İynəyarpaqlı bitkilər növ və dekorativ forma müxtəlifliyi baxımından zəngin olduğu kimi, şəhər yaşıllıqlarında, meşələrin bərpasında əvəzsiz rola malikdirlər. Bu baxımdan onların çoxaldılma üsullarının işlənib hazırlanması böyük əhəmiyyət kəsb edir. Aparılan tədqiqatlar zamanı Aşerona introduksiya olunmuş bəzi iynəyarpaqlıların vegetativ yolla çoxaldılması üsulları və müxtəlif fizioloji aktiv maddələrin çiliklərin kökverməsinə təsiri öyrənilmişdir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, nəzarətlə müqayisədə fizioloji aktiv maddələrin təsiri ilə Chamaecyparis lawsoniana, Cupressus sempervirens ‘Pyramidalis’, Thuja occidentalis ‘Aurea-variegata’, Juniper chinensis "Keteleeri", Taxus x media, Juniper virginiana "Aurea", , Thuja occidentalis "Aurea", Juniperus sabina, Juniperus semiglobosa, Juniperus foetidissima, Thuja occidentalis, Juniperus polycarpos, Metasequoia glyptostroboides və növ və formalarının kök sistemi daha yaxşı inkişaf etmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, öyrənilən iynəyarpaqlı bitki növlərinin əlavə kökləri kəsim yerindən, kalyusun üzərindən və yaxud kəsim yerindən yuxarıdan, bir başa budaqdan əmələ gəlir.