- təlimin məzmununu həyatla əlaqələndirmək;
- keçilən mövzuları tələbələrin təsəvvürləri, müşahidələri, həyati təcrübələri ilə
əlaqələndirmək;
- bilikləri müxtəlif növ praktik işlərə tətbiq etmək.
Təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici prinsipi.
Bu prinsip təlim-
də öyrətmə, tərbiyə və psixi inkişaf vəzifələrini vəhdətdə həyata keçirməyi nəzərdə
tutur. Təlim özlüyündə birbaşa tərbiyəedici və inkişafetdirici təsir göstərmir; bu
məqsədlə təlimi xüsusi istiqamətləndirmək lazımdır. Müəllim təlimin imkanlarından
(məzmun, metod, təşkili forması və s.) istifadə edərək tələbələrdə ideya-mənəvi key-
fiyyətlər, nəcib hisslər aşılamaq, psixi prosesləri inkişaf etdirmək qeydinə qalmalıdır.
Bu prinsipin tətbiqi üçün müəyyən
qaydalara
əməl etmək lazımdır:
- təlimdə biliklərin keyfiyyətinə (sistemliliyinə, dərk olunmasına) diqqət yetirmək;
- keçilən bilikləri bir-birilə əlaqələndirmək (fəndaxili, fənlərarası əlaqələr);
- yeni biliklərə tələbat, maraq yaratmaq;
- təlimin imkanlarından tərbiyə və psixi inkişaf üçün səmərəli istifadə etmək.
Elmilik prinsipi.
Bu prinsip tələbləri elmi biliklərlə, elmi dünyagörünüşü ilə si-
lahlandırmağı nəzərdə tutur. Təlimdə keçilən mövzular sübut və dəlillərlə elmi
cəhətdən əsaslandırılmalı, nəzəri biliklər – anlayış və qanunlar onların aid olduğu
həyati fakt və hadisələrlə əlaqələndirilməlidir. Əks halda nəzəri biliklər real hadisə və
proseslərdən ayrı düşər, təlim formal xarakter daşıyar.
Bu prinsipin tətbiqində aşağıdakı
qaydalar
gözlənilməlidir:
- elmi anlayış və qanunların düzgün dərk olunmasına nail olmaq;
- tələbələri elmi müşahidələrə, elmi problemlərin həllinə, fakt və hadisələrin
ümumiləşdirilməsinə, yaradıcı axtarışlara geniş cəlb etmək;
- elmin inkişafına uyğun olaraq təhsilin məzmununu (proqramları, dərslikləri,
mühazirə materiallarını) müntəzəm olaraq təkmilləşdirmək;
- elmdəki yeniliklərlə, mübahisələrlə, həll olunmamış məsələlərlə tələbələri
vaxtaşırı tanış etmək;
- tələbələri tədricən elmi idraka yaxınlaşdırmaq: müstəqil problemlər qoyub
onların həllinə, elmi metodlara istiqamətləndirmək.
Dostları ilə paylaş: