Malus prunifolia (Wild.) Borch - gavalıyarpaq və ya Çin alması (Şərqi Asiya növü).
Ağac və ya koldur. Gövdəsi açıq-qəhvəyi və ya qırmzımtıl olur. Yarpaqları 10 sm
uzunluğunda, 5-6 sm enindədir, yumurtavaridır, uzun saplaqlıdır. Çiçəkləri 5-8 (10) çiçəkdən ibarət
çətir çiçək qrupunda toplanıb, tacı ağ və ya çəhrayıdır. Meyvələri yumurtavarı və ya şarşəkilli, 1,5-
2,5 sm diametrindədir, qırmızı və ya sarıdır, üzəri kirşanlıdır, ləti bərkdir, ağzı büzəndir, saplağı
2,5-3 sm-dir. Toxumları uzunsovdur, qəhvəyidir. 1000 toxumun çəkisi 15-20 q-dır. Kasayarpaqları
tökülmür. Yeddi forması məlumdur [1,2,3,8].
Ləpə yarpağı 8-10 mm uzunluğunda və 6-8 mm enindədir. Yuxarısı küt dairəvidir, tünd
yaşıldır, aşağı kənarı nisbətən açıqdır, qısa pulcuqludur. İlk yarpaqları eyni vaxtda çıxır və yəqin ki,
qarşı-qaşıyadır. Bəzən onlardan biri nisbətən iri lur. Gövdəyə doğru əyilir və nisbətən aşağıdan
birləşir. Tünd yaşıldır, yuxarıdan qeyri-bərabərdir, itidir, dişciklidir (ilk yarpaqlara nisbətən iridir və
çoxsaylıdır), bəzən girintili-çıxıntılıdır, çox vaxt girinti-çıxıntılar bir tərəfdən olur, oval və ya
yumurtavaridir. Yarpaq pulcuqları qısadır, yarpaqları demək olar ki, oturaqdır. Yan damarlar
növbəlidir, əyri-üyrüdür, yarpaqların yan dişciklərinin yuxarısında qurtarır. Ləpəüstü dirsək və ya
birinci buğumarası təxminən 10-15 mm-dir, ağımtıldır, bəzi yerlərdə tökülmüş nazik tüklüdür.
Toxmacarlar yaxşı kök sisteminə mailk olur. [6].
Əkin payızda (15.10.2009) aparılmışdır. İlk cücərtilər 27 mart 2010-ci il tarixində əmələ
gəlmişdir.
Birillik toxmacarların hündürlüyü 18-20 sm, çətirin diametri 12-15 sm-dir. Çətirin yan
budaqları 4-6 ədəd olub, uzunluğu 3-5 sm-dir. Yarpaq ayasının saplaqla bir yerdə uzunluğu 3-5 sm,
yarpaqcıqların sayı 7-9 ədəddir. Kök sistemi mildir, 3-4 sm dərinə gedir. Kök boyuncuğunun
diametri 3-5 mm-dir. Birinci dərəcəli yan köklər 3-5 ədəd olub, uzunluğu 3-5 sm, ikinci dərəcəli
yan köklər 10-12 ədəd olub, uzunluğu 4-6 sm, üçüncü dərəcəli yan köklər 15-20 ədəd olub,
uzunluğu 3-4 sm-dir. Kök sisteminin diametri 22-27 sm-dir.
İkiillik toxmacarların hündürlüyü 30 sm, çətirin diametri 20-23 sm-dır. Çətirin yan budaqları
4-6 ədəd olub, uzunluğu 10-12 sm-dir. Yarpaq ayasının uzunluğu saplaqla bir yerdə 3-5 sm,
yarpaqcıqların sayı 6-10 ədəddir. Mil kökün uzunluğu 10-12 sm, kök boyuncuğunun diametri 5
mm-dir. Birinci dərəcəli yan köklər 8-10 ədəd olub, uzunluğu 12-15 sm, ikinci dərəcəli yan köklər
16-18 ədəd olub, uzunluğu 8-10 sm, üçüncü dərəcəli yan köklər 28-30 ədəd olub, uzunluğu 4-5 sm-
dir. Kök sisteminin diametri 28-30 sm-dir.
3.
Malus baccata (L) Borсh - giləmeyvəli və ya Sibir alması. Şərqi Asiya növü.
Ağac və ya iri koldur, qabığı boz, zoğu çılpaqdır. Yarpaqları yumurtavarıdır, (2,5) 3-8 sm
uzunluğunda, (1,5) 2-5 sm enindədir. Çiçəkləri 4-8 (10) ədəd olmaqla çətir çiçəkqrupunda toplanıb,
ləçəkləri təmiz ağdır, kasayarpaqları töküləndir. Meyvəsi noxud boydadır, 5-6-sı bir yerdə olur,
şarşəkilli və ya ovaldır, ləti ağzı büzəndir. 3 forması məlumdur [1,2,3,8].
İki dairəvi-oval ləpə yarpağına və növbəli ilk yarpaqlara malik olur. Ləpəaltı dirsək
qırmızımtıl-qəhvəyidir, aşağıdan nisbətən qalınlaşmışdır (burada rənglər açıqlaşır), orta hissəsi 25
mm uzunluğunda və 1 mm enindədir. Ləpə yarpaqları dairəvi-ovaldır. İlk yarpaqlar ovaldır,
yuxarıdakına nisbətən xeyli xırdadır, qısa pulcuqludur, zəif dişciklidir, qısa saplağı var. Yaxın son
yarpaqlar növbəlidir, nisbətən iridir, yuxarıdan zəif dişciklidir, ovaldır, azca yumurtavaridir, əyri-
üyrü torvari damarlıdır, qısa pulcuqlu və qısa saplaqlıdır. Saplağı, damarları, pulcuqları və
kənarındakı dişciklər qırmızımtıldır. Yarpaqların əsasında sərt tükvarı yarpaqaltlıqları var, yuxarı
yarpaqlarda isə onlar uzunsov lentvaridir. Ləpəüstü dirsək və ya birinci bugumarası təxminən 2 mm
uzunlugunda və 1 mm enindədir, azca kənardadır, birincilər kimi qırmızımtıl qıhvəyidir.
Yarpaqların əsasında kiçik lansetvari-tükşəkilli, üst yarpaqlarda isə uzun lansetvari yarpaqaltlıqları
var [6].
Əkin payızda (4.10.2007) aparılmışdır. İlk cücərtilər 30 mart 2008-ci il tarixində əmələ
gəlmişdir.
Birillik toxmacarların hündürlüyü 20-22 sm, çətirin diametri 15-17 sm-dir. Çətirin yan
budaqları 4-7 ədəd olub, uzunluğu 7-8 smdir. Yarpaq ayasının saplaqla bir yerdə uzunluğu 4-5 sm,
yarpaqcıqların sayı 4-5 ədəddir. Kök sistemi mildir, 4-5 sm dərinə gedir. Kök boyuncuğunun
diametri 4-5 mm-dir. Birinci dərəcəli yan köklər 4-5 ədəd olub, uzunluğu 7-8 sm, ikinci dərəcəli
yan köklər 10-12 ədəd olub, uzunluğu 4-5 sm, üçüncü dərəcəli yan köklər 18-20 ədəd olub,
uzunluğu 3-4 sm-dir. Kök sisteminin diametri 25-30 sm-dir.
İkiillik toxmacarların hündürlüyü 25-27 sm, çətirin diametri 20-22 sm-dır. Çətirin yan
budaqları 4-7 ədəd olub, uzunluğu 12-14 sm-dir. Yarpaq ayasının uzunluğu saplaqla bir yerdə 5-7
sm, yarpaqcıqların sayı 6-8 ədəddir. Mil kökün uzunluğu 12-14 sm, kök boyuncuğunun diametri 4-
6 mm-dir. Birinci dərəcəli yan köklər 10-12 ədəd olub, uzunluğu 13-15 sm, ikinci dərəcəli yan
köklər 18-20 ədəd olub, uzunluğu 8-10 sm, üçüncü dərəcəli yan köklər 28-32 ədəd olub, uzunluğu
4-6 sm-dir. Kök sisteminin diametri 25-30 sm-dir.
4.