əlaqələndirilməsindən çox asılıdır.
Müasir təlim nəzəriyyəsi öyrədən və öyrənənlərin qarşılıqlı fəallığına, əməkdaş-
lığına əsaslanır.
Əməkdaşlıq
dedikdə, müəllim və tələbənin eyni məqsədə çatmaq
üçün birgə fəaliyyət göstərməsi, hər ikisinin təlimdə fəal mövqe tutması, son nəticə
üçün məsuliyyət hiss etməsi başa düşülür. Bəzən təlimin nəticəsi üçün bütün məsu-
liyyət bir tərəfin üzərinə – ya müəllimin, ya da tələbənin üzərinə qoyulur: “Pis tələbə
(şagird) yoxdur, pis müəllim var”, yaxud “Pis müəllim yoxdur, pis tələbə var”. Hər
iki mövqe yanlışdır. Təlimin nəticəsi üçün hər iki tərəfin – müəllimin və tələbənin öz
məsuliyyət payı vardır: hər kəs öz üzərinə düşən
vəzifəni yüksək səviyyədə,
məsuliyyətlə yerinə yetirməlidir.
Müasir təlimdə
müəllimin rolu dəyişir
: o, biliklərin ötürücüsü yox, daha çox
tələbənin fəal idrak fəaliyyətinin təşkilatçısı, pedaqoq-menecer, məsləhətçi kimi çıxış
edir.
Ali məktəbin tədris prosesində
müəllimin öyrətmə fəaliyyətinin quruluşu
bir
neçə ünsürdən ibarətdir:
- tələbənin təhsil-idrak fəaliyyətinin təşkili (məqsəd qoyuluşu,
motivasiya,
problem situasiya yaradılması, təlimatlandırma, istiqamətləndirmə);
- tələbə fəaliyyətinin stimullaşdırılması (maraq, borc və məsuliyyət hissi);
- tələbənin yaradıcı müstəqil işə cəlb
edilməsi;
- nəzarət və tələbənin
özünənəzarətinin təşkili;
- tələbənin təhsil-idrak fəaliyyətinin nəticələrinin təhlili və qiymətləndirilməsi.
Tələbənin tədris-idrak fəaliyyətinin quruluşu
isə aşağıdakı ünsürlərdən ibarətdir:
- məqsədin dərk edilməsi;
- motivləşmə;
- təhsil əməliyyatlarının icrası (müstəqil işin, öyrənmənin səmərəli priyomlarının
tətbiqi);
- özünənəzarət və özünüqiymətləndirmə.
Təhsilin müvəffəqiyyəti
tələbənin qeyd edilən ünsürlərə nə dərəcədə yiyələnmə-
sindən
asılıdır. Çox vaxt tələbə tənbəlliyi üzündən yox,
öyrənməyi və müstəqil
işləməyi bacarmaması üzündən pis oxuyur. Buna görə də müəllim tələbələrdə təlim
fəaliyyətinin, onun ünsürlərinin formalaşması qeydinə qalmalıdır. Belə olduqda təlimi
özünütəhsillə, nəzarəti özünənəzarətlə, qiymətləndirməni
özünüqiymətləndirmə ilə
birləşdirmək, təhsildə yüksək nəticələr əldə etmək mümkündür.
51