Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Təlim üçün zəruri şəraitin yaradılması prinsipi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə41/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Təlim üçün zəruri şəraitin yaradılması prinsipi.
Bu prinsip təlim üçün lazımi
şərait yaratmaqla onun səmərəsini yüksəltməyi nəzərdə tutur. 
Təlim üçün zəruri şərait dedikdə
dörd qrup şərait
nəzərdə tutulur: a) tədris –
maddi şərait (təlimin dərslik, dərs vəsaitləri, əyani və texniki vasitələrlə təmin edil-
məsi); b) gigiyenik şərait (auditoriyanın sahəsi, hava tutumu, temperaturu, işıqlığı və
s.); c) mənəvi-psixoloji şərait (demokratik ünsiyyət, humanist münasibət, sağlam mə-
nəvi-psixoloji iqlim, pedaqoji etika və s.); ç) təlimdə estetik şərait (məktəbin estetik
tərtibi, münasibətdə, nitq və davranışda gözəllik, geyim estetikası).
Bu prinsip müəyyən 
qaydalarla
həyata keçirilir:
- təlim üçün normal gigiyenik şərait yaratmaq;
- sağlam mənəvi-psixoloji iqlim yaratmaq;
- müəllim-tələbə münasibətlərini humanistləşdirmək;
- tələbələrdə müsbət emosional vəziyyət yaratmaq.
Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi.
Bu prinsip təlimdə tələ-
bələrə əsaslı biliklər verməyi, onların hafizədə uzun müddət saxlanmasını təmin et-
məyi nəzərdə tutur. Onun əsasında belə bir didaktik 
qanun
durur: təlimdə bilik və ba-
carıqlar vaxtında nə qədər möhkəmləndirilirsə, şüurlu şəkildə mənimsənilərək təkrar
tətbiq edilirsə, biliklər bir o qədər möhkəm yadda qalır.
Bu prinsipin həyata keçirilməsində müəyyən 
qaydalar
gözlənilməlidir:
- bilik və bacarıqların ilkin mənimsənilməsində tələbələrin fəallıq və şüurluluğu-
nu təmin etmək (yeni material nə qədər şüurlu və fəal şəkildə mənimsənilərsə, biliklər
daha möhkəm yadda qalar);
- möhkəmləndirmə zamanı hafizə (yaddaş) və təfəkkürün işini əlaqələndirmək
(yeknəsək təkrar yorucu və mexaniki xarakter daşıyır, bu halda biliklər tez unudulur); 
- öyrənilən elmi bilikləri müntəzəm olaraq həyata və çalışmalara tətbiq etmək
(bilik nə qədər çox tətbiq edilirsə, bir o qədər möhkəm yadda qalır);
- biliklərin möhkəmliyi üçün bütün vasitələri (ilkin mənimsəmədə şüurluluq, təkrar
və təfəkkürün vəhdəti, yaradıcı tətbiqetmə və s.) kompleks şəkildə tətbiq etmək.
53


Biz yuxarıda təlim prosesini tənzimləyən didaktik prinsipləri nəzərdən keçirdik.
Bu prinsiplər bütövlüklə tədris müəssisələrindəki təlim prosesi üçün səciyyəvidir.
Lakin ali məktəbdə tədris prosesinin özünəməxsus xüsusiyyətləri vardır ki, onlar da
digər prinsiplərə tənzimlənir. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin