Ġssn 2222-7849 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə86/118
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#18431
1   ...   82   83   84   85   86   87   88   89   ...   118
Parthenocissus 
quinquefolia  (L.)  Rlanch.),  və  ya  yapon  üzümü  (Vitis  coignetiae  Pall.)  becərildiyi  ərazidə  20-25  m
2  
səthi tam yaşıllaşdıra bilirlər [4]. 
Sarmaşan  bitkilər  təkcə  havanın  oksigenlə  zənginləşdirilməsində  deyil  həm  də  onun  toz 
qarışıqlarından, zərərli qaz və tüstü qarışığından təmizlənməsində  bir növ süzgəc rolu oynayır. Əksər 
sarmaşan  bitkilər,  o  cümlədən  beşyarpaq  qızüzümü,  adi  daşsarmaşığı  (Hedera  helix  L.),  kolxida 
daşsarmaşığı  (H.colchica  C.Koch.),  yapon  doqquzdonu  (lonicera  japonica  Thunb.),  akonityarpaq 
üzümkimisi  (Ampelopsis  aconitifolia  Bge.)  maşınların  tüstüsünə,  zərərli  qazlar  qarışmış  havaya    və 
digər çirklənmiş havaya  çox davamlıdırlar. 
Pəncərə və eyvanlarda, həmçinin söhbətkeşlərin ətrafında becərilən sarmaşan bitkilər isə ətrafda 
olan  səs  dalğalarının  əraziyə  daxil  olmasına  maksimum  mane  olmaqla  dalğanın  gücünü    5-6  dəfə 
azaldırlar [1]. 
Ərazinin  mikroiqlim  şəraitinin    və  torpaqların  bioloji  rekultivasiyasının  yüksəldilməsində 
sarmaşan bitkilərin rolu.  
İnsan orqanizmi daimi ekoloji faktorlarin təsiri altında formalaşır. Mühit şəraitinin optimallığı 
orqanizmin  normal  böyümə  və  inkişafı  üçün  əsas  stimuldur.  Bu  baxımdan  üç  amil  xüsusi  qeyd 
edilməlidir:  temperatur,  nəmlik  və  küləyin  hərəkət  sürəti.  Məhz  bu  üç  amil  ərazinin  mikroiqlim 
şəraitini xarakterizə edir ki, onlarında nizamlanmasında ərazidə becərilən sarmaşan bitkilər xüsusi rola 
malikdir. Isti yay günlərində günəşin yandırıcı şüaları hər hansı səthə - asfalt-beton döşəməyə, binaların 
divarlarına və s. dəyərək sınıb qayıtdıqda ərazidə temperatur kəskin yüksəlir. Lakin əgər həmin  səthdə 
sarmaşan bitkilər becərilirsə şüalar yarpaq səthi vasitəsilə udulmaqla bərabər həm də əraziyə saf rütubət 
buraxır və şüanın yandırıcı təsiri azalır, beləliklə də ətrafda istilik enerjisinin intensivliyi  2-3 dəfə aşağı 
düşərək sərinlik hiss olunur.  Bu baxımdan daşsarmaşığı , yapon doqquzdonu, beşyarpaq qızüzümü  ən 
effektli növlərdən hesab edilir [1]. 
Becərildiyi ərazidə nisbi rütubətin nizamlanmasında bitkilər təbii filtr rolunu oynayır. Xüsusilə, 
sarmaşan bitkilər, isti yay günlərində havanin nisbi rütubətini 60-70% səviyyəsinə qaldırmaqla yanaşı 
əraziyə zərərli küləklərin daxil olmasında  sipər rolu da oynayırlar [4]. 
Sarmaşan  bitkilərin  qida  əhəmiyyəti:  Sarmaşan  bitkilərin  bir  çox  nümayəndələrindən  insanlar 
hələ qədimdən qidalanmada geniş istifadə etmişlər. Məlumdur ki, sarmaşan bitkilərin bir çoxu yay və 
payız ayları qida dəyəri yüksək qiymətləndirilən meyvə, giləmeyvə və tərəvəz mənşəli qidalar verirlər. 
Üzüm (Vitis L), aktinidiya (Aktinidia Lindl.), böyürtkən (Rubus L), moruq, lobya (Phaseolus L.), qabaq 
(Cucumus  L.),  hind  xiyarı  (Momordica  L.)  və  s.  bu  siradan  olan  sarmaşan  bitkilərdir.  Onlardan 
bəzilərinin qida tərkibinə və insan orqanizmi üçün dəyərliliyinə qısa nəzər salaq. 
Üzüm:  Qida  əhmiyyətinə  görə  ən  qədimdən  insanlar  tərəfindən  becərilən  bitkilərdəndir.  Bəzi 
növlərin giləmeyvələrinin tərkibində insan orqanizmi üçün  vacib sayilan saxaroza, fruktoza, müxtəlif 
turşular, dabbaq maddələri və s. olması ondan ərzaq kimi geniç istifadə edilməsinə  səbəb olur.   
Müasir  dövrdə  üzümçü  mütəxəssis  və  alimlər  ilin  müxtəlif  vaxtlarında  yetişən  çoxlu  sayda 
sortlar  əldə  etmişlər  ki,  bununda  sayəsində  iyun  ayından  başlayaraq  noyabr  ayına  qədər  insanlar 
üzümün təzə meyvələri ilə qidalanma imkanı əldə etmişlər. 
Aktinidiya  (kivi)  –  Tərkibində  olan  vitamin  və  mineral  maddələrin  miqdarına  görə tərəvəz  və 
meyvə bitkilərindən üstün hesab edilir. Giləmeyvənin tərkibində vitamin və mineral maddələrdən əlavə 
6,3-10% şəkər, 0,7-2,4% turşu, 0,8% pektin  maddələri də aşkar  edilmişdir. Giləmeyvələrdə  həmçinin 


 
 
 
 
politenol  birləşmələri,  leykosianidlər,  xinin  və  s.  olduğu  da  müəyyənləşdirilmişdir.  Meyvələrin 
tərkibində  C  vitamini  (150  mq  %)  xüsusilə  zəngindir.  Ona  görə  də  meyvələrin  qida  kimi  istifadə 
olunması orqanizm üçün çox faydalıdır. 
Qida məqsədləri üçün ətin, donuz ətindən olan ət məhsullarının, pendir və balıqdan hazırlanmış 
qidaların  tərkibinə  qatıla  bilər.  Ətirli  iyləri  ilə  fərqlənən  çiyələk,  moruq,  banan  və  b.  fərqli  olaraq 
istənilən  desert,  yaxud  bişmiş  xörəklərə  yaxşı  tam  verir.  Spirtli  və  spirtsiz  içkilərə  ədviyya  kimi  də 
qatılır.  Aktinidiyanın  meyvələri  dairəvi  şəkildə  doğranaraq  qurudulur  və  bütün  il  boyu  quru  meyvə 
halında  yeyilir.  Eyni  zamanda  quru  meyvələri  bal  ilə  qarışdırmaqla  marmelad,  karamel  içi 
hazırlanmasında istifadə edilir [2]. 
Böyürtkən  və  moruq  giləmeyvələrindən  həm  təzə  həm  də  emal  olunmuş  (mürəbbə,  cem, 
kompot və s.) şəkildə insanlar geniş istifadə edirlər. Ətli-şirəli, turşaşirin dada malik olan giləmeyvələr 
ləzzətli  qida  olmaqla  bərabər  tərkibi  vitaminlərlə  (xüsusilə  C  vitamini),  şəkərlə,  minerallarla  zəngin
 
olduğundan  orqanizmin  həmin  maddələrə  təlabatını  təmin  edir.  Ona  görə  də  alimlər  moruq  və 
böyürtkənin bir çox məhsuldar və zəngin tərkibə malik sortlarını da yaratmışlar. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin