Açar sözlər: stres, quraqlıq, duz, xlorofil Konarev və digərləri göstərmişlər ki, Urartu (T. urartu) buğdasının əcdadı bərk və yumşaq
buğdanın birinci genomunun (A) donoru olmuşdur [2, 3, 4]. Guman olunur ki, Urartu buğdası Beoti
buğdasından nüvə materialından başqa, həm də sitoplazmaya görə fərqlənir. 1962-ci ildə Naxçıvan
ərazisindən toplanan təkdənli buğdalar T.beoeticum və T.urartu kimi qeydə alınmışlar. Bu növlərə
Zəngilan bölgəsində də rast gəlinmişdir. T.urartu İran, Türkiyə, Livan, İraqda da aşkar edilmişdir .
Tarixi məlumatlara görə, T.dicoccoides seksiyasının 23000 il bundan əvvəl indiki Livan,
Suriya, İzrail ərazilərində becərildiyi məlum olmuşdur. Yabanı pərinc 10-12 min il əvvəl yaxın
Şərqdə, Misir, Mesopotomiya, Türkiyə ərazilərində mədəniləşmiş ilkin toxumlardan biridir.
İmmunkimyəvi tədqiqatların nəticələrinə görə bütövlükdə T.dicoccoides seksiyası buğdalarının A
genomunun donoru T.uratu-dur. B genomuna gəldikdə isə immunkimyəvi analizlərin nəticələrinə görə
onun əcdadı Aegilops cinsindən olan Ae.longissimadır [4]. Lakin son illərin molekulyar genetik və
sitogenetik tədqiqatları və uzun illər buğdanın filogenezi və təkamülünün sitogenetik tədqiqi B
genomunun donorunun ae. speltoides olduğunu söyləməyə əsas verir [1]. T.dicoccoides növünə Şərqi
Aralıq dənizinin sahillərində rast gəlinir.
Adi pərinc (T.dicoccum) eramızdan əvvəl V-IV əsrlərdə qədim Babilistanda, Kiçik Asiya,
Suriya, Cənubi Ərəbistan, Misir və İranda becərilmişdir. Qədim zamanların ilk çörək bitkilərindən biri
olmuşdur. Adi pərinc eramızdan əvvəl III-II minilliklərdə Azərbaycanın Xanlar rayonu ərazisində də
becərilmişdir.