SARMAġAN BĠTKĠLƏRĠN TĠBBĠ VƏ TƏSƏRRÜFAT ƏHƏMĠYYƏTĠ
Mehralıyev A.D.
AMEA Mərkəzi Nəbatat Bağı
Məqalədə sarmaşan bitkilərin tarixən xalq təbabətində istifadəsindən, ərazinin zərərli atmosfer havasından və səs-küydən mühafizəsindəki rolundan, becərildiyi yerdə mikroiqlim şəraitinin yaxşılaşdırmasından və qida əhəmiyyətindən bəhs olunur. Açar sözlər: Ağəsmə, sarmaşan bitkilər, kirkazon, xalq təbabəti, çin limoncuğu, böyürtkən,
moruq, mikroiqlim şəraiti, bioloji rekultivasiya, aktinidiya.
GĠRĠġ
Məlumdur ki, sarmaşan bitkilər elə qrup bitkilərdir ki, sərbəst, dikdurmaq qabiliyyətinə malik
olan gövdələri olmadığından onlar hər hansı dayağa istinad edərək və ya sürünərək böyüyüb inkişaf
edirlər. Bu zaman onlar müxtəlif orqanlarından – gövdə, bığcıq, hava kökcükləri, tikanlar və s.-dən
istifadə edirlər. Ona görə də sarmaşan bitkilər böyümə və inkişaf xüsusiyyətlərinin qeyri-adi
əlamətlərinə görə möcüzəli bitkilər hesab olunur. Sarmaşan bitkilərin möcüzəli xüsusiyyətləri
insanlara hələ qədimdən məlum idi [1].
Qədim yunanlar və romalılar ağəsmə (Clematis L.) və daşsarmaşığından (Hedera L.) istifadə
etməklə müasir kibrit və alışqanlarin sadə formalarını əldə etmişlər. ―Ağəsmə‖ sözünün qədim yunan
dilində ―çox tez və parlaq alovnan‖ məna verməsi də onunla bağlıdır.
Həmçinin budaq və gövdələrinin bir- birinə və ətrafdakı hər hansı dayağa dolanaraq sürətlə
böyümə xüsusiyyətindən irəli gələrək qədim insanlar sarmaşan bitkilərdən düşmənlərindən müdafiə
məqsədilə canlı çəpərlər, sədlər düzəldilməsində və eyni zamanda tikinti materialı kimi də istifadə
etmişlər.
Tropik ölkələrdə hal-hazırda da bu bitkilərin bəzilərindən tikinti materialı kimi istifadə edilir.
Təkcə 1962-ci ildə İndoneziyada palmanın sarmaşan növündən yüngül mebel hazırlamaqla dünya
ticarətinə 30000 ton belə mebel ixrac edilmişdir.
Qveneyada üzüm tənəyindən (Vitis L.) və filbahardan (Wisteria Nutt.) düzəldilmiş nəhəng asma
körpü hətta ölkənin coğrafi xəritəsində belə öz əksini tapmışdır.
Aralıq dənizi ölkələrinin, Amerikanın və Afrikanin yerli əhalisi indi də sarmaşan bitkilərdən
həm tikinti materialı kimi, həm də məişət əşyalarının hazırlanmasında geniş istifadə etməklə onlardan
zənbillər, balıqçı toru və s. toxuyurlar [4].