdə mühüm əhəmiyyət kəsb edir. Bu bacarığın tətbiqi üçün
müəllim özünü tələbənin yerində qoymalı, onun maraq və qayğıları ilə bölüşməyə
çalışmalıdır.
Müşahidəcilik və təcrübə insanda
intuisiya qabiliyyətinin
inkişafına əsas verir.
Müəllimin fəaliyyətində intuisiya həm də pedaqoji fəhmdə ifadə olunur. Usta
müəllim pedaqoji prosesin və ya konkret insanın inkişafının gedişini qabaqcadan
duyur, buna müvafiq olaraq profilaktik tədbirlər görür.
Nəzərdən keçirilən qabiliyyətlərə mükəmməl yiyələnən müəllim düzgün ün-
siyyət qurmaqla təlim-tərbiyə işində yüksək nəticələr əldə edir.
Pedaqoji qabiliyyətlər müəllimin şəxsi keyfiyyətləri ilə sıx bağlıdır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin