yumurtavari olub, 10 sm uzunluğundadır. Çiçəkləri çətir çiçəkqrupunda toplanıb, tacın diametri 3-
4 sm-dir, ətirlidir, ağdır, çiçək saplağı tüklüdür, çəharayıdır. Meyvələri açıq rənglidir. Toxumla
yaxşı çoxalır [1,2,3,8].
Ləpəaltı dirsək çəhrayı-qırmızıdır, 30-40 mm uzunluğunda və təxminən 1 mm enindədir.
Ləpə yarpaqları ovaldır, 8-12 mm uzunluğunda, 5-7 mm enindədir, saplağı qısadır azca ətvaridir.
İlk yarpaqlar növbəlidir, birinci yarpaq uzunsov-ovaldır və ya yumurtavarıdır, itidir, əsası (və ya
hətta aşağı 1/3 hissəsi də) tamkənarlıdır, yuxarısı iti mişardişlidir, saplağı ayadan 3-4 dəfə qısadır.
Yaxın sonuncu yarpaqlar yumurtavaridir, yuxarıdan itiucludur, çox və ya az bərabərdir və iti
mişardişciklidir, üst hissəsi tünd-yaşıl, alt hissəsi nisbətən açıqdır. Yarpaqların damarlanması
torvari olub, alt hissədən daha aydınn görünür. Mərkəzi (ana) damardan hər iki tərəfə 8-10 ədəd
olmaqla nazik damarlar çıxır. Ləpəüstü dirsək və ya birinci buğumarası 3-5(8)mm uzunluğundadır,
ağ tükcüklüdür (sonuncu buğumaralarında olduğu kimi), çox vaxt tüklənmə yarpağın saplağına
kimi davam edir [6].
Əkin payızda (15.10.2009) aparılmışdır. İlk cücərtilər 1 aprel 2010-ci il tarixində əmələ
gəlmişdir.
Birillik toxmacarların hündürlüyü 22-24 sm, çətirin diametri 13,5-15,5 sm-dir. Çətirin yan
budaqları 3-5 ədəd olub, uzunluğu 3-5 sm-dir. Yarpaq ayasının saplaqla bir yerdə uzunluğu 3,5-4
sm, yarpaqcıqların sayı 4-6 ədəddir. Kök sistemi mildir, 4,5-5 sm dərinə gedir. Kök boyuncuğunun
diametri 4 mm-dir. Birinci dərəcəli yan köklər 3-5 ədəd olub, uzunluğu 6-8 sm, ikinci dərəcəli yan
köklər 8-10 ədəd olub, uzunluğu 5,5-6 sm, üçüncü dərəcəli yan köklər 20-22 ədəd olub, uzunluğu 3-
5 sm-dir. Kök sisteminin diametri 25-30 sm-dir.
İkiillik toxmacarların hündürlüyü 30 sm, çətirin diametri 22-25 sm-dır. Çətirin yan budaqları
4-5 ədəd olub, uzunluğu 13-15 sm-dir. Yarpaq ayasının uzunluğu saplaqla bir yerdə 5-7 sm,
yarpaqcıqların sayı 5-7 ədəddir. Mil kökün uzunluğu 9,5-11 sm, kök boyuncuğunun diametri 4-5
mm-dir. Birinci dərəcəli yan köklər 8-10 ədəd olub, uzunluğu 10-12 sm, ikinci dərəcəli yan köklər
14-16 ədəd olub, uzunluğu 5-8 sm, üçüncü dərəcəli yan köklər 26-28 ədəd olub, uzunluğu 4-6 sm-
dir. Kök sisteminin diametri 30-32 sm-dir.
Yuxarıda tədqiq etdiyimiz növlər quraqlığa, şaxtaya davamlı və dekorativ olduqlarına görə
təsərrüfatın müxtəlif sahələrində, həmçinin park və bağların yaşıllaşdırılmasında istifadəsi
məqsədəuyğundur.
Dostları ilə paylaş: