AZƏRBAYCANIN NADĠR AĞAC - KOL BĠTKĠLƏRĠNƏ İN SİTU VƏ EX SİTU ġƏRAĠTĠNDƏ ABĠOTĠK AMĠLLƏRIN TƏSĠRĠNĠN TƏHLĠLĠ İsgəndər E.O.
AMEA Mərkəzi Nəbatat Bağı, Bakı ş., Badamdar şossesi 40
Email :
elmaniskenderov@hotmail.com
Məqalədə Azərbaycan florasında olan 43 növ nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin abiotik amillərə (işıq, istilik, su, torpaq və relyef) qarşı olan münasibəti araşdırılaraq bunların təhlili verilmişdir. Əsərdə aparılmış tədqiqat işlərinin yekunundan belə nəticəyə gəlinmişdir ki, öyrənilən nadir və nəsli kəsilməkdə olan bitkilərin, ekoloji baxımdan işığa münasibətinə görə 31 növü işıqsevən, 12 növü kölgəsevən, istiliyə görə 16 növü yüksək (54-56ºC), 23 növü orta (52ºC), 4 növü isə aşağı (48-50ºC) dərəcədə davamlı olanlar qruplarına ayrılmışdır. Suya olan ehtiyacına görə isə tədqiq olunan bitkilərdən 26 növü mezofit, 11 növü kserofit, 2 növü mezokserofit, digər 2 növü kseromezofit, daha 2 növü isə hiqrofit olmaqla in situ şəraitində dağ qaratorpaq və qonur dağ-meşə torpaqlarında yayılmışlar.