3.3.Hal kateqoriyası.Mənsubiyyət və hal şəkilçili isimlərdə səsdüşümü İsimlər hal şəkilçiləri qəbul edərək dəyişir.İsmin hal dəyişmələrinin cəminə
hallanma deyilir.
Hal dəyişmələri,yəni hallar üzrə dəyişmə isimlərin xarakterik morfoloji xüsusiyyəti
olub,
hal şəkilçiləri adlanan şəkilçilər vasitəsi ilə yaranır.Hal şəkilçiləri sözlər arasında
əlaqə yaradan sözdəyişdirici şəkilçilərdir,vurğuludur və sözlərə bitişik yazılır.
Azərbaycan dilində ismin halları iki qrupa bölünür:
1.Qrammatik hallar:
adlıq,yiyəlik və
təsirlik hal. 2.Məkani-qrammatik hallar:
yönlük, yerlik və
çıxışlıq hal. İsmin hal adları sıra ilə bunlardır:
Adlıq hal,yiyəlik hal,yönlük hal,təsirlik hal,yerlik hal,çıxışlıq hal. Adlıq hal başlıca olaraq,subyekt halı olub,şəxs,əşya,hadisə və s.-in adını
bildirir,
kim?nə?hara? suallarına cavab verir.Morfoloji əlaməti yoxdur.Subyekt halı
kimi,cümlədə əsas sintaktik vəzifəsi mübtədadır;xəbər,tamamlıq (qoşma ilə),təyin,zərflik
(qoşma ilə) vəzifələrində də işlənir.
Mübtəda vəzifəsində :Gülür
torpaq ,gülür
insan ...(S.V);
Quş apardı,
qarğa yedi dənimi
(Ə.Q)
Xəbər vəzifəsində :Onun gözlərində bahar da
qışdır. (S.V);Saralan
çəmənsən ,Solan
çiçəksən ...(Ə.Q)
Təyin vəzifəsində:Sağ qulağından iri
dəmir halqa asılmışdı.(Elçin)
Yiyəlik hal yiyəlik,sahiblik,aidlik bildirir.Bu münasibət özünü sahib şəxslə mənsub
əşya arasında və ya müxtəlif əşyalar,şəxslər arasında göstərir və ona görə də yiyəlik halda
olan sözlər ,adətən,söz birləşməsi tərkibində işlənir,cümlənin bir üzvü olur.Məs.:
Gecənin yarısı yağış başladı.
Yiyəlik hal
kimin? nəyin? haranın? nə? suallarına cavab verir və xəbərlik şəkilçisi
qəbul edib cümlənin ayrıca bir üzvü ̶ xəbəri olur.Məsələn:İndi söz
cavanlarındır cümləsində
cavanlarındır sözü yiyəlik halda işlənən xəbərdir.
İsmin yiyəlik halı iki cür olur: 1.Müəyyən yiyəlik hal;2.Qeyri-müəyyən yiyəlik hal.
Müəyyən yiyəlik halda olan sözlər müəyyən,konkret şəxsi,əşyanı,qeyri-müəyyənlik
bildirənlər isə qeyri-müəyyən,ümumi şəxsi,əşyanı bildirir.Məsələn,
uşağın papağı birləşməsinin birinci tərəfində konkret,müəyyən şəxsdən söhbət getdiyi halda,
uşaq papağı birləşməsində isə ümumilik,qeyri-müəyyənlik mənası vardır.
Müəyyənlik bildirən yiyəlik halın
-ın,-in,-un,-ün (-nın,-nin,-nun,-nün ) şəkilçisindən
ibarət morfoloji əlaməti var:
Əlinin atası,quzunun sahibi. Qeyri-müəyyənlik bildirən yiyəlik
halın şəkilçisi yoxdur:
yaz havası,odun istisi. Yönlük hal hərəkətin yönəldiyi şəxsi,əşyanı,hərəkətin istiqamətini,çatacağı son
nöqtəni,zaman və məkan hüdudunu bildirir.Yönlük hal hallana bilən sözlərə
-a,-ə (-ya,-yə) şəkilçisini artırmaqla düzəlir.
Yönlük halda olan sözlər və birləşmələr
kimə? nəyə? haraya? suallarına cavab
verir,əşya,obyekt bildirdikdə cümlədə vasitəli tamamlıq,məkan,zaman məzmununa malik
olduqda zərflik vəzifəzində işlənir.Məs.: O daha çox
pəhləvana,cəngavərə oxşayırdı.(F.K)
cümləsində fərqləndirilən sözlər obyekt bildirib,vasitəli tamamlıq vəzifəsində işlənmişdir.
Yönlük halda olan söz və birləşmələr hərəkətin yönəldiyi məkanı da bildirir:lap
gecəyarısı da
Hacının evinə getsən,onun quzu bözartması,ərik qaysavası dərhal hazırdır
(İ.Ə)
Təsirlik halında olan sözlər və birləşmələr üzərində iş,hal,hərəkət icra olunan və
hərəkətin təsirinə məruz qalan əşyanı ,obyekti bildirir.Təsirlik halda olan söz və söz
birləşməsi sintaktik vəzifəsinə görə vasitəsiz tamamlıq olur.Məs.:Rüstəm yaşarmış
gözünü yana çəksə də,
trubkanı aldı,
dostunun əlini sıxdı.(M.İ)
İsmin yiyəlik halı kimi,təsirlik halı da iki cür olur: 1.Müəyyən təsirlik hal;2.Qeyri-
müəyyən təsirlik hal.
Müəyyənlik bildirən təsirlik hallı sözlər müəyyən,konkret əşya bildirirTəsirlik halın
bu formasında olan sözlər
-ı,-i,-u,-ü (-nı,-ni,-nu,-nü) şəkilçisinin iştirakı ilə düzəlir:
gözünü, trubkanı,dostunun əlini. Qeyri-müəyyən təsirlik halda olan sözlər ümumi və qeyri-müəyyən obyekt
bildirir.Təsirlik halın bu formasının şəkilçisi yoxdur:Şah bilər ölkədə
hər nə götürər,
hər nə qoyar.(S)
Müəyyənlik bildirən təsirlik halda olan sözlər
kimi? nəyi?haranı?, qeyri-müəyyənlik
bildirənlər
nə? sualına cavab verir.
Yerlik halda olan sözlər və birləşmələr işin,hərəkətin icra olunduğu yeri,əşyanın
tutduğu sahəni,müəyyən bir xüsusiyyətin yerləşdiyi əşyanı,obyekti
bildirir və hallana bilən
sözlərə
-da,-də şəkilçisinin artırılması ilə düzəlir.
Kimdə? nədə? harada? Suallarına cavab
verir.Məs.:Mahmud
Məryəmin
əynindəki
donda bir ilan soyuqluğu hiss
etdi.(Elçin);Həzioğlu Qasım
adamlıqda min Kamandara dəyər.(İ.M)
Yerlik halda olan sözlər cümlədə iş,hərəkətin yerini bildirdiyi zaman yer
zərfliyi,obyekt bildirdiyi zaman tamamlıq olur.Məsələn:Tələbələr
evdə dərsə yaxşı
hazırlaşırlar.(zərflik);Bugünkü
qəzetdə institutmuz haqqında maraqlı məqalə dərc
edilib.(tamamlıq)
Yerlik halda olan sözlər və birləşmələr xəbər vəzifəsində də işlənir;məs.:Könül
intizarda ,göz
yol üstədir .(S)
İsmin bu halında ola sözlər həm ismi,həm də feili xəbərli cümlələrdə
işlənir.Məsələn:Mətbəxdəki
radioda oyun havası
çalınırdı. (İ.M);Bəbirin elədikləri
dəryada damla kimi idi .(İ.M)
Çıxışlıq hal iş,hal.hərəkət və hadisənin çıxış.başlanğıc nöqtəsini bildirir,subyektin hər
hansı bir obyektdən uzaqlaşdığını göstərir.İsimlərə və hallana bilən sözlərə
-dan,-dən şəkilçisinin artırılması ilə düzəlir,
kimdən? nədən? haradan? suallarına cavab
verir;məs.:O,maşını saxlayıb
tarladan çıxdı,qıyğacı
başından aça-aça
Bəbirdən soruşdu.(İ.M)
Çıxışlıq halda olan sözlər həm təsirli,həm də təsirsiz feillərlə əlaqələnir,cümlədə
qeyri-müstəqim obyekt bildirərək tamamlıq,hərəkətin çıxış məkanını bildirərək yer zərfliyi
vəzifəsində işlənir.Məsələn:
Gecədən,gündüzdən,aydan,günəşdən ,Bu əngin
fəzadan necə əl
çəkim? (M.M)(tamamlıq);Keç
bu dağdan ,
bu arandan,Astaradan,Lənkərandan,Afrikadan, Hindistandan Qonaq gəlir bizə quşlar (S.V)(yer zərfliyi).
İkihecalı,sonu samitlə bitən bir sıra alınma isimlər həm
mənsubiyyət,həm də hal şəkilçilərini qəbul edərək söz kökünün ikinci hecasının saiti düşür.Məs.:
Mənsubiyyət şəkilçisi qəbul edərkən:
sinfim,sinfin,sinfi,ömrüm,ömrün,ömrü,fikrim, fikrin,fikri və s.
Hallanarkən:
sinfin,sinfə,sinfi,ömrün,ömrə,ömrü,fikrin,fikrə,fikri və s.
Xalis Azərbaycan sözlərində
yalnız mənsubiyyət şəkilçisi qəbul edərkən səsdüşümü
olur;məs.:
ağzım,ağzın,ağzı,burnumuz,burnunuz,burnu,könlüm.könlün,könlü,boynumuz,boy nunuz,boynu və s.
Bu cür sözlər hal şəkilçilərini qəbul etdikdə onlarda səsdüşümu hadisəsi müşahidə
olunmur.Bu milli sözlərdəki ikinci hecanın alınma sözlərlə müqayisədə daha güclü
olmasından irəli gələn
hal olub,hal və mənsubiyyət mənasının qarışdırılmamasını
şərtləndirir.Məs.:yiyəlik halda
burnun deyilərsə,söz “sənin burnun” kimi anlaşılar.