21
Sxem 2.7 Voltmetrin transformator vasitəsilə dövrəyə qoşulması
U
1
gərginliyi transformator vasitəsilə azaldılaraq voltmetrin
ölçə biləcəyi gərginliyinə U
2
gərginliyinə çevrilir.
Tutaq ki, gərginlik transformatorunun birinci tərəf dolağı 6000 V,
ikinci tərəf
dolağının gərginliyi isə 100 V-dur. Onda bu ölçü transformatorunun transformasiya əmsalı
𝐾 =
6000
100
= 60
olur. Dövrənin gərginliyini təyin etmək üçün voltmetrin göstərişini transformasiya əmsalına
vurmaq
lazımdır. Gərginlik transformatoru praktiki olaraq yüksüz işləmə rejimində işləyir. Ölçü
transformatorunun ikinci tərəf dolağı ilə birinci tərəf dolağı arasında keyfiyyətli izolyasiyanın olmasına
baxmayaraq, onun ikinci tərəf dolağını təhlükəsizliyini artırmaq məqsədilə torpaqlayırlar.
Şəkil 2.4 Gərginlik transformatoru
2.2.2. Tələbələr üçün fəaliyyətlər
Voltmetrin dövrəyə qoşulma sxemi ilə voltmetrə əlavə müqavimətin qoşulması
sxemini venn diaqramı vasitəsilə müqayisə edin.
22
Sxem 2.8
Müzakirə iş üsulundan istifadə edərək sabit cərəyan elektrik dövrəsinin gərginliyini
ölçmək üçün istifadə olunan cihazla dəyişən cərəyan elektrik dövrəsinin gərginliyini
ölçmək üçün istifadə olunan cihazı araşdırın və müzakirə edin.
Voltmetrin transformator vasitəsilə dövrəyə qoşulma sxemini araşdırın və öyrənin.
BİBÖ iş üsulundan istifadə edərək voltmetrin dövrəyə qoşulma sxemi
ilə voltmetrin
transformator vasitəsilə dövrəyə qoşulma sxemini müqayisə edərək müzakirə edin.
Dostları ilə paylaş: