səvvür yaratmalıdır. Müəllimin stola yayılmış oturuşu, yerə dikilmiş başı, süst qolları,
laqeyd baxışları onun
daxilən zəifliyini, özünə inamsızlığını göstərir.
Müəllimin mimikası, jestləri
danışığın məzmununa uyğun olmalı, informasiya-
nın emosional təsirini artırmağa xidmət etməlidir: xoş bir məsələdən danışanda müəl-
limin sifəti də xoş ifadə almalı, gözləri “gülməli”, səsi mülayim olmalıdır. Ciddi bir
məsələdən gülümsəyərək danışmaq olmaz.
Pedaqoji texnika
müəllimin öz emosiyalarını, əhvalını idarə etmək bacarığında
da ifadə olunur. Müəllim şən və nikbin olmalı, yeri gəldikcə zarafat etməyi bacarmalı,
yumor hissinə malik olmalıdır. Müxtəlif vəziyyətlərdə (məşğələdə,
ünsiyyət pro-
sesində, sevinc və kədərli hallarda, əsəbi vəziyyətdə) müəllimin öz emosional halını
idarə etməsi vacib şərtdir. Buna görə də müəllim daim özünə nəzarət etməli, özünü
ələ almağa çalışmalıdır.
Pedaqoji ustalığın nəzərdən keçirilən ünsürləri bir-birilə qarşılıqlı vəhdət təşkil
edir. Belə ustalığa nail olmaq üçün müəllim öz fəaliyyətini humanist istiqamətdə qur-
malı, pedaqoji peşə biliklərinə və qabiliyyətlərinə, pedaqoji texnikaya yiyələnməlidir.
Pedaqoji ustalıq hazır verilmir; müəllim öz üzərində müntəzəm,
sistemli və məq-
sədyönlü şəkildə işləməklə ona yiyələnə bilər. A.S.Makarenkonun təbirincə desək,
həkimlərə, musiqiçilərə müvafiq peşə bacarıqları, ustalıq öyrədildiyi kimi, gələcək
müəllimlərə də pedaqoji ustalığı öyrətmək – xüsusi kurs keçmək lazımdır.
Dostları ilə paylaş: