Sərraf Şiruyə
114
İkram Səbuhiyə verərdi sazı,
Olmasa da Səbuhinin avazı.
Bütün havaları yaxşı çalardı,
Dinləyənin qəlbinə od salardı.
İkram Səbuhinin atası idi,
Onun şöhrətinin sədası idi.
Gəncədə
bir böyük vəzifədəydi,
Yol patrol alaya o bir dədəydi.
Heyif, bir qəzaya tuş gəldi İkram,
Rəhmət söylənilir ruhuna müdam.
Bu haqda
açacam sonra mən söhbət,
Məqsədi mənzilə çəkim nəhayət.
Belə çıxarırdı Əli hər qışı,
Yoxlayaraq, oyadardı yatmışı.
Kimin nə
dərdi var, məlhəm edərdi,
Kimin nə işi var ora gedərdi.
Hörmətli dostları var idi onun,
Dosta etibarı var idi onun.