işığın xüsusiyyətləri dəyişdiyi halda, yarpaq tökən meşələrdə isə bitkilərin vegetasiyası zamanı
düşən işıqda qırmızı şuaların faizi yüksək, bənövşəyi və mavi şuaların faizi isə aşağı olur. Ancaq
yuxarıda qeyd edilən bitki örtüyünün altındakı növlərdə isə elə bir böyük fərq görünmür. Qarışıq
olan bitki qruplaşmalarında bitkilər arasında boy fərqləri işıq təsiri baxımından bir-birlərindən
fərqlənirlər. Ən hündür ağacın təpəsi daha çox işıq alarkən, ən qısa boylu ağaclar isə daha az işıq
alırlar. Sıx bir meşəlikdə düşən günəş işığının 1%-i tacdakı yarpaqlar tərəfindən udulur və nəticədə
bu ağaclar altında olan avtotrof bitkilərin inkişafı isə çətinləşir [6].
Tədqiq olunan bitkilər işərisində Talış meşəliklərində birinci yarusda olan adi şabalıd,
şabalıdyarpaq palıd, şərq çinarı, ürəkvariyarpaq qızılağac, azad ağacı və s. həmçinin quraq
bölgələrdə bitən cuzğun növləri, qaya dovşanalması, adi nar, qırmızı ölməzkol və s. ən çox işığı
qəbul edən bitkilərdəndir. Kölgəli yerlərdə bu bitkilər əkildikdə işığın çatışmaması üzündən onların
çox hissəsi normal inkişaf etmir.
Bitki örtüyü tərəfindən udulan işıq əgər 20%-ə çatarsa, bunun ekoloji tərəfdən əhəmiyyəti
vardır. İşığın azalması torpaq nəmliyi, istiliyi, küləyi dəyişdirə bilir. Bu səbəbdən işıq amilinin
bitkilərə təsirinin bir tərəfli dəyərləndirilməsi düzgün deyildir.
Bitki örtüyü altında gördüyümüz işıq, vegetasiyanın kölgə işığı adlanır və 2 hissədən ibarət
olur. Bunlardan biri bitki örtüyü arasından udulmadan keçən işıq, digəri isə udulub keçən işıqdır.
Goodfellov və Barkhom tərəfindən aparılan bir tədqiqat işində fısdıq meşəsində bitkilərin
tağ hissəsi seyrəkləşdikcə və böyüdükcə meşənin içərisində işıq spektrində mavi işıq dalğaların
artması, buludlu günlərdə isə azalması qeyd edilmişdir [6]. Çox sıx bitki örtüyü olan yerlərdə isə
spektr dəyişmələri infraqırmızı şualar şəklində üzə çıxır. Bu proses yarpağını tökən meşələrdə,
iynəyarpaqlı meşələrlə müqayisədə daha yüksək olur və vegetasiya mövsümünə görə dəyişir.
Bildiyimiz kimi işıq bitkilərin həyatına müxtəlif yollarla təsir edir və onu tarazlaşdırır.
Bitkilərdə işığın ən önəmli tərəfi fotosintezdir.
Bitkilər işığa görə 2 qrupa ayrılır.
I – işıq sevən (heliofit) və II- kölgə sevən bitkilər (siyofit).
İşıq sevən bitkilər isə öz növbəsində: kölgədə çətin böyüyənlər (obliqat) və kölgədə yaxşı
böyüyənlər (fakultativ) qruplarına bölünürlər.
Kölgə sevən bitkilər isə işıqda çətin böyüyənlər (obliqat) və işıqda yaxşı böyüyənlər
(fakultativ) qruplarına ayrılır.
Bitkiləri fərqli işıq şəraitində limitləyən səbəblər dəyişkəndir. İşıq sevən bitkilərin kölgədə
yetişməsini məcburi olaraq kölgəsevən bitki xüsusiyyətlərinin onlara uyğunlaşması kimi qəbul
etmək olar. Məsələn, hirkan şümşadı istər günəşli, istərsədə kölgəli yerlərdə bitməkdədir.
Bütün işıqsevən bitkilərdə işığa qarşı az və ya çox uyğunlaşmalar əmələ gəlmişdir. Onlar
yüksək işıq müddətinə davam gətirirlər. Kölgə sevən bitkilər isə zəif işıq potensialını aşağı faizdə
istifadə edə bildiklərindən yüksək işıq müddətindən zərər görürlər. Çünki bunlarda yüksək işıq
müddətini istifadə etmək üçün uyğunlaşmalar yoxdur. İşıq, az kölgə sevən növlərdə onların bitki
qruplaşmasında yerini və yarpaq düzülüşünü nizamlayır, nəmli şəraitlərdə isə növlərin
təbəqələşməsini təmin edir. Ümumiyyətlə, təbii şəraitdə işıq müddəti xüsusi ilə tropik və subtropik
bölgələrdə bitkilərin optimum istəkləri içərisində ən önəmli amildir. Bu səbəbdən kölgədəki bir
ağacın alt yarpaqlarının da sintez prosesində xüsusi əhəmiyyəti vardır.
Aparılan müşahidələr göstərmişdir ki, tədqiq olunan bitkilər içərisində işıq sevən növlərdə
aşağıdakı morfoloji dəyişikliklər vardır. Bu bitkilərin gövdələri qalın olub hündürdür və çox
budaqlanmışdır. Yarpaqları isə kiçik, sadə olub, damarları incə və tüklüdür. Bu tip bitki növlərində
çiçəkləmə və meyvəvermə yüksək olub, gec açan yarpaqları vardır və tez çiçək açır. Bu bitkilər
istiyə və quraqlığa davamlıdır. Tədqiq olunan bitkilər içərisində yuxarıda qeyd edilən
xüsusiyyətlərə malik olanlardan
Calligonum aphyllum (Pall.) Wurke,
Calligonum bakuense Litv.,
Dostları ilə paylaş: