3. Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları Təlim prosesinin
metodoloji əsasını fəlsəfənin
idrak nəzəriyyəsi təşkil edir. İdrak
dünyanın insan şüurunda əks olunması prosesidir. Bu proses
üç pillədən keçir:
hissi idrak, məntiqi idrak, praktika . Dünyanın dərk olunması hissi idrakdan başlayır: hiss üzv-
lərinin köməyi ilə insanda ətraf aləm haqqında duyğular, qavrayış və təsəvvürlər ya-
ranır. Bu yolla əldə olunan faktik materiallar (qavrayış və təsəvvürlər) məntiqi idrakda –
mücərrəd təfəkkürdə təhlil olunur, ümumiləşdirilir. Mücərrəd təfəkkürdə çıxarılan
nəticələr praktikada yoxlanılır; praktika – biliklərin həqiqiliyinin əsas meyarıdır.
Təlim prosesi də idrakın bir növüdür.
Tələbənin (şagirdin) öyrənmə yolu bir çox cəhətdən idrak yoluna əsaslanır . Bunu sxematik olaraq nəzərdən keçirək.
İdrak yolu Canlı müşahidə mücərrəd təfəkkür praktika
Təlim yolu Qavrama anlama tətbiqetmə
möhkəmlətmə
Göründüyü kimi, tələbənin təlim (öyrənmə) yolu idrak yoluna müvafiqdir. Lakin
onunla tam eyni deyildir; müəyyən fərqli cəhətləri, özünəməxsus xüsusiyyətləri
vardır.
Bu fərqi idrak məqsədində (alim yeni qanunları üzə çıxardır, tələbə isə elmə
məlum olan bilikləri öyrənir),
idrak pillələrinin sistemində (elmi idrakdan fərqli
olaraq təlimdə pillələrin ardıcıllığı dəyişir, möhkəmlətmə pilləsinə ehtiyac duyulur),
idraka rəhbərlik işində (alimdən fərqli olaraq tələbənin idrak fəaliyyəti müəllimin
rəhbərliyi altında gedir) və s. özünü göstərir.
Öyrənmə prosesinin təbii-elmi və psixoloji əsasları. Öyrənmə prosesinin təbii
– elmi əsasını
ali sinir fəaliyyəti haqqında təlim təşkil edir (İ.M.Seçenov, İ.P.Pavlov).
Ali sinir fəaliyyətinin bir çox qanunauyğunluqları təlim-tərbiyə prosesini düzgün
təşkil etməyə, mənimsəmənin səmərəsini yüksəltməyə kömək göstərir.
Təlim prosesində fizioloji qanunauyğunluqlarla yanaşı, müəyyən psixoloji qanu-
nauyğunluqlar da özünü göstərir.