zərdə tutur. Ali məktəbdə təlimin kollektiv forması üstünlük təşkil etsə də
elmi
biliklərin mənimsənilməsi prosesi fərdi səciyyə daşıyır
. Hər tələbənin zehni yükünü
düzgün müəyyənləşdirmək və buna müvafiq olaraq onunla fərdi iş aparmaq lazım
gəlir.
Fərdi iş forması müxtəlif məzmunda ola bilər
: icmal tərtibi; mühazirə mətn-
lərinin tərtibi; laborator və praktik işlərin icrası; proqramın
nisbətən çətin möv-
zularının öyrənilməsi; yeni mövzu ilə bağlı əvvəllər keçilən materialların təkrarı;
müəyyən problem üzrə ədəbiyyatla tanışlıq; ilk
mənbələr üzərində iş, elmi iş və s.
Tələbə fərdi iş formasında semestr ərzində hər fənn üzrə on tapşırığı yerinə
yetirməlidir. Müəllim fərdi iş üçün tapşırıqları vaxtaşırı semestrdə üç dəfə (müəyyən
qrafik üzrə) yoxlayıb qiymətləndirməlidir (on bala qədər).
Bu prinsipin tətbiqi bəzi
qaydalara
əməl olunması ilə bağlıdır:
- tələbələrin fərdi xüsusiyyətlərini, zehni və psixi inkişaf səviyyələrini, imkan və
qabiliyyətlərini yaxşı öyrənmək və bu əsasda fərdi işi müəyyənləşdirmək;
- fərdi işlə kollektiv
işi düzgün əlaqələndirmək;
- fərdi işləri tələbənin gücünə, hazırlıq səviyyəsinə uyğun olaraq optimal şəkildə
aparmaq;
- fərdi işləri vaxtaşırı (qrafik üzrə) yoxlayıb müvafiq balla düzgün qiymət-
ləndirmək və tələbəni həvəsləndirmək.
Nəzərdən keçirilən prinsiplər real təlim prosesində qarşılıqlı
vəhdətdə tətbiq
olunur və bir-birini şərtləndirir. Hər hansı prinsipə etinasızlıq göstərmək digər prin-
siplərin də təsir gücünü zəiflədə bilər.
Sual və tapşırıqlar
1.
Təlimin qanunları nədir? Onları öyrənib tətbiq etməyin nə kimi əhəmiyyəti
vardır?
2. Təlimin qanunları və prinsiplərinin əlaqəsini izah edin.
3. Ali məktəb üçün xarakterik təlim prinsiplərini əsaslandırın.
4. İxtisas üzrə bir məşğələni müşahidə edib, təlim prinsiplərinin tətbiqi baxımından
onu təhlil edin.
Ədəbiyyat
55